Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-208/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Tələbkar: Tələbkar iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatı üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadından borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) təqdimatın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1355/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu2 və Borclu1 yaşadıqları «AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilin giriş qapısı məcburi qaydada açılması, qərardadın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İlyas Həsənov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1355/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən Borclu2 və Borclu1 yaşadığı «AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilin giriş qapısının məcburi açılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1355/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən Borclu2 və Borclu1 iddiaçı Tələbkar mülkiyyətində olan «AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin icra sənədi 06.05.2021-ci il tarixdə Abşeron rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Belə ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə qeyd olunan ünvanda olmuş, qapı dəfələrlə döyülsə də qapını açan olmamışdır. İcra sənədi üzrə Borclu1 məxsus olan “***-***-**-**” mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, o isə hazırda Gəncə şəhərində olduğunu bildirmişdir. Belə olan halda akt tərtib edilərək işə əlavə olunmuşdur. Aparılan bütün icra tədbirləri və edilən xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməməklə, habelə qapını bağlı saxlamaqla, hər vəchlə icra sənədinin icrasından yayınmaqdadır. Belə olan halda da Abşeron Rayon Məhkəməsinin 2(012)-1355/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədini icra etmək məqsədiylə borcluların yaşadığı «AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilin giriş qapısının məcburi açılması barədə qərardad qəbul edilməsi zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu1 və Borclu2 verdiyi şikayətini onunla əsaslandırmışdır ki, onların maddi hüquq normaları pozulmuşdur. Onlar iddiaçı Tələbkar qarşı həmin adıgedən mənzilə dair «AKKORD» Sənayə Tikinti Koorperasiya arasında bağlanmış qanunsuz alqı-satqı müqaviləsinin etibarsızlıgına dair yeni iddia ərizəsi ilə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Bu əsaslar üçün qərardad ləğv edilməlidir və iş üzrə icraat dayandırılmalıdır. Abşeron Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı tamamilə ləğv edib, iş üzrə icraatın dayandırılması barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Tələbkar şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadı dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Borclu1 və Borclu2 və Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarında olan 06.07.2021-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1355/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədini icra etmək məqsədilə icra məmuru mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilə getmiş, lakin qapı bağlı olduğu üçün qətnamənin icrası mümkün olmamışdır. Məhkəmə təqdimatla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri göstərilmişdir. Eyni zamanda həmin Qanunun məcburi icra hərəkətləri sırasında 43.1.5-ci maddəsində bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərin görülməsi göstərilmişdir. Təqdimatdan aydın olur ki, böyük icra məmuru İlyas Həsənov qanunla nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədində göstərilən ünvana getmiş, lakin borclu icranın təmin olunmasına mane olaraq mənzilin qapısını açmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qanunun tələblərinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası məqsədi ilə məcburi icra hərəkətləri edilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu1 və Borclu2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 17 iyul 2021-ci il tarixli 8(012)-560/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №8(105)-208/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-208/2021
04.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver