Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-196/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 8(012)-437/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) ərizəçi Tələbkar Maraqlı şəxs icra məmurunun icra işinin icra edilməməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması və icra məmuru barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Tələbkar qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-437/2025 nömrəli qərardadından ərizəçi X5 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Qorxmaz Əsgərovun icra işinin icra edilməməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması və icra məmuru barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Demir X4 Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Əsas kimi məhkəmə icra hərəkətlərinin davam etdirilməsi, "xxxx" MTK-nın "xxxx" MMC-nin hüquqi varisi olması barədə məlumatın aşkar olunmaması və icra məmurunun hərəkətsizliyinin nədən ibarət olmasının göstərilməməsi qeyd edilir. Halbuki, icra məmuru qəsdən icra etmir, mübahisəli mənzilin hazır olmasına baxmayaraq mənzilin tələbkara verilməsi üçün icra məmuru tərəfindən heç bir qanuni tədbir görülmür. Qanunun tələbi məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, hansı miqdarda borca görə həbs qoyulması göstərilməmiş, ən başlıcası isə göstərilən daşınmaz əmlakın nədən ibarət olması və həmin daşınmaz əmlakın hansı sənədlər əsasında (əgər belə bir sənəd varsa) borcluya məxsus olması göstərilməmişdir. Bakı şəhəri Abşeron Rayon Məhkəməsi tərəfindən bu maddənin tələbləri pozulmuş və iddiaçının haqlı tələbi nəzərə alınmamış, cavabdehin mənafeyini müdafiə edən bir qərardad qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini hazırda ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Qorxmaz Əsgərovun icra işinin icra edilməməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması və icra məmuru barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etsə də, icra məmurunun hansı hərəkətlərinin qanunsuz hesab edilməsini göstərməməsi, ərizəsini əsaslandırmaması, əksinə olaraq yuxarıda qeyd olunduğu kimi icra məmuru icra haqqında qanuna uyğun olaraq davam etdirməsi ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2025ci il tarixli və onunla bağlı 26 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli, ərizəçi Tələbkar Maraqlı şəxs icra məmurunun icra işinin icra edilməməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması və icra məmuru barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə şikayətinə icra icraatı üzrə işdə iştirak edən şəxslərin, o cümlədən "xxxx" MTK və icra məmurunun iştirakı təmin edilməklə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı qeyd olunanlara əsasən qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1514/2023 nömrəli 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının İ blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,5 kv.m olan iki otaqdan ibarət mənzilin həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra iddiaçı Tələbkar (Tələbkar) təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, borclu xx.xx.1979-cu il təvəllüdlü ünvan 2i ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri X2 barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Bakı şəhər Qəbələ rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon İcra Şöbəsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubda sözügedən ünvanda "xxxx" MTK tərəfindən tikinti işlərinin aparılması barədə məlumatlarının olmadığı və nəticədə icrasının mümkünsüz olduğu bildirilmişdir. Halbuki qətnamədə Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5- 29/1-1291/2023 saylı məktubla sözügedən ünvanda "xxxx" MTK-ya yaşayış binasının tikintisinə icazə verildiyi qeyd edilmişdir. Bundan başqa İcra Şöbəsinin Azərbaycan Respublikası Baş Prokurorluğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu isə cavabsız qalmış və onun nəticəsi aydınlaşdırılmamışdır. Göründüyü kimi mövcud şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmaq məqsədilə icra işini tələb edib ona baxış keçirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli və onunla bağlı 26 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla icra sənədi üzrə icraatda iştirak edən şəxslər, o cümlədən "xxxx" MTK və icra məmuru dəvət olunaraq onların iştirakı ilə şikayətə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Tələbkar şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli və onunla bağlı 26 avqust 2025-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-196/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-196/2025
30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver