Məhkəmə qərarları › İş №8(105)-2/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-2/2021

11.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-2/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X3 və X1 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Tələbkarın nümayəndəsi: X2, Borclu: Cavabdeh iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 2(060)- 7095 saylı icra sənədinə əsasən borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun təqdimatına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.İ.İsmayılov) xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus əmlaklar və ya onların dəyəri Cavabdeh alınaraq tələbkara qaytarılmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsi təqdimatla məhkəməyə müraciət edərək qeyd olunan icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus əmlaklar və ya onların dəyəri Cavabdeh alınaraq tələbkara qaytarılmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmış və könüllü icra üçün bildiriş borclu Cavabdeh yaşadığı ünvana göndərilmişdir. Borclu Cavabdeh Məhkəmə qərarının icrasının məcburiliyi barədə dəfələrlə xəbərdarlıq edilsə də, borclu icra sənədinin icrasından qərəzli şəkildə yayınmışdır. Bununla əlaqədar İcra İdarəsinə çağırılmış borcluya məhkəmə qərarının mahiyyəti və icrasının məcburiliyi bildirilmiş, o, xx.xx.2020-ci il tarixli izahatında borcu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Borclu Cavabdeh çağırışlara gəlmədiyi üçün məcburi gətirilməsi barədə xx.xx.2020-ci ildə məhkəməyə təqdimat verilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2018-ci il tarixli 2(060)-7095/2018 saylı icra sənədinə əsasən borcun hissə-hissə ödənilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir və bu iş üzrə yekun məhkəmə qərarı, yəni 8(060)-339/2020 saylı qərardad hüquqi qüvvə almadan mahiyyətcə eyni olan iş üzrə digər 8(060)-372/2020 saylı qərardad qəbul edilmişdir. Halbuki, 8(060)-339/2020 saylı qərardad hüquqi qüvvə aldığı günə kimi işdə iştirak edən şəxslərin həmin qərardaddan qərardad onlara rəsmi surətdə təqdim edildiyi gündən 10 gün müddətinə şikayət vermək və 8(060)-339/2020 saylı qərardad ləğv edilərək işin həll istiqamətini əhəmiyyətli dərəcədə dəyişdirmək imkanı ehtimal edilən bir hal idi. Nəticədə Sumqayıt Şəhər Məhkəməsi 8(060)-372/2020 saylı qərardad qəbul etməklə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələbləri ilə qətiyyə uzlaşmayan addım atmışdır. İcra idarəsinin məmuru tərəfindən bildirilmişdir ki, borcunu ödəməkdən boyun qaçırır, çagırışlara gəlmir və xəbərdarlıqlara məhəl qoymur, nəticədə bu səbəblərdən dolayı borclunun ölkədən çıxışı məhdudlaşdırılmalıdır. Hal-hazırda onun vəzifə və funksiyalarından biri də məhz onun xarici ölkələrdə təşkil edilmiş tədbirlər və layihələrdə iştirakıdır. Hazırkı vəziyyət bərpa edilməz hala gəldikdə onun vəziyyətdən çıxması üçün gördüyü tək çıxış yolu qanunsuz əməllərlə məşgul olaraq bir problemi aradan qaldırdıgını sanıb, digər problemlərə yol açmasından başqa bir şey olmayacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(060)-372/2020 saylı qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu Cavabdeh şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Tələbkarın nümayəndəsi R.M.Piriyev şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Sumqayıt şəhəri İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 18.600 manat dəyərində qızıl-zinət əşyaları və 30 manat dövlət rüsumu tutularaq İddiaçı (Piriyeva) verilməlidir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)- 1238/2020 saylı qərarının surətindən görünür ki, borclu Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, borclu barəsində bir sıra məcburi icra tədbirləri görülsə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7095/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi hələ də icra olunmamış qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluların özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materialları ilə və məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu Cavabdeh qətnamənin icrasını könüllü icra etməkdən boyun qaçırır, odur ki, məhkəmə kollegiyası borclunun müəllim işləməsini və bununla əlaqədar olaraq işlə əlaqədar olaraq digər ölkələrə getməsini qarşısının alınması barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, borclu Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edildikdən sonra, bocdan 800 manat pul tələbkara ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul etdikdə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 8(060)- 372/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar