Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-21/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair Maraqlı şəxs rəisi Bəhlul Rəhimli tərəfindən verilən şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-571/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsinin borclu X2 istifadə etdiyi 0.0115 ha hissəsindən çıxarılmalı, orada tikilmiş ev borclunun hesabına sökülməli və torpaq sahəsi boşaldılmalıdır. Maraqlı şəxs icra məmuru Şamo Babayevin 22 iyun 2022-ci il tarixli «icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqınada» qərarına əsasən Şabran rayon məhkəməsinin 2(031)-571/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi Şabran rayon məhkəməsinə qaytarılmışdır. X4 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədinin təkrarən icraya yönəldilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadına əsasən X1 şikayət ərizəsi təmin edilmiş, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi təkrarən icraya yönəldilmişdir. İş üzrə Maraqlı şəxs rəisi Bəhlul Rəhimli qərardadın ləğv olunması ilə bağlı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması ilə bağlı şikayətin verilməsi müddətinin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış 10 günlük prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir X4 şikayət ərizəsi ilə mürciət edərək Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış 10 günlük prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, 8(031)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından verilən şikayətin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən X1 şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. İş üzrə Maraqlı şəxs rəisi Bəhlul Rəhimli ərizə ilə mürciət edərək Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs rəisi Bəhlul Rəhimli tərəfindən verilən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza vasitəsilə imzalanmamışdır, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. AR MPM-in 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmamış şikayət hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmaq üçün üçün əsasdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da MPM-in mülki işlər üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından Maraqlı şəxs rəisi Bəhlul Rəhimli tərəfindən tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin forma baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10- 1.3-cü 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şabran Rayon Məhkəməsinin 8(031)-58/2022 nömrəli 15 noyabr 2022-ci il tarixli qərardadından Maraqlı şəxs rəisi Bəhlul Rəhimli tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-21/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-21/2023
01.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver