Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-204/2025 29.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 Tələbkar iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 478/2025 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İddiaçı Tələbkar cavabdeh X6 qarşı iddia ərizəsi, sonradan tələbin artırılması ilə məhkəməyə müraciət edərək “6000 manat kompensasiya ödənilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evdən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X7 öz növbəsində, iddiaçı Tələbkar qarşı məhkəməyə müraciət edərək, “mübahisəli evin təmirinə xərclənmiş 30000 manat, hüquqi yardıma görə verilmiş 320 manat və dövlət rüsumu kimi verilmiş 182 manat pul vəsaitin qaytarılması barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı X7 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-478/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3364/2024 nömrəli qətnaməsi ilk iddia ilə bağlı kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilmiş, Cavabdeh X4 Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsindəki 2 saylı evə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması ilə bağlı təklif olunan kompensasiyanın məbləği 8000 (səkkiz min manat) müəyyən edilməsi, mənzildən çıxarılmanın kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) X4 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-478/2025 nömrəli qətnaməsinin icrasına 2 ay möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 478/2025 saylı, xx.xx.2025 il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Cavabdeh ailə vəziyyəti ilə əlaqədar hal-hazırda köçə bilmir. Ona görə qətnamənin icrasına 2 aylıq möhlət verilməsini xahiş edir. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar verilmiş ərizəyə etiraz edərək ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq borclu tərəf məhkəmə iclasında iştirak etməmiş, lakin borclunun vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq kirayə götürdükləri evin xx.xx.2025-ci il tarixdə boşalacağını və həmin vaxta qədər möhlət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki prosessual qanunvericilik hakimə qanunla müəyyən edilmiş halların mövcudluğu halında, çıxardığı qərarın icrasına möhlət vermək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və ya bundan imtina edilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Göründüyü kimi qətnamənin “icra edilməsinə möhlət verilməsi” barədə vəsatət ilkin olaraq apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin borclu Zaur Zülfəliyev (onun vəkili) hazırkı ərizə ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, birbaşa apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir ki, bu da yuxarıda qeyd olunan Plenum qərarının tələbi baxımından yolverilməzdir. Azərbaycan Repsublikası MPM-in 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X3 (onun vəkili) tərəfindən verilmiş “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizə geri qaytarılsın. Borclu X1 məsələ ilə bağlı aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-204/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-204/2025
29.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver