Məhkəmə qərarları › İş №8(105)-207/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-207/2021

04.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-207/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Tələbkar, X1nun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(012)-524/2021 saylı qərardadından borclu R.Ə.Mehdiyevin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(012)-524/2021 saylı qərardadı ilə (hakim C.İ.Səfiyeva) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2009cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı borclu R.Ə.Mehdiyevin “ərizənin geri qaytarılması barədə” ərizəsi qəbul edilib, borclu R.Ə.Mehdiyevin qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Borclu R.Ə.Mehdiyev şikayət verərək Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(012)-524/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 avqust 2021-ci il tarixli, 8(012)-524/2021 saylı qərardadı borclu R.Ə.Mehdiyev tərəfindən verilmiş şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin 24 noyabr 2008- ci il tarixli qətnaməsi ilə X2 qızı 25 avqust 2003-cü il təvəllüdlü Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə hər ay sabit pul məbləğində 25 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. İddiaçı Tələbkar Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Qobustan Rayon Məhkəməsinə 24 noyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilərək X2 qızı 25 avqust 2003-cü il təvəllüdlü Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə hər ay sabit pul məbləğində 70 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minəndən sonra borclu Tələbkar 5.100 manat ödənişlər etmişdir. Lakin maddi cəhətdən imkansız və təminatsız olduğundan, himayəsində 4 azyaşlı övladı olduğundan, heç yerdə işlmədəyindən və əlavə gəlirə malik olmaması səbəbindən hal-hazırda üzərinə qoyulmuş pul məbləğinin ödənilməsində çətinlik çəkir. O, hər ay 50 (əlli) manat olmaqla tələbkarın pulunu ödəmək imkanını özündə mümkün bilir. Himayəsində 4 azyaşlı övladının olduğu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən X1nun üzərinə məhkəmə qətnaməsi ilə qoyulmuş borc öhdəliyinin ödənilməsi ilə bağlı olan pul məbləğini vermək imkanının olmamasını və heç bir maddi əlavə gəlirinin olmamasının nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu R.Ə.Mehdiyev məhkəməyə ərizə təqdim edib, ərizənin və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Borclu R.Ə.Mehdiyev şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 27 iyul 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı savadsız olduğu üçün məhkəmə ondan ərizəsinin geri qaytarılması barədə ərizə almışdır. Ərizə yazarkən hakim ona izah etmişdir ki, hazırda verilən ərizə aidiyyat üzrə Qobustan Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında borclu R.Ə.Mehdiyev şikayəti müdafiə edib, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayətə etiraz edib, birinci instansiya məhkəməsinin qəradadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan ərizədən görünür ki, borclu R.Ə.Mehdiyev birinci instansiya məhkəməsinin araşdırması zamanı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı borclu R.Ə.Mehdiyevin ərizənin geri qaytarılması barədə ərizə onun tərəfindən təqdim edilməsi mübahisə doğurmadığından və ərizənin onun iradəsinin ziddinə təsir etməklə alınması halı müəyyən edilmir. Belə olan halda şikayət əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2009cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı borclu R.Ə.Mehdiyevin “ərizənin geri qaytarılması barədə” ərizəsi qəbul edilib, borclu R.Ə.Mehdiyevin qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu R.Ə.Mehdiyevin verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(012)-524/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar