Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-217/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı iş üzrə (Açar sözlər: əmlakın üzərindən həbsin götürülməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Tələbkar, Tələbkarın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 nömrəli qərardadı ilə icra sənədi üzrə Borclu məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Borclu ərizəsi əsasında çıxarılmış Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2022 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus torpaq sahələri üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu mülkiyyətində olan Abşeron rayonu, Qobu kəndində yerləşən ümumi ölçüsü 0,4428 ha olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri (ehtiyat fondu torpaqları kateqoriyalı) üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir.
3. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, 22 dekabr 2021-ci il tarixdə **********28 reyestr və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0978 ha torpaq sahəsi və 22 dekabr 2021-ci il tarixdə **********27 reyestr və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0707 ha torpaq sahəsi üzərindən Abşeron Rayon Məhkəməsinin 8(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tətbiq edilmiş həbsin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli qətnaməsi ilə Borclu torpaq sahəsinin alınması üçün verilmiş 14000 manat və torpaq sahəsində inşa edilən tikiliyə sərf edilmiş 21155 manat, cəmi 35155 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq Tələbkar ödənilməsi qət edilmiş, iş üzrə icra vərəqəsi icraya yönəldilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Qobu kəndində yerləşən ümumi ölçüsü 0,4428 ha olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri (ehtiyat fondu torpaqları kateqoriyalı) üzərinə həbsin qoyulması qərara alınmışdır. Borclu Tələbkar 35185 manat məbləğində borcu var və borcun ödənilməsini təmin etmək üçün mülkiyyətində olan bütün əmlaklar üzərinə həbs qoyulub. Lakin bu məhdudiyyət borcun məbləği ilə nisbətdə adekvat şəkildə müəyyən edilməmiş və nəticədə onun mülkiyyət hüququnun həddindən artıq məhdudlaşdırılmasına səbəb olmuşdur. Qət edilmiş borcun ödənilməsinin təmin edilməsi üçün borclunun mülkiyyətində olan bütün əmlaklar üzərinə həbsin qoyulmasına zərurət yoxdur. Həbsin Borclu borcuna münasibətdə adekvat təyin edilməməsi onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. Mülki Prosessual Məcəllənin tələblərinə və mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə əsasən, borcun təmin edilməsi üçün yalnız borcun ödənilməsinə kifayət edəcək əmlak üzərinə həbs qoyulması daha məqsədəuyğundur. Borclu bütün əmlaklarına həbs qoyulması onun hüquqlarını məhdudlaşdırır və onun üçün ciddi çətinliklər yaradır. Buna görə də ərizə təmin olunmalıdır.
5. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 35155 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar verilməlidır. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahələrinin üzərinə (********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli torpaq sahəsi istisna olmaqla) Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 388/2022 saylı qərardadı ilə həbs qoyulmuşdur.
6. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0707 ha torpaq sahəsinin 2024-cü il üzrə orta bazar dəyəri 53944,1 manat, 0,0978 ha torpaq sahəsinin 2024-cü il üzrə orta bazar dəyəri 74621,4 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) ərizə təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində Borclu adına 22 dekabr 2021-ci il tarixli **********28 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0978 ha torpaq sahəsi və 22 dekabr 2021-ci il tarixli **********27 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0707 ha torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin 8(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüşdür.
8. Tələbkar Kazımov X2 Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli, 8(105)-217/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.
Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırmışdır ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ona olan 35155 manat borcu ödəmədiyi üçün Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə onun mülkiyyətində olan Abşeron rayonu, Qobu kəndində yerləşən ümumi ölçüsü 0,4428 ha olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri (ehtiyat fondu torpaqları kateqoriyalı) üzərinə həbs qoyulmuşdur. 2023-cü ildə Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 02 saylı notariat kontorunda bağlanmış 4ə176 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə əldə etdiyi Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0,042 ha torpaq sahəsinin üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 388/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə Abşeron rayonu 02 saylı notariat kontorunda bağlanmış 4Ə-176 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs aldığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0,042 ha torpaq sahəsinin 0,015 ha hissəsinin üzərindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat hazırlanmışdır. Həmin Hesabata əssən Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 0.0420 ha torpaq sahəsi 2100 manat; 0.0173 ha torpaq sahəsi 1000 manat; 0.0707 ha torpaq sahəsi 3535 manat; 0.0978 ha torpaq sahəsi 5000 manat; 0.01 ha torpaq sahəsi 1000 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra Abşeron İcra və probasiya şöbəsi əmlakların açıq hərracdan satılması üçün işi Əmlak Hərrac Mərkəzi MMC-yə göndərmişdir. Lakin hərracda iştirakçı olmaması səbəbindən keçirilməsi baş tutmamışdır. İcra sənədi üzrə Borclu sifarişi əsasında Hüquq Torpaq X1 MMC tərəfindən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0707 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli 212 nömrəli mütəxəssis rəyi hazırlanmış və həmin rəyə əsasən 0.0978 ha torpaq sahəsinin 2024-cü il üzrə orta bazar dəyəri təqribən 53944,1 manat təşkil etdiyi qeyd edilmişdir. Bundan başqa, həmin MMC tərəfindən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0707ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli 211 nömrəli mütəxəssis rəyi hazırlanmış və həmin rəyə əsasən 0.0707ha torpaq sahəsinin 2024-cü il üzrə orta bazar dəyəri təqribən 74621.4 manat təşkil etdiyi qeyd edilmişdir. Abşeron rayon Məhkəməsi Hüquq Torpaq X1 MMC-nin mütəxəssis rəyini əsas götürərək hər iki Borclu adına 22 dekabr 2021-ci il tarixli **********28 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0978ha torpaq sahəsinin və 22 dekabr 2021-ci il tarixli **********27 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0707ha torpaq sahəsinin üzərindən həbsi götürmüşdür. Məhkəmə heç bir araşdırma aparmadan, qeyd olunan torpaq sahələrinin 2023-cü ilə olan bazar dəyəri ilə 2024-cü ilə olan bazar dəyəri arasında müqayisə aparmadan, Hüquq Torpaq X1 MMC-nin hazırladığı saxta mütəxəssis rəyinə istinad etməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını sual altında qoymuşdur. Belə ki, Abşeron rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabatda Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.0707 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 3535 manat; 0.0978 ha torpaq sahəsinin bazar dəyəri isə 5000 manat qiymətləndirildiyi halda, birdən birə Hüquq Torpaq X1 MMCnin mütəxəssis rəyi ilə 1 il sonra, yəni 2024-cü ildə 0.0978 ha torpaq sahəsinin bazar dəyəri 53944,1 manat, 0.0707 ha torpaq sahəsinin bazar dəyəri 74621.4 manat təşkil etmişdir. Burdan belə çıxır ki, hər iki torpaq sahəsinin bazar dəyəri 1 il ərzində 15-16 dəfə artmışdır. Bu isə absurddur və belə bir şey mümkün deyildir. Məhkəmə bununla bağlı iş üzrə qiymətləndirmə təşkil etməli idi. Bundan başqa Abşeron rayon Məhkəməsi borclunun adında olan 0,0978 ha torpaq sahəsinin və 0,0707 ha torpaq sahəsinin üzərindən həbsi götürərkən, borclunun adında olan və üzərinə həbs qoyulmuş digər torpaq sahələrinin Abşeron Rayon Məhkəməsinin 2(012)-1137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tutulmalı olan pul borcunu qarşılayıb, qarşılamadığına diqqət etməmiş və buna qiymət verməmişdir. Bu hal məhkəmənin ərizə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadığının və qanunsuz qərardad qəbul etdiyinin sübutudur. Bu səbəblərdən də həmin qərardad ləğv edilməlidir. Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tələbkar şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. Tələbkarın nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
17. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirə salınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Maddə 50.4. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)- 388/2025 nömrəli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
20. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı ilə ərizə təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində Borclu adına 22 dekabr 2021-ci il tarixli **********28 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0978 ha torpaq sahəsi və 22 dekabr 2021ci il tarixli **********27 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0707 ha torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin 8(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüşdür.
21. Məhkəmə qərardadı ilə razılaşmayan Tələbkar qərardadından şikayət vermişdir.
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə müqaisəli şəkildə araşdıraraq hesab edir ki, həmin dəlillər qismən əsaslıdır.
23. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1137/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Qobu kəndində yerləşən ümumi ölçüsü 0,4428 ha olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli torpaq sahələri (ehtiyat fondu torpaqları kateqoriyalı) üzərinə həbs qoyulmuşdur.
24. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 388/2022 saylı qərardadı ilə Abşeron rayonu 02 saylı notariat kontorunda bağlanmış 4Ə- 176 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs aldığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli 0,042 ha torpaq sahəsinin 0,015 ha hissəsinin üzərindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 saylı qərardadı ilə qoyulmuş həbs götürülməsi qərara alınmışdır.
25. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.01 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə **********29 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindədir. Torpaq sahəsi üzərində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 8(012)-388/2022 nömrəli qərardadına əsasən həbs var.
26. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.0978 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə **********28 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindədir. Torpaq sahəsi üzərində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 8(012)-388/2022 nömrəli qərardadına əsasən həbs var.
27. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.0707 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə **********27 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindədir. Torpaq sahəsi üzərində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 8(012)-388/2022 nömrəli qərardadına əsasən həbs var.
28. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.042ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə **********26 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin 0.015 ha hissəsi Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-176 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi ilə Maraqlı şəxs adına özgəninkiləşdirilmişdir. Yerdəqalan 0.0270 ha hissənin qeydiyyatdan keçməsiylə bağlı məlumat yoxdur.
29. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.0173ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindədir. Torpaq sahəsi üzərində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 8(012)-388/2022 nömrəli qərardadına əsasən həbs var.
30. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 10 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə **********12 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.Torpaq sahəsi müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər tərəfindən özgəninkiləşdirilmişdir.
31. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 7.075 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə **********63 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Yerdəqalan 0.01 ha hissəsi ümumi yola ayrılmışdır. Torpaq sahəsi üzərində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli № 8(012)-388/2022 nömrəli Qərardadına əsasən həbs var.
32. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.87 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində Borclu adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013-cü il tarixdə **********93 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.18ha hissəsi ümumi yola ayrılmışdır. Torpaq sahəsi üzərində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 8(012)-388/2022 nömrəli qərardadına əsasən həbs var.
33. Sadalananlardan görünür ki, borcluya məxsus məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş torpaq sahələrinin bir qismi özgəninkiləşdirilmişdir. Üzərində həbs olan torpaq sahələri Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.01ha, 0.0978ha, 0.0707ha, 0.0270ha və 0.0173ha sahələrdən ibarətdir.
34. Göründüyü kimi tələbkar bu torpaq sahələrindən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.0978ha və 0.0707ha ölçüdə olan sahələrdən həbsin götürülməsini xahiş etmişdir. Əmlak üzərindəki həbsin borca münasibətdə adekvat olmamasını göstərmişir.
35. Birinci instansiya məhkəməsi bu mövqedən çıxış edərək qət edilmiş borca (35155 manat) münasibətdə bazar dəyəri 128565,5 manat olan əmlakların üzərinə həbsin qoyulmasının tənasüblü görünmədiyini göstərmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, düzgün qiymətləndirmə aparılmamışdır.
37. Məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməsinin, üzərindən həbs götürülməli olan torpaq sahəsinin dəyəri ilə tələb olunan borc məbləği arasında tənasübsüzlüyü müəyyən etməklə gəldiyi nəticə qanuni və əsaslı deyildir.
38. Birinci instansiya məhkəməsi üzərindən həbsin götürülməsi xahiş olunan əmlakın deyil, icra sənədinin icrasının təmini ilə bağlı üzərində həbs saxlanılan torpaq sahələri üzrə araşdırma aparmalı, həmin əmlakların bazar dəyəri müəyyən edilməli, borc məbləğinin icrası üçün lazım olan dəyərdə olub-olmamasına qiymət verməklə iş üzrə obyektiv araşırmanı təmin edərək əsaslı və qanuni qərar qəbul etmək vəzifəsini pozmuşdur.
39. Kollegiya araşdırması zamanı tələbkar tərəfindən şikayətə etiraz olaraq mütəxəssis rəyi təqdim edilərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üzərində həbs olan 0.01ha, 0.042ha və 0.0173 ha torpaq sahələrinin cəmi bazar dəyəri 37.000 manat olduğu və borcun ödənilməsinə kifayət etdiyi göstərilmişdir.
40. Kollegiya vurğulayır ki, mütəxəssis rəyində göstərilən 0.042ha torpaq sahəsinin 0.015ha hissəsi xx.xx.2022-ci il tarixli 4Ə-176 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi ilə Maraqlı şəxs adına özgəninkiləşdirilmişdir.
41. Eləcə də iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabatdan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 0.0420 ha torpaq sahəsi 2100 manat; 0.0173 ha torpaq sahəsi 1000 manat; 0.0707 ha torpaq sahəsi 3535 manat; 0.0978 ha torpaq sahəsi 5000 manat; 0.01 ha torpaq sahəsi 1000 manat dəyərində qiymətləndirilmişdir.
42. Göründüyü kimi mütəxəssis rəylərində göstərilən məlumatlar arasında kəskin fərq vardır.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan hallar üzrə araşdırma aparılaraq üzərində həbs olan əmlakların dəyərinin icra sənədinin icrası üçün lazım olan miqdarda olub-olmaması, borcu qarşılayıb-qarşılamadığı aydınlaşdırılmaqla borclunun ərizəsi üzrə qanuni və əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq təqdimat yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
45. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 8(012)-388/2025 nömrəli qərardadı ləğv olunsun. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-388/2022 nömrəli qərardadı ilə icra sənədi üzrə Borclu məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Borclu ərizəsi yenidən müzakirə edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.