Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-205/2025 07.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 8(027)-149/2025 nömrəli, 04 avqust 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim G.Kamilli) ərizənin təmin edilməsi, Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 8(027)-149/2025 nömrəli 04 avqust 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq ona, yəni X3 xeyrinə ödənilməlidir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 8(027)-271/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Hazırda Borclu borcun bir qisminin ödənilməsinin təmin edilməsi üçün mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına keçirilməsinə razıdır. Ərizə üzrə məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Quba Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba rayon Məhkəməsinin 8(027)-149/2025 saylı xx.xx.2025-ci il tarixli qəraradadı ilə razılaşmır. Belə ki, qərardad qanunsuz və ədalətsiz olmaqla qəbul edilmişdir. Həmin torpaq sahəsi artıq başqa şəxsə satılıb və ona görə də tələbkarın əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 avqust 2025ci il tarixli və onunla bağlı 28 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İşdən görünür ki, X4 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına keçirilməsinə razı olduğunu əsas gətirərək borclunun mülkiyyətində olan həmin torpaq sahələrinin ərizəçinin adına özgəninkiləşdirilməsi əsası ilə üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Borclu qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. İlk öncə qeyd olunmalıdır ki, ərizəçi üzərinə icra məmurunun təqdimatı əsasında həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsini xahiş etdiyi əmlakla bağlı borclu ilə razılığa gəldiyini bildirsə də, iş materiallarında və ərizəyə belə bir razılığın olduğunu təsdiq edən sənəd əlavə edilməmişdir. Əksinə borclunun bu qərardaddan şikayət verməsi belə razılaşmanın mövcudluğunu istisna edir. Digər tərəfdən ərizəyə baxan birinci instansiya məhkəməsi Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsinin 10 fevral 2022-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə yüklü olduğu halda, ipoteka saxlayan "xxxx" ASC-nin, eləcə də icra hərəkətlərinin həyata keçirən icra məmurunun işə cəlb edilərək onların bu məsələyə münasibətini öyrənməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, ərizəyə iştirak etməli olan şəxslərin iştirakı təmin edilməklə yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli və onunla bağlı 28 avqust 2025-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-205/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-205/2025
07.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver