Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-22/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-335/2020 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə izah verilməsi barədə X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X4 qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ İddiaçı X3 şəhər məhkəməsinin 2(060)-622/2010 saylı xx xxxxxx 2010-cu il tarixli qətnaməsində, o cümlədən qətnamənin “xxxx” hissəsində cavabdeh qismində X11 Təchizatı Müəssiəsi göstərilərkən, əslində burada “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülməli olması, həmçinin qətnamənin “xxxx” hissəsində cavabdeh qismində “xxxx” ATSC göstərilərkən, əslində burada da “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülməli olması barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-(060)-622/2010 saylı qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia tələbi təmin edilmişdir. O, iddianı qaldırarkən cavabdeh qismində “xxxx” ATSC-ni göstərmişdir. Sonradan əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və X11 Təchizatı Müəssisəsinin cavabdeh qismində işə cəlb edilməsini və iddia tələblərinin Sumqayıt X2rşı yönəldilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan RespublikasıMPM-nin 53-cü maddəsini tətbiq edərək, xahişini təmin etmişdir. Lakin həmin dövrdə cavabdehə dələlərlə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə proseslərində bilərəkdən iştirak etməmiş və bunun nəticəsində cavabdehin adı məhkəmə qətnaməsində yanlıs yazılmışdır. Belə ki. cavabdehin dəqiq adı “X11 Təchizatı Müəssisəsi" yox, “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 522 saylı Sərəncamına əsasən, Sumqayıt, Xırdalan, Mərəzə, Xaçmaz, Dəvəçi, Siyəzən, Quba və Qusar elektrik şəbəkələri və Xızı elektrik şəbəkə rayonu ”xxxx” ASCdən “xxxx” ASC-nin tərkibinə daxil edilmişdir. xxxx” ASC-nin xx.xx.2009-cu il tarixli, AÜ/205 saylı əmri ilə “X11 Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Məhz onun iddiasına baxıldığı dövrdə cavabdehin dəqiq adı “X11 Təchizat” Məhdııd Məsuliyyətli Cəmiyyəti idi və ünvanı da həmin ünvan, yəni “ünvan 2 idi. Məhkəmə qətnaməsində hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2mk-342/07 saylı qərardadı ilə “Sumqayıleleklrikşəbəkə” ATSCnin “xxxx” MMC-nin hüquqi varisi olması təsdiq olunur. “xxxx” MMC ilə “xxxx” ATSC-nin idarə olunması müqaviləsi ləğv olunduqdan sonra, heç bir sənəddə birbaşa hüquqi varislik müəyyənləşdirilməsə də, “xxxx” MMC-nin “Sumqayıleleklrikşəbəkə” ATSC-ni idarə etdiyi vaxt həyata keçirdiyi əksər səlahiyyətləri, o cümlədən işdən çıxarma, işə qəbul və əmək haqqı ödənilməsi səlahiyyətləri avtomatik olaraq “xxxx” ATSC-yə verilmişdir. “Sumqayıleleklrikşəbəkə” ATSC əmək münasibətləri sahəsində “xxxx” MMC-nin hüquqi varisi sayılmalı və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin X5 əmək müqaviləsi üzrə hüquqlarının bərpa olunmasına dair xx xxxx 2006-cı il tarixli qətnaməsinin icrası vəzifəsi “xxxx” ATSC tərəfindən həyata keçirilməli idi. X5 işlədiyi yer “xxxx”ATSC-nin iş yeri olmaqla “xxxx” MMC-nin idarəçiliyində olmuşdur. Göründüyü kimi, məhkəmə aktlarının icrası ədalətli məhkəmə baxışına olan hüququn tərkib hissəsi olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına yönəlməli hərəkətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi və icra sənədində göstərilmiş tələblərin icra olunmasının təmin edilməsi məhkəmə icraçısının birbaşa vəzifəsi olsa da, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın xx xxxx 2006-cı il tarixli qətnaməsinin icrası həyata keçirilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, “xxxx” ATSC “xxxx” MMC-nin, X11 Təchizatı Müəssisəsi - yəni “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” ATSC-nin hüquqi varisidir. Məhkəmə prosesində X11 Təchizatı Müəssisəsinə münasibətdə araşdırma aparılarkən əslində “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulmuş və bütün araşdırma əslində “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə aparılmışdır. Yəni qətnamədə, o cümlədən, qətnamənin “xxxx” hissəsində cavabdeh qismində Sumqavıt Regional Enerjİ Təchizatı Müəssisəsi göstərilərkən, əslində burada da “X11 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülməlidir. Həmçinin qətnamənin “xxxx" hissəsində cavabdeh qismində “xxxx" ATSC göstərilərkən, əslində burada da “X11 Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülməlidir. Çünki, yuxarıda da qeyd eldiyi kimi, məhkəmə hesab etmişdir ki, “xxxx” ATSC “xxxx" MMC-nin, X11 Təchizatı Müəssisəsi - yəni “X11 Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx" ATSC-nin hüquqi varisidir. Belə ki, yuxanda da adı çəkilən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2mk-342/07 saylı qərardadında göstərilir ki, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki mülki iş üzrə cavabdeh təşkilat ləğv edilsə də,onun hüquqi varisi formalaşmışdır. Bu halda hüquqi varis olan təşkilata dair hər hansı iddianın irəli sürülməsi də qanunun müddəalarına ziddir. Bu halda əvvəlki mülki işin icrası zamanı hər hansı tərəfi onun hüquqi varisi ilə əvəz etmək vəzifəsi məhkəmə icraçısına məxsusdur ki, belə olduqda eyni predmetlə tərəfin hüquqi varisinə qarşı iddia irəli sürülə bilməz. O, qanuni qüvvəyə minmiş AR Apellyasiya Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsinin icra olunmaması ilə əlaqədar “xxxx" MMC-yə və “Sumqayıleleklrikşəbəkə" ATSC-yə qarşı qətnamənin icra olunmaması ilə əlaqədar iddia qaldırmışdır və qətnaməni icra etməli cavabdehin hüquqi varisi formalaşdığından, iddia ərizəsi icraata qəbul olunmamışdı. Hazırda Sumqayıt şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2010-cu il tarixli, 2-(060)- 622/20i0 saylı qətnaməsi cavabdehin adının göstərilməsində səhv olduğuna görə icra olunmamış qalıb. Bu səbəbdən qətnaməyə yuxarıda göstərilən qaydada izah verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı X3 şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı qəbul edərkən qeyd olunan halları nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin mahiyyətcə aydın olması, icrasında hər hansı anlaşılmazlığın olmaması və qətnaməyə izah verilməsi üçün əsasların mövcud olmaması ilə əsaslandırmışdır. Bu nəticə ilə razılaşmayan iddiaçı Natiq Bəybalayev qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (Mülki Prosessual Məcəllənin 230.1. və 230.4. maddələri). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin aydın və dəqiq, eləcə də ziddiyyətli olması müəyyən edilmədiyindən, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1 şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-22/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-22/2021
27.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver