Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-198/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, X1, İcra sənədi üzrə tələbkar LPO Tələbkar ASC-nin nümayəndəsi X2, İcra sənədi üzrə Borclu vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İcra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 235/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadından LPO Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadov təqdimatla məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)- 7718/2016 nömrəli, 26.08.2016-ci il tarixli, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-634/2017 nömrəli, 12.12.2017-ci il tarixli, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-456/2018 nömrəli, 18.04.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4789/2019 nömrəli, 14.05.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-8357/2016 nömrəli, 09.10.2019-cu il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-7718/2016 nömrəli, 26.08.2016-ci il tarixli, icra sənədi üzrə borclu şəxs Borclu 160,829 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)- 634/2017 nömrəli, 12.12.2017-ci il tarixli, icra sənədi üzrə borclu “Aqro Mart MMC-dən və Borclu müştərək qaydada 4.422.997,24 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün bank xərci və xidmət haqqı olaraq ödənilmiş 95 manat tələbkar "xxxx" ASC-nin xeyrinə, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-456/2018 nömrəli, 18.04.2018-ci il tarixli icra sənədi üzrə Borclu 248 manat məhkəmə xərci, 400 manat pul vəsaiti, dövlət nəfinə 50 manat məbləğində pul vəsaiti və 4888847,52 ABŞ dolları tutularaq Tələbkar ASC-nin xeyrinə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4789/2019 nömrəli, 14.05.2019-cu il tarixli icra sənədi üzrə Borclu və X6, Şahdağ-2007 MMC, X3 müştərək qaydada 200 manat, 249 manat, 3116666.67 manat, 400 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən 26.08.2020-ci il tarixdə icraata başlanılmış və borcun könüllü qaydada icra edilməsi üçün borcluya rəsmi qaydada bildiriş göndərilmiş, 31.03.2021-ci il tarixdə borclu şəxsin vəkili Vəkil tərəfindən tələbin könüllü icrası haqqında bildirişi imza etməklə qəbul edilmişdir. Lakin bu vaxtadək borclu icra idarəsinə gəlməmiş, icra sənədinə rəsmi münasibət bildirməmişdir. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-235/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-7718/2016 nömrəli, 26.08.2016-ci il tarixli, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-634/2017 nömrəli, 12.12.2017-ci il tarixli, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 456/2018 nömrəli, 18.04.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4789/2019 nömrəli, 14.05.2019-cu il tarixli, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-8357 nömrəli, 09.10.2019-cu il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qərardadla razı olmayan Borclu nümayəndəsi və vəkili Vəkil ondan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-235/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini, təqdimatın təmin olunmadan saxlanmasına dair yeni qərardad çıxarılmasını, əks təqdirdə şikayəti baxılması üçün mülki iş ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-235/2020 saylı, 12.07.2021-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadovun təqdimatı təmin edilməmişdir. (hakim Ə.Ələkbərov) Qərardadla razılaçmayan tələbkar LPO Tələbkar ASC ondan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-235/2021 saylı, 12.07.2021-ci il tarixli qərardadının ləğv edilməsini, icra məmuru Dadaş Fərhadovun təqdimatının təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-235/2021 saylı, 23.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı icra sənədi üzrə tələbkar LPO Tələbkar ASC-nin nümayəndəsi X4 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İcra sənədi üzrə Borclu vəkili və nümayəndəsi Vəkil şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, təmsil etdiyi şəxs öhdəliyini yerinə yetirdiyindən onun hər hansı hüququ məhdudlaşdırıla bilməz. Belə ki, təmsil etdiyi şəxs qeyd olunan iki icra sənədi üzrə borclu yox ipotekaqoyandır və onun öhdəliyi də ipoteka predmetinə tutma yönəldilməsi ilə məhdudlaşır. Digər iki iş üzrə isə hazırda məhkəmə prosesləri gedir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7718/2016 nömrəli, 26.08.2016-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişdir və hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehtiyevin icraatındadır. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-634/2017 nömrəli, 12.12.2017-ci il tarixli icra sənədi üzrə isə hazırda Səbail Rayon Məhkəməsinin icraatında iş vardır. Başqa sözlə, həmin icra sənədləri üzrə hazırda icraat aparıla bilməz. Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin icra orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 235/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» AR Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verimiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Daha öncə qeyd olunduğu kimi icra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-7718/2016 nömrəli, 26.08.2016-ci il tarixli, icra sənədi üzrə borclu şəxs Borclu 160,829 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-634/2017 nömrəli, 12.12.2017-ci il tarixli, icra sənədi üzrə borclu “Aqro Mart MMC-dən və Borclu müştərək qaydada 4.422.997,24 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün bank xərci və xidmət haqqı olaraq ödənilmiş 95 manat tələbkar "xxxx" ASC-nin xeyrinə, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-456/2018 nömrəli, 18.04.2018-ci il tarixli icra sənədi üzrə Borclu 248 manat məhkəmə xərci, 400 manat pul vəsaiti, dövlət nəfinə 50 manat məbləğində pul vəsaiti və 4888847,52 ABŞ dolları tutularaq Tələbkar ASC-nin xeyrinə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4789/2019 nömrəli, 14.05.2019-cu il tarixli icra sənədi üzrə Borclu və X6, Şahdağ-2007 MMC, X3 müştərək qaydada 200 manat, 249 manat, 3116666.67 manat, 400 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4789/2019 nömrəli, 14.05.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-456/2018 nömrəli, 18.04.2018-ci il tarixli icra sənədləri üzrə Borclu deyildir. O, həmin kreditlərin təminatı olaraq özünə məxsus əmlakları ipotekaya qoymuşdur. Digər iki icra sənədi üzrə isə məhkəmə çəkişmələri davam edir. Digər tərəfdən, işdən görünür ki, icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırki halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın şikayətini təmin etməməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst surətdə ölkəyə gedib-gəlmək hüququ konstitusion hüququ olmaqla dövlət tərəfindən qorunan hüquqdur və bu hüququn məhdudlaşdırılması müstəsna hal olmaqla, yalnız buna ciddi hüquqi əsaslar olduqda təmin oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası da hesab edir ki, təqdimat kifayət qədər əsaslandırılmamışdır və onun təmin edilməməsi barədə birinci instansiya məhkəməsi tamamilə qanuni nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələbkarın şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 235/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra sənədi üzrə tələbkar LPO Tələbkar ASC-nin şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 235/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-198/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-198/2021
17.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver