Məhkəmə qərarları › İş №8(105)-221/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-221/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-221/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, X1 tərəfindən verilmiş ödənilməli olan sabit pul məbləğində alimentin indeksasiya edilməsinə dair ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(059)-72/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(059)-185/2017 nömrəli qətnaməsi ilə 08 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 25 yanvar 2017-ci il tarixdən başlayaraq, cavabdeh Maraqlı şəxs iddiaçı X3 xeyrinə hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. X1 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(059)-185/2017 nömrəli (qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(105)- 2159/2017 saylı) qətnaməsi ilə Maraqlı şəxs 08 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 manat sabit məbləğində tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin 1,0 mislinə indeksasiya edilməsi və bu alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(059)-185/2017 nömrəli (qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(105)-2159/2017 saylı) qətnaməsi ilə, 08 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 25 yanvar 2017-ci il tarixdən başlayaraq, cavabdeh Maraqlı şəxs onun xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2017-ci ildə 116 manat təşkil etdiyindən 117 manat aylıq aliment məbləğinin 116 manata nisbətinə görə indeksasiya əmsalı 1,0 bərabər olur və minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edildiyindən alimentin miqdarı (400 manat x 1,0 misl) 400 manat sabit pul məbləğində indeksasiya edilə bilər.

4. Siyəzən Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(059)-72/2025 nömrəli qərardadı ilə (hakim Bəylər Ələkbərov) ərizə təmin edilmiş, bu Məhkəmənin 01 mart 2017-ci il tarixli, 2(059)-185/2017 saylı (qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(105)-2159/2017 saylı) qətnaməsi üzrə 25 yanvar 2017-ci il tarixdən başlayaraq, Maraqlı şəxs 08 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində tutulan alimentin miqdarı 20 avqust 2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs Mecid oğlundan X1nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,0 misli həddində (hazırki halda 400 x 1,0 = 400 manat) indeksasiya olunmuşdur.

5. Maraqlı şəxs 13 oktyabr 2025-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin sözügedən qərardadından elektron qaydada şikayət verərək, bu qərardadın ləğv edilib ərizənin rədd edilməsi, əks halda şikayətin baxılması üçün aidiyyəti apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 8(059)-72/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, qərаrdаdlа ondan xx.xx.2013-cü il təvəllüdlü uşаğı Bахışеv Хəzərin sахlаnılmаsı üçün Fətullаyеvа Rüfаnə Аkif qızının хеyrinə tutulаn 117 mаnаt аlimеntin miqdаrı indеksаsiyа еdilməklə 400 mаnаtа qаlırılmışdır. O, məhkəmədə iştirаk еdib dəlillərini dеyə bilməmişdir, çünki 500 km qət еdib, məhkəmə iclаsınа gəlməyə mаddi imkаnı оlmаmışdır. Məhkəmənin qərаrdаdı əsаssız, icrа еdilməsi bахmındаn isə mümkünsüzdür. Bеlə ki, qеydiyyаtdа оlduğu kənddə yаşаyış üçün yеtərli iş və dоlаnışıq şərаiti оlmаdığındаn Gəncə şəhər Mənzil Kоmmunаl Təsərrüfаtı İstеhsаlаt Birliyində fəhlə işləyir, həmin şəhərdə yаşаyır. Əlаvə ilə birlikdə əmək hаqqı 483 mаnаt, ələ аldığı mааş (kаrtınа оturаn mааş) 407 mаnаtdır. Оnun da хеyli hissəsini kirаyələdiyi mənzilə vеrir. Ailəlidir, həyаt yоldаşındаn 6, 9 və 10 yаşlаrındа 3 аzyаşlı uşаğı vаr. Аilədə yаlnız o, işləyir. Unibаnkın Gəncə filiаlınа 3100 mаnаt krеdit bоrcu vаr. Hər аy ələ аldığı 407 mаnаtın 117 mаnаtını krеditə ödəyir. 5 nəfərin yаşаmаsı üçün 290 mаnаtı qаlır. Оnun 100 mаnаtı köhnə və şərаitsiz bir оtаqlı mənzil kirаyəsinə хərcləndiyindən 190 mаnаt qаlır. Bu məbləği 5 nəfərə böləndə isə hər nəfərə 38 mаnаt qаlır.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Ailə Məcəlləsi

9. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

11. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 16.Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2017-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,0 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

20. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

21. Məhkəmə kollegiyası uşağqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.

23. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(059)-72/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar