Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-20/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçılar X4 və X1 cavabdehlər Siyəzən Rayon Dövlət Notariat Ofisinə, X3, X5 və X2 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-585/2023 nömrəli qərardadından borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərracın keçirilməsi haqqında "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli sifarişin göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 166/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək iş üzrə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları məbləğində əsas, 20999,20 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu borcu, 2067,52 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 45468,29 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq Maraqlı şəxs2 ASC-yə ödənilməsi, tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55200 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının Maraqlı şəxs2 ASC-yə olan borcunun ödənilməsi və əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq Maraqlı şəxs2 ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılması və evin boşaldılaraq Maraqlı şəxs2 ASC-yə təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı, xx.xx.2022-ci il tarixli (15 avqust 2022-ci ildə verilmiş) icra vərəqəsi Maraqlı şəxs1nə göndərilmişdir. Maraqlı şəxs1ndə icra işi ilə tanış olarkən məlum olmuşdur ki, icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar və bildirişlər borcluya göndərilməmiş və ona rəsmi qaydada təqdim edilməmişdir. İcra məmuru tərəfindən qanun pozuntusuna yol verilərək borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızına heç bir məlumat vermədən Abşeron Rayon Məhkəməsinin 2(012)- 166/2022 saylı işi üzrə icra vərəqəsinə əsasən «Əmlak Hərrac Mərkəzi” MMC-yə 17/**********E saylı, xx.xx.2022- ci il tarixli sifariş vermişdir. İcra işi ilə tanış olarkən o da müəyyən edilmişdir ki, icra məmuru tərəfindən hərrac təşkilatçısının müəyyən edilməsi ilə bağlı prosedur qaydalarına əməl edilməsi, yəni hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə (ipoteka saxlayana və ipoteka qoyana) məlumat verilməsi barədə sənəd (bildiriş, elan, xəbərdarlıq və s.) icra işinin materiallarında yoxdur. Beləliklə də hərrac təşkilatı «Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən qanunsuz hərrac təşkil olunmuş və 29 noyabr 2022-ci il tarixli, 267/22 saylı protokol əsasında ipoteka ilə yüklü edilmiş və ərizəçi Rüstəmova (İsmayılova) Rita Məcid qızına məxsus daşınmaz əmlak 35190 manata tələbkar "Yelo Bank” ASC-yə satılmışdır. Göründüyü kimi, Maraqlı şəxs1 icra məmurları qanun pozuntusuna yol verərək borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızının hüquqlarını kobud sürətdə pozmuşlar. Qüvvədə olan qanuvericiliyə görə, tələbin yönəldiyi ipoteka predmeti olan əmlak ixtisaslaşdırılmış müəssisələr tərəfindən açıq bazarda və ya hərracda icra məmuru tərəfindən verilmiş sifariş əsasında satılır. İcra məmuru hərracın keçirilməsi barədə sifarişi ilk riövbədə ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş hərrac təşkilatçısına, belə razılıq 5 təqvim günü müddətində əldə olunmadıqda isə “İcra haqqında” Qanuna uyğun olaraq digər hərrac təşkilatçısına verə bilər. Abşeron Rayon Məhkəməsinin 8(012)-585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan icra sənədi üzrə borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızı şikayət vermişdir. Şikayət bununla əsaslandırılmışdır ki, icra işinin təhlili zamanı müəyyən olunmuşdur ki, həmin işdə Maraqlı şəxs1 icra məmurunun hərracın keçirilməsi ilə bağlı sifarişi zamanı borclu İsmayılova (Rüstəmova) Rita Məcid qızı xəbərdar edilməmişdir. Yəni icra məmuru tərəfindən hərrac təşkilatçısının müəyyən edilməsi ilə bağlı prosedur qaydalarına əməl edilməyərək, qanunun tələbləri pozularaq icra işi üzrə borclu, hətta formal da olsa, hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunması ilə bağlı məlumatlandırılmamışdır, hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunması barədə İsmayılova (Rüstəmova) Rita Məcid qızına bildiriş, elan, xəbərdarlıq və s. verilməmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qərardad ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-585/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından icra sənədi üzrə borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2- ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. İşdən görünür ki, ərizəyə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı icra sənədi üzrə toplanmış materiallar birinci instansiya məhkəməsi tərəfindən tələb edilmiş və araşdırılmışdır. İş materiallarından görünür ki, qeyd edilən icra sənədi icra məmuru tərəfindən icra olunarkən “İcra haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarının mübahisə ilə bağlı normalarına əməl olunmuş, bütün zəruri tədbirlər görülmüş, hərrac baş tutmamış və ipoteka predmeti olan əmlak son nəticədə xx.xx.2022-ci il tarixdə tələbkar "Yelo Bank” ASC-nin balansına keçirilmişdir. İş materiallarından həmçinin görünür ki, 3 il ərzində Rusiya Federasiyasının ərazisində olmuş borclu R.M.Rüstəmova xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə daxil olmuş və hazırki şikayət ərizəsini tərtib etmişdir. Borclunun icra sənədi üzrə tərtib edilmiş sənədləri rəsmi qaydada almaması barədə dəlilləri əsassızdır və işdəki sübutlarla, habelə icra işinin materialları ilə təkzib olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, hərrac təşkilatçısının seçilməsi haqqında qarşılıqlı razılaşmanın olması müqavilə tərəflərinin hüququ olmaqla tələbin könüllü icrası ilə bağlıdır. Buna görə həmin tələbi müqavilə tərəfləri əldə olunmuş razılığa əsasən mübahisələndirə bilərlər. Yəni, 5 təqvim günü müddətində ipoteka saxlayan və ipoteka qoyan qarşılıqlı razılaşma əsasında seçdikləri hərrac təşkilatçısının adını icra məmuruna bildirdikdə sonuncu buna əməl edərək sifarişi seçilmiş həmin hərrac təşkilatına verməlidir. Lakin iş materiallarına, eləcə də ərizənin dəlillərinə əsasən hərrac təşkilatçısının seçilməsi barədə borclu ilə tələbkar "xxxx" ASC arasında qarşılıqlı razılıq əldə olunması təsdiq olunmur. Bundan əlavə icra məmuru icraata başlamaq haqqında xx.xx.2022-ci tarixində qərar qəbul etmiş, ərizəçi həmin qərarın 4-cü bəndinə əsasən onu 10 gün müddətində mübahisələndirməmiş, həmin qərar qüvvədə olduğundan və tələb 10 gün müddətində könüllü icra edilmədiyindən Maraqlı şəxs1 tərəflərə məlumat verməklə "xxxx" MMC-yə hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubu göndərmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edildikdən bir il üç ay sonra məhkəməyə müraciət etmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 8(012)-585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsaslı və qanuni olduğundan, eləcə də qərardadın ləğvi üçün əsaslar müəyyən olunmadığından qərardad dəyişdirilmədən saxlanılmalı, həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Rüstəmova (İsmayılova) Rita Məcid qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-585/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-20/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-20/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver