Məhkəmə qərarları › İş №8(105)-207/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-207/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-207/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun borclu "X17 LTD" MMC-nə qarşı iş üzrə (Açar sözlər: icraatın yenilənməsi haqqında qərarın ləğv edilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli qərarından ərizəçi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsinə əsasən çıxarılmış Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)- 110/2025 nömrəli qərardadından borclu "X17 LTD" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-581/2023 saylı icra vərəqəsinə əsasən borclu “X17 LTD” MMC-dən xx.xx.2013-cü il tarixli, 91/2013 saylı kredit müqaviləsi üzrə cəmi 254403,23 manat və xx.xx.2013-cü il tarixli, 92/2013 saylı kredit müqaviləsi üzrə cəmi 3852311,94 manat olmaqla, ümumilikdə, 4106715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın X4 “X17 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X17 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payına, “X17 LTD” MMC-yə məxsus Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.metr ümumi, 2157,9 kv.metr əsas sahədən, 326,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0,8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli, 2 mərtəbəli binada 118,5 kv.metr yaşayış sahəsindən ibarət 7 otaqlı, 15/19/21 nömrəli və X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsində yerləşən 146 nömrəli, 2 mərtəbəli binada 146,7 kv.metr ümumi, 84 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 7, 5 nömrəli mənzillərə yönəldilməsi və qeyd olunan ipoteka predmeti olan əmlakların açıq hərrac vasitəsi ilə realizə edilməsi qərara alınmışdır.

2. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli icraatın yenilənməsi barədə qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1265/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır.

3. Ərizəçi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Anar Cabbarov Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 şikayəti onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-581/2023 saylı icra sənədi üzrə “icraatın yenilənməsi” barədə qərar qəbul edilmişdir. Bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-581/2023 saylı icra vərəqəsinə əsasən borclu “X17 LTD” MMC-dən xx.xx.2013-cü il tarixli, 91/2013 saylı kredit müqaviləsi üzrə cəmi 254403,23 manat və xx.xx.2013-cü il tarixli, 92/2013 saylı kredit müqaviləsi üzrə cəmi 3852311,94 manat olmaqla, ümumilikdə, 4106715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın X4 “X17 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X17 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payına, “X17 LTD” MMC-yə məxsus Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.metr ümumi, 2157,9 kv.metr əsas sahədən, 326,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına, X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0,8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli, 2 mərtəbəli binada 118,5 kv.metr yaşayış sahəsindən ibarət 7 otaqlı, 15/19/21 nömrəli və X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsində yerləşən 146 nömrəli, 2 mərtəbəli binada 146,7 kv.metr ümumi, 84 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 7, 5 nömrəli mənzillərə yönəldilməsi və qeyd olunan ipoteka predmeti olan əmlakların açıq hərrac vasitəsi ilə realizə edilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Maraqlı şəxs1 icra məmuru tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi yalnız iş üzrə borclu “X17 LTD” MMC-yə və Abşeron rayon inzibati ərazisində yerləşən əmlaka aid hissədə icra olunması üçün Maraqlı şəxs1nə göndərildiyini və digər borclu X5 və qeyrilərinə aid hissədə isə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmədiyini nəzərə alaraq tərəflərindən “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinin tələbinə əsasən icraatın dayandırılmasına dair xx.xx.2024-cü il tarixli məktubla Maraqlı şəxs1nə müraciət edilmiş və müvafiq qaydada icraata dayandırılmışdır. İcra sənədinin icraatının dayandırılması barədə Maraqlı şəxs1nə müraciət etməkdə məqsədləri icra sənədi üzrə digər ipoteka predmetlərinə dair hissədə də icra sənədinin icra olunması olmuşdur. Bundan sonra tərəflərindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq davamlı müraciətlər əsasında iş üzrə digər əmlakların hərrac vasitəsi ilə realizə edilməsinə dair həmin hissədə yeni icra vərəqəsi verilərək aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Nəsimi rayon inzibati ərazisində yerləşən əmlakların realizə edilməsi istiqamətində icra hərəkətləri davam etdirilir. Lakin buna baxmayaraq tələbkar tərəfin icraatın bərpası ilə bağlı təkrar müraciəti olmadan Maraqlı şəxs1 icra məmuru tərəfindən mövcud qanunvericiliyin tələbinə zidd olaraq xx.xx.2025-ci il tarixdə “icraatın yenilənməsi” barədə qərar qəbul edilmişdir. “İcra haqqında” AR Qanununun 19.2-ci maddəsinə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Həmin maddənin tələbini şərh edəndə aydın görünür ki, icra məmuru o halda öz təşəbbüsü ilə icraatı təzələyir ki, icraatın dayandırılması həmin qanunun digər maddələrinin tələbinə əsasən icraat dayandırılmış olsun. Hansı ki icra qanunvericiliyində həmin hallarda icraatın dayandırılmasının müddətləri birbaşa göstərilmişdir. Bundan əlavə iş üzrə tələbkar və eyni zamanda ipoteka saxlayan olaraq, ilk növbədə borca mütənasib və eyni zamanda daha təsirli hesab olunan əmlakın açıq hərracdan realizə edilməsinə dair qanunla qorunan üstün hüquqa malikdirlər. Eyni zamanda bildirirlər ki, icra məmuru sözügedən qərarı qəbul edən zaman həmin qərardan şikayət etmə müddətini göstərməməklə mövcud qanunvericiliyin tələbini pozmuşdur. İcra məmuru icra sənədinin icrası ilə bağlı tələbkarın icraatın dayandırılmasına səbəb olmuş halların aradan qaldırılaraq icraatın yenilənməsi ilə bağlı ərizə və ya məktubu olmadan qanunsuz və əsassız olaraq xx.xx.2025-ci il tarixində “icraatın yenilənməsi” barədə qərar qəbul etməsi və eyni zamanda qərardan şikayət etmə müddətini göstərməməsi ilə maraqlarına toxunaraq nəticədə hüquqlarının pozulmasına səbəb olmuşdur. Sözügedən qərarın mövcudluğundan Maraqlı şəxs1 tərəfindən ünvanlanmış, xx.xx.2025-ci il tarixdə daxil olmuş məktuba əsasən məlumatları olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edirlər ki, icra məmurunun “icraatın yenilənməsi” barədə qərarı ləğv edilməlidir. Maraqlı şəxs1 icra məmuru icraatı təzələyərək ipoteka predmetini hərraca çıxarmışdır. Qeyd edir ki, borcun ümumi məbləği 4106715,017 manatdır. Qətnaməyə nəzər yetirdikdə görünür ki, iddia tələbinin məbləği ******* manat məbləğindədir, ipoteka predmeti isə ******* manat pul təşkil edir. Onlar əmlakın qiyməti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişdirlər. İpoteka predmeti olan əmlak hərraca çıxarılmış, lakin indiyədək satılmamışdır. İcra sənədində qeyd edilən digər əmlakların dəyəri 210000 manat və 290000 manat təşkil edir. Onlar əmlakın ipotekada qalmaqla satılmasına etiraz etmirlər və müəyyən qədər ödəniş edilsə, əmlakın satılmasına razılıq verərlər. İcra məmuru tərəfindən icraat sadəcə əmlakın girovdan azad edilməsi məqsədi ilə yenilənmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi qərara alınmışdır.

6. «X17 LTD» MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Maraqlı şəxs1 icraatın yeniləməsi barədə qərarının ləğv olunmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından maraqlı şəxs «X17 LTD» MMC-nin xx.xx.2025-ci il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə borclu “X17 LTD” məhdud məsuliyyətli cəmiyyətini işdə iştirak etməyə cəlb etmədən, onun iştirakı olmadan işə baxmış və maraqlarına toxunan qərardad qəbul etmişdir. Borclu bu barədə şikayətində göstərsə də, birinci instansiya məhkəməsi şikayətə baxarkən bu hala diqqət yetirməmiş, o cümlədən şikayətin digər dəlillərinə də qiymət verməmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilmiş, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi qərara alınmışdır.

11. Borclu «X17 LTD» MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yeniləməsi” barədə qərarın ləğv olunmasına dair xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) Abşeron Rayon Məhkəməsinin 8(012)- 110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından «X17 LTD» MMC-nin xx.xx.2025-ci il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

14. Borclu «X17 LTD» MMC şikayəti onunla əsaslandırmışdır ki, “X17 LTD” MMC-dən xx.xx.2013-cü il tarixli, 91/2013 saylı və xx.xx.2013-cü il tarixli, 91/2013 saylı kredit müqavilələri üzrə cəmi 254.403,23 manat və xx.xx.2013-cü il tarixli, 92/2013 saylı kredit müqavilələri üzrə cəmi 3.852.311,94 manat olmaqla, ümumilikdə, 4.106.715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutulmanın X4 “X17 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X17 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz payına, “X17 LTD” MMC-yə məxsus, Xırdalan şəhəri, Xırdalan-Masazır şosesinin şimalında yerləşən 2484,8 kv.metr sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və ******* manat dəyərində qiymətləndirilməsi və əmlakın açıq hərracda satılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 581/2023 saylı icra vərəqəsi Maraqlı şəxs1 icraatına daxil olmuş, müxtəlif icra hərəkətləri aparılıb açıq hərracda satılması üçün sifariş verilmişdir. Lakin, tələbkar tərəf heç bir əsas olmadan icraatın dayandırılması ilə bağlı icra şöbəsinə müraciət etmişdir. Maraqlıdır ki, nə üçün tələbkar ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə satılıb, əldə olunmuş vəsaitin borc əvəzinə tələbkarın xeyrinə ödənilməsinə maneçilik törədir. Artıq mövcud əmlakla bağlı iki dəfə hərrac keçirilib, satılmadığı üçün tələbkara təklif olunmuş, tələbkarda imtina etdiyi üçün əmlak borcluya qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsində yeni dəyişikliklə bağlı göstərilir ki, könüllü icra müddəti bitdikdən sonra üzərinə həbs qoyulub, qiymətləndirilmiş əmlak borclu tərəfindən satılması üçün ona iki ay vaxt verilir. Həmin müddətdə əmlak satılmadıqda isə icra məmuru tərəfindən elektron hərraca sifariş verilir. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

16. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

17. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. İcraatın dayandırılmasının məcburiliyi 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda.

Maddə 18. İcraatın dayandırılmasının mümkün olduğu hallar 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;

Maddə 19. İcraatın dayandırılması müddətləri 19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: 19.1.1. borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək; 19.1.2. borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək; 19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək; 19.1.4. icra məmuruna etirazın təmin edilməməsindən şikayət verildiyi halda məhkəmə tərəfindən həmin şikayətə baxılanadək; 19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək; 19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək; 19.1.7. digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək. 19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)- 110/2025 nömrəli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.

20. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ərizəçi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Anar Cabbarov Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmənin mübahisələndirilən qərardadı ilə şikayət təmin edilmişdir.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tələbkar tərəfin icraatın bərpası ilə bağlı təkrar müraciəti olmadan və yaxud icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxmadan, yalnız borclunun istəyi nəzərə alınmaqla Maraqlı şəxs1 icra məmuru tərəfindən mövcud qanunvericiliyin tələbinə zidd olaraq xx.xx.2025-ci il tarixdə “icraatın yenilənməsi” barədə qərar qəbul edilmişdir.

23. Maraqlı şəxs «X17 LTD» MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yeniləməsi” barədə qərarın ləğv olunmasına dair xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququnun təkib hissəsini təşkil edən məhkəmə qərarlarının icrasının təşkili özlüyündə prosessual hüququn predmeti olmaqla İcra haqqında Qanun bu fəaliyyətin gedişatını tənzimləyir. İcra məmurunun fəaliyyəti prosesual hüququn subyekti olmaqla məhkəmə qərarının icrasının həyata keçirilməsinin prosessual təminatı sahəsində qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri daxilində bu fəaliyyəti həyata keçirir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40).

26. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35).

27. Kollegiya qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından maraqlı şəxs «X17 LTD» MMC-nin xx.xx.2025-ci il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadındakı göstərişlər birinci instansiya məhkəməsi tərəfindən tam icra edilməmiş, bundan başqa icraatın dayandırlmasının əsasları məhkəmə tərəfindən araşdırılmadan mübahisələndirilən qərardadı qəbul etməklə məsələyə düzgün qiymət verməmişdir.

30. Belə ki, İcra haqqında qanunvericiliyin tələblərindən göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılması İcra haqqında Qanunun 17 və 18-ci maddələrində nəzərdə tutulmş əsaslar olduqda yolveriləndir.

31. İcra məmurunun mübahisələndirilən qərarının məzmunundan görünür ki, araşdırılan iş üzrə icra sənədi tələbkarın müraciət əsasında dayandırılmışdır.

32. Lakin iş materiallarından icra sənədi üzrə icraatın dayandırılmasına dair icra məmurunun qərarı müəyyən edilmir. Qeyd olunan hala məhkəmə tərəfindən diqqət yetirilməmiş, icra işinin materialları araşdırılmamış, icra sənədi üzrə icraatın dayandırılmasının və bu zəmində icraatın yenilənməsinin əsaslarının qanuniliyinə qiymət verilməmişdir.

33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq şikayət ərizəsi yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

34. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Borclu "X17 LTD" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadı ləğv olunsun. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli qərarından ərizəçi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsi yenidən müzakirə edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar