Məhkəmə qərarları › İş №8(105)-224/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-224/2025

20.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-224/2025 20.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Borclunun nümayəndəsi Vəkil1, Borclunun nümayəndəsi və vəkili Nümayəndə2, Tələbkar nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair" icra məmurunun təqdimatı üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 8(060)- 839/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasıya Məhkəməsinin 2(103)-3358/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 8(060)-839/2025 nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3358/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

3. Həmin qərardaddan narazı qalan Borclu xx.xx.2025-ci il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını və təqdimatın rədd edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 8(060)-839/2025 nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(060)-839/2025 nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfin şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmiş, buraxılmış prosessual müddətin bərpa edilmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

7. Borclu nümayəndəsi və vəkili Vəkil1 şikayəti onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə icra məmuru ilk növbədə borclunun əmlakını müəyyən edib borcu ona yönəltməlidir. İcra işindən göründüyü kimi, şəxsin mülkiyyətində əmlaklar mövcuddur ki, hazırda icra məmuru şəxsin borcunu həmin əmlaklardan hər hansı birinə yönəldə bilərdi. Hətta Borclu da icra sənədinin icrası istiqamətində fəal addımlar atmışdır. Belə ki, icra işinin gedişində o, ərizə ilə müraciət edərək borcun ödənilməsinin mülkiyyətində olan əmlakına yönəldilməsini xahiş etmişdir. Bu onu göstərir ki, borclu borcun icrasına qarşı çıxmamış, əksinə, onun ödənilməsi üçün razılıq vermişdir. Bu halda şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün hər hansı zəruri əsas mövcud deyildir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimata əsasən də, görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə borclunun əmlakları yoxlanılmalı, əgər əmlakı varsa və əmlakın dəyəri icra sənədi üzə borcdan və icra xərclərindən çoxdursa, bu zaman şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilməməlidir. Bundan başqa borclu borcun 13.000 (on üç min) manat məbləğində hissəsini dərhal ödəmişdir ki, bu, icra sənədinin könüllü icrası istiqamətində mühüm addımdır və məhkəmə tərəfindən nəzərə alınmalı idi. Borclu “Nərimanov” X5 Hüquqi şəxsinin rəisi vəzifəsində çalışır. İşi ilə əlaqədar olaraq mütəmadi xarici işgüzar səfərlərdə iştirak etməli olur ki, hazırki qərardadla onun ölkədən çıxışının məhdudlaşdırılması işgüzar fəaliyyətinə ciddi zərər vurur. Həmçinin bildirmək istəyir ki, hazırda Tələbkar da borcluya ödənilməmiş borcu mövcuddur. Qeyd olunanlara görə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.

Şikayətə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Tələbkar nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, hazırda tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadından şikayət, eləcə də sözügedən şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. Qeyd olunan səbəblərdən, tərəfindən verilmiş şikayət və buraxılmış müddətin bərpasına dair ərizəyə baxılması üçün işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir.

10. Borclunun nümayəndəsi Vəkil1 işin apellyasiya baxışından çıxarılmasına etiraz etdiyini bildirdi.

11. Borclunun nümayəndəsi və vəkili Nümayəndə2 işin apellyasiya baxışından çıxarılmasına etiraz etdiyini bildirdi.

12. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2025-ci il tarixli, 8(105)-224/2024 nömrəli qərardadı ilə Borclu şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.

15. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman Tələbkar xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırda tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadından şikayət, eləcə də sözügedən şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə verildiyini və bu səbəbdən işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadına mövcud şikayət əsasında baxılması mümkün olmadığına görə, şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2025-ci il tarixli, 8(105)-224/2024 nömrəli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 8(060)-839/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmaqla, Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadından şikayət, eləcə də sözügedən şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.

17. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2025-ci il tarixli, 8(105)-224/2024 nömrəli mümkünlük qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 8(060)-839/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın. Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadından şikayət, eləcə də sözügedən şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməsi ilə əlaqədar mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar