Məhkəmə qərarları › İş №8(105)-212/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-212/2025

15.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-212/2025 15.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X2 ibarət tərkibdə, X13 qızının katibliyi, X1 iştirakı ilə, X1 icra məmurunun hərəkətsizliyi barədə şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu İcra və probasiya şöbəsinin icra məmuru X4 icra işini icra etməməsi ilə əlaqəli qanunsuz hərəkətlərinə son qoyulması və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına (hakim Mirnəsir Mirəsənli) əsasən X1 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayətinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. X3 xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsini və icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 tərəfindən Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. X3 xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsini və icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-438/2025 saylı qərardadından verilmiş şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 şikayətin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərarın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-in 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi MPM-in 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-in 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzinin surətindən görünür ki, birinci instansiya məhkəməsinin qərardadı xx.xx.2025-ci il tarixdə X3na rəsmi qaydada çatdırılmış, ərizəçi isə şikayəti xx.xx.2025-ci il tarixdə, yəni qərardadın rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddəti ötürməklə vermiş, bununla da qərardaddan şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin şikayətini qəbul edib işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin sadalanan tələblərinə əməl etməmiş, Mülki Prosessual Məcəllənin tələbini pozaraq şikayəti geri qaytarmaq əvəzinə işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 icra məmurunun hərəkətsizliyi barədə şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə X3 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar