Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-2/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatı üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-689/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E-2640 saylı icra sənədinə əsasən əsasən Borclu 9164 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E-2640 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1984-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Borclu xx.xx.2022-ci il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-689/2022 saylı qərardadının ləğv edilməsi və təqdimatın rədd olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E-2640 saylı icra sənədinə əsasən əsasən ondan 9164 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, onun məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-689/2022 saylı qərardadına əsasən, Bakı Şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E- 2640 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq onun məcburi qaydada Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-689/2022 saylı qərardadı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən və əsassız olduğundan ləğv edilməlidir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə prosesində iştiriak edən vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edib bildirmişdir ki, onun barəsində olan icra işi 2 icraçıda olmuşdur. İş icraçı Vadim Əliyevdə olarkən borclunun işin icraçı Nicat Ramazanidə olması barədə məlumatı olmamışdır. Nicat Ramazani tərəfindən Abşeron rayon icra şöbəsinə gəlməyi barədə ona heç bir məlumat, bildiriş, icraata başlamaq haqqında qərar göndərilməmişdir. Heç telefon vasitəsilə zəng edib şifahi olaraq da onu çağırmamışdır. İcra işi əvvəlki icraçı Vadim Əliyevdə olarkən onunla əlaqə saxlamış və icraçıya da bildirmişdir ki, Bakı Şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E- 2640 saylı icra sənədi onun tərəfindən mübahisələndirilmişdir. Hazırda Bakı Şəhəri 22 saylı Notariat Ofisininxx.xx.2015-ci il tarixli, 7E2640 saylı icra sənədinin ləğv olunması ilə bağlı tərəfindən Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və hazırda icraatdadır. Bununla bağlı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Lakin Abşeron Rayon Məhkəməsi qeyd olunan halları nəzərə alınmamış və qanunsuz qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə təqdimatın təmin edilməsi qənaətinə gələrkən, bunun üçün hansı mötəbər sübutlara əsaslandığını göstərməmiş, formal mülahizəsinə əsasən qərardad qəbul etmişdir. Məhkəmə şübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qərardad iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən müəyyən etmişdir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab edir. Belə ki, Bakı Şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E-2640 saylı icra sənədinə əsasən əsasən Borclu 9164 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Lakin Borclu borcunu ödəməmiş və icra məmurunun çağırışlarına getməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, borclu icra sənədi üzrə borcunu ödəməmiş, icra məmurunun çağırışlarına getməmişdir. Belə olan halda onun icra idarəsinə məcburi gətirilməsi üçün də əsaslar vardır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-689/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-689/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-2/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-2/2023
13.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver