Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-226/2025 14.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Borclu iştirakı ilə, Tələbkar Səmədova (İsmayılova) Ülviyyə Rafiq qızının məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(060)-1066/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar Səmədova (İsmayılova) Ülviyyə Rafiq qızı məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 3244/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mütənasib indeksinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3244/2019 nömrəli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X6 və X4 cavabdeh X2 yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin iddiaçı Borclu tutularaq cavabdeh X3 ödənilməsi qət edilmişdir. Qeyd etdiklərindən göründüyü kimi, 2019-cu ildə iki uşağa görə qət edilmiş 280 manat aliment pulu bu günkü gündə 2025-ci ilə nisbətən azdır. Bu baxımdan uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edərək alimentin indeksasiyasının tətbiq edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(060)-1066/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3244/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə müəyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2012ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan narazı qalan Borclu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1066/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(060)-3244/2019 nömrəli qətnaməsi ilə birgə nikahdan olan 03 avqust 2012-ci il təvəllüdlü X6 və X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment ondan tutularaq X3 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1066/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qərardadı ilə X2 ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(060)-3244/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indekasiya olunmuş, 03 avqust 2012-ci il təvəllüdlü X6 və X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən minimum əmək haqqının 0,78 misli həddində indeksasiya olunmuşdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1066/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə tərəfindən sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 misli həddində sabit pul məbləğində aliment kəsmişdir. Bu da 1 uşağa 312 manat aliment təşkil edir. Bu məbləğ həddindən artıq çoxdur. Göstərilən məbləği ödəmək gücündə deyildir. Umbaku Penitensiar Xidmətində nəzarətçi vəzifəsində işləyir. Aylıq əmək haqqı cəmi 1000 manat təşkil edir. Başqa heç bir yerdən gəliri yoxdur. 07 dekabr 2021-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı X9 şəhid bacısıdır. Həmin nikahdan 17 oktyabr 2021-ci il təvəllüdlü X8 və 24 iyul 2023-cü il təvəllüdlü X10 doğulmuşdur. Ailə məcəlləsində də qeyd edilir ki, uşaqları saxlamaqda valideynlər bərabər hüquqludur. Bundan başqa Kapital Bank ASCdən 15700 manat kredit götürmüşdür. Banka aylıq ödənişi 500 manatdır. Aylıq əmək haqqının 280 manatı alimentə, 500 manatı kreditə gedir. Ona və ailə üzvlərinə əmək haqqından cəmi 220 manat pul qalır. Əvvəl kəsilmiş aliment pulunu birtəhər ödəyirdi. İndi məhkəmə qərardadı ilə 2 uşağa aliment cəmi 624 manat edir. Aliment və aylıq kredit borcunu əmək haqqı ödəmir. Məhkəmədə iştirakı təmin olunmamış və bu göstərdiklərindən də məlumatı olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 8(060)-1066/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1066/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1066/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 8(105)-226/2025 nömrəli qərardadı ilə şikayətin apellyasiya qaydasında yazılı icraatda baxılmasının mümkün hesab edilməsi və şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasının 13 noyabr 2025-ci il tarixinə təyin edilməsi qərara alınmışdır (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Zahid Məmmədov və Mirbahəddin Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2025-ci il tarixli, 8(105)-226/2025 nömrəli qərardadı ilə Tələbkar Səmədova (İsmayılova) Ülviyyə Rafiq qızının məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(060)-1066/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxılması mümkün hesab edilmişdir (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Zahid Məmmədov və Ramin Xəlilov). Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3244/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X12 ilə cavabdeh X5 arasında 09 sentyabr 2021-ci ildə Salyan rayonu, Yenikənd kənd inzibati ərazi nümayəndəliyində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X4 cavabdeh X2 yanında saxlanılmaları, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016- cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin iddiaçı Borclu tutularaq cavabdeh X3 ödənilməsi, alimentin tutulmasının 30 may 2019-cu il tarixindən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. 30 may 2019-cu il tarixdə, yəni birinci instansiya məhkəməsinin qətanməsinin çıxarıldığı tarixdə Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimum haqqında 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2019cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3244/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi üzrə tutulmalı olan aliment məbləğinin indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3244/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 180 manat olduğundan məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2019cu ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşsa da, qeyd edir ki, hazırkı məhkəmə qərardadı ilə indeksasiya olunan aliment məbləğinin hansı tarixdən hesablanmalı olmasına məhkəmə münasibət bildirməmişdir. Aliment məbləğinin hansı tarixdən hesablanmalı olmasına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad edilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016- cı il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təyin olunmuş alimentin məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Kollegiya həmçinin izah edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.3, 400-cü maddələrini tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(060)-1066/2025 nömrəli qərardadı dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3244/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi əsasında tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 (sıfır tam yüzdə yetmiş səkkiz) misli həddində indeksasiya olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-226/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-226/2025
14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver