Məhkəmə qərarları › İş №8(105)-193/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-193/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-193/2025 03.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X8 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İcra sənədi üzrə tələbkar X13 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay uşağa görə tutulan 193 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək ərizənin məhkəmənin qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-85/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana-kimi saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat sabit məbləğində aliment alınaraq X7 verilməlidir. Hesab edir ki, onun xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 hər ay uşaq üçün tutulan 193 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqında müəyyən edilməlidir. Cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdeh yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşağını saxlamaq cavabdehin valideynlik borcudur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadı ilə (hakim S.Səmədzadə) ərizə təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X10 ödənilməsi qərara alınmışdır. Bu qərardaddan borclu Maraqlı şəxs şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadının ləğv edilməsi və alimentin indeksasiya edilməsi barədə ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi öz qərardadında hüquqi mövqeyinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Ailə Məcəlləsinin 110.2-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2-ci maddələri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1, 8.4-2 -ci maddələrinə istinad etməklə göstıərmişdir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Kifayət Hacıyevanın adından verilmiş ərizədə 1 uşağa görə, yəni xx.xx.2017-ci il təvəllüdlü X2 üçün tutulan 193 manat məbləğində alimentin indeksasiya olunması xahiş olunur. İşə baxan məhkəmə ərizənin mahiyyətinə varmadan qəraradadında hər iki uşaq üçün, yəni xx.xx.2017-ci il təvəllüdlü Ömər və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulan alimentin hər ay hər uşaq üçün minimum əməkhaqqının 0,55 misli həddində müəyyən edilməsi qərarına gəlmişdir. Məhkəmə iclasında izahatında göstərib ki, Kifayət Hacıyevanın adından verilmiş ərizədəki, imza ona məxsus deyildir, bu barədə özü bildirmişdir ki, məhkəməyə verilən ərizədən xəbəri yoxdur və belə bir ərizənin verilməsi üçün kimdənsə xahiş etməmişdir. Çox təəssüf ki, işə baxan hakim bu halları ümumiyyətlə araşdırmamışdır. İzahatında həmçinin bildirib ki, ərizəçi Kifayət Hacıyeva ilə birgə nikahdan olan uşaqlardan oğlu İbrahim onun himayəsindədir, digər oğlu Ömər isə ərizəçi tərəfindən qohumların iştirakı ilə zor tətbiq edilməklə yanına aparılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-85/2023 saylı qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiya instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə alimentin tutulmasının başlanğıc hissəsi dəyişdirilərək, uşaqlar üçün alimentin tutulmasının başlanğıcının uşaqların rəsmi olaraq cavabdeh Maraqlı şəxs alınaraq iddiaçı Kifayət Hacıyevaya verildiyi vaxtdan hesablanması qət edilmişdir. 2014-cü il təvəllüdlü oğlu İbrahim doğulduğu vaxtdan onun yanında olmaqla onunla birlikdə Xaçmaz rayon Ləcət kəndində yaşayır, digər oğlu Ömər də, onun himayəsində olmuş və 2024-cü ilin avqust ayında Xudat polis bölməsində həmin vaxt təhqiqatçı işləmiş Etibar Mehdiyevin köməkliyi ilə zor tətbiq edilməklə Kifayət Hacıyeva və qohumları tərəfindən aparılmışdır. Yəni oğlu Ömər rəsmi olaraq ondan alınıb Kifayət Hacıyevaya təhvil verilməmişdir. Hal hazırda Xaçmaz Rayon Məhkəməsinin icraatında oğlu Ömərin yaşayış yerinin müəyyən edilməsinə dair iddiası üzrə mülki iş vardır. Bütün yuxarıda sadalananlar əsasdırki, Kifayət Hacıyevanın adından verilmiş ərizə təmin edilməsin. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən; apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadı ləğv edilməklə iş ərizəyə yenidən mahiyyəti üzrə baxılması məqsədi ilə həmin məhkəməyə qaytarılmalıdır. Ərizəçinin ərizəsinin məzmunundan görünür ki, ərizəçi Kifayət Hacıyeva ərziəsində xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 193 manat aliment məbləğinin indeksasiya edilməsini xahiş etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi işə baxan birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadda aliment məbləğinin indeksasiyasını tərəflərin birgə nikahdan olan hər iki uşağına - xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 münasibətdə müəyyən etmişdir. Həmin hal hazırda apellyatorun şikayətində mübahisələndirimişdir. Kollegiya yuxarıda qeyd olunan halları məcmulaşdıraraq mübahisə üzrə mövqeyini aşğıdakı şəkildə şərh edir. Əvvəla qeyd olunduğu kimi ərizəçi ərizəsində yetkinlik yaşına çatmayan uşaqlardan yalnız birinə münasibətdə aliment məbləğinin indeksasiya edilməsini tələb etdiyi halda, işə baxan məhkəmə tələbdən kənara çıxmaqla alimentin indeksasiyasını hər iki uşağa münasibətdə müəyyən etmişdir. Halbuki, iş materiallarında nə ərizəçinin tələbinin dəqiqləşdirilməsi (tələbinin həcminin artırılması) barədə müvafiq ərizəsi, nə də ki, məhkəmə qərardadında məhkəmənin bu barədə mövqeyini əsaslandıran hər hansı qeyd mövcud deyildir. Digər tərəfdən borclu şikayətində uşaqlardan birinin xx.xx.2014-cü il təvəllüdlü X5 onun yanında qaldığını bu barədə məhkəmədə izahatında bildirdiyini qeyd etsə də, məhkəmə işin bu xüsusatları istiqamətində hər hansı bir araşdırma aparmamış, borclunun dəlillərini təsdiq və ya təkzib edən halları aşkara çıxarmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qeyri-müəyyən halların mövcudluğu məhkəmə qərardadının əsaslılığını və ədalətliliyini şübhə altında qoya bilər. Bu səbəbdən hazırkı halda apellyatorun şikayətin dəlilləri qismən əsaslı hesab edilməli, ərizə üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)- 610/2025 nömrəli qərardadı ləğv edilməli, apellyasiya instansiya məhkəməsinin hazırkı qərrdadında göstərilən xüsusatlar, habelə işin digər halları əlaqəli şəkildə hərətərəfli araşdırılmaqla iş ərizəyə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qərar qəbul edilməsi məqsədi ilə həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 399, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(067)-610/2025 nömrəli qərardadı ləğv edilsin. X4 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəyə yenidən baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar