Məhkəmə qərarları › İş №8(105)-197/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-197/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-197/2025 03.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İcra sənədi üzrə X1 icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-521/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: İcra sənədi üzrə tələbkar X5 icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsnə göndərilmiş və həmin İdarənin icra məmuru X6 tərəfindən icraata götürülmüş e-87612/2024-47-14 nömrəli icra işi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, məhkəmə qərarının icra edilməsi məqsədilə əlaqədar olaraq icra məmuru X3 Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş zəruri hərəkətlərin edilməsi vəzifəsinin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-521/2025 saylı qərardadı ilə (hakim Məlahət Abbasova) icra sənədi üzrə X1 icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, icra sənədi üzrə tələbkarın hazırki ərizəsi Maraqlı şəxsndə fəaliyyət göstərən icra məmurunun hərəkətsizliyi barəsindədir. Borclunun hazırki şikayəti icra məmurunun ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından və ya həmin sahədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlərindən irəli gəlməmişdir. Həmçinin MPM-nin 231.3-cü maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə aktının icrası ilə bağlı müəyyən məsələlərə məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən deyil, icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun hərəkətsizliyindən şikayət də icra məmurunun olduğu yer üzrə məhkəməyə verilməlidir. Buna baxmayaraq, tələbkar tərəfindən qeyd olunan hallara diqqət yetirilməmiş, ərizə aidiyyət qaydalarına əməl edilməməklə verilmişdir. Qərardaddan icra sənədi üzrə tələbkar X5 şikayət vermişdir. Şikayət bununla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 989/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə onun Abşeron Rayon Məhkəməsinin 2(012)- 1163/2023 saylı, 03 noyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən “Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsi Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icraata nəzarət etmək səlahiyyəti olmadığından X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-1163/2023 saylı, 03 noyabr 2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətsizliyindən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.” İcra məmurunun hərəkətsizliyi ilə bağlı iki məhkəməyə də müraciət edilmiş hər iki məhkəmə də eyni mövqeni əsas gətirmiş və Abşeron Rayon Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinə işin baxılması üçün müraciət edilməsini, Sumqayıt Şəhər Məhkəməsi isə öz növbəsində qərardadı ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilməsini tövsiyə etmişdir. Bu səbəblərdən də həmin qərardad ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-521/2025 saylı qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 521/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin qarşılıqlı təhlilinə əsasən qeyd edir ki, borclunun hazırkı şikayəti icra məmurunun ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından və ya həmin sahədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlərindən irəli gəlməmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin tələbindən də göründüyü kimi məhkəmə aktının icrası ilə bağlı müəyyən məsələlərə məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən deyil, icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Hazırki şikayət isə AbşeronRayon Məhkəməsinin 2(012)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının Maraqlı şəxs icra məmuru tərəfindən icra edilməməsi barədədir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarı isə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsi ilə əlaqədar olaraq, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməsini təsbit etməkdədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan icra məmurunun hərəkətlərindən şikayət də icra məmurunun olduğu yer üzrə məhkəməyə, yəni Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-521/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-521/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar