Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-223/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 8(012)-467/2021 saylı qərardadından Maraqlı şəxs şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 8(012)-467/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 2(012)- 88/2014 saylı, 17.02.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimatı təmin edilməmiş, Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Tələbkar X7, borclular X8, X3 Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi Elmi- Tədqiqat İnstitutu, Maraqlı şəxs və Abşeron rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tələbkar, borclu və Maraqlı şəxs məhkəmə iclasına gəlmədiklərindən, borclu X3 Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və Abşeron rayon İcra və probasiya şöbəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Maraqlı şəxs şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Maraqlı şəxs qərardaddan şikayət versə də, qərardadın onun hüquq və vəzifəsinə toxunması iş materiallarından görünmür. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, 07.09.2016cı il tarixli icra sənədinə əsasən X3 Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi Elmi- Tədqiqat İnstitutu və X1 rayonu Mehdiabad qəsəbəsində yerləşən iddiaçı X5 məxsus zəbt olunmuş 0,0428 ha torpaq sahəsindən çıxarılmalı, mübahisəli 0,0428 ha torpaq sahəsinin üzərində tikilmiş tikili cavabdehlərin hesabına sökülməli və iddiaçıya qaytarılmalıdır. “İcra haqqında” qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Həmin qanunun 28.3-cü maddəsinə görə xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. Həmin qanunun 28.4-cü maddəsinə əsasən icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, 07.09.2016-cı il tarixli icra sənədindən görünür ki, icra sənədi üzrə tələbkar X7, borclular X3 Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X6r. Göründüyü kimi, Maraqlı şəxs icra sənədi üzrə tərəf deyildir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında göstərilir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilibverilməməsinin araşdırılmasına yönəlmişdir. Belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayətində göstərdiyi dəlillər qərardadın onun hüquqlarını məhdudlaşdırması və ya üzərində vəzifələri müəyyən edən hallar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə apellyasiya uyğunluğunu yoxlayarkən, yuxarıda qeyd edilən hala əhəmiyyət verməmiş, Maraqlı şəxs şikayətini geri qaytarmaq əvəzinə, işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Maraqlı şəxs şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 8(012)-467/2021 saylı qərardadından Maraqlı şəxs şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-223/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-223/2021
14.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver