Məhkəmə qərarları › İş №8(105)-229/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-229/2025

18.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-229/2025 18.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-483/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədovun təqdimatının təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2014/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1977-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu2 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli qərardadı ilə Borclu2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməklə, şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2014/2024 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2014/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 18071,79 manat alınaraq Tələbkar ASC-nə verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqqda xəbər verilmişdir. Lakin borclu şəxslər Borclu1 və Borclu2 icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməmiş və nəticədə hazırki dövrədək 18071,79 manat borcu olduğu üçün icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Hazırda qalıq borcu 18071,79 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemində borcluya məxsus əmlak tərəflərindən müəyyən edilməmişdir. Borclu şəxslər Borclu1 və Borclu2 ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu2 Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu iş üzrə qəbul olunmuş qərardad ilə razılaşmır. Bildirir ki, o, Türkiyə Respublikasında işləyir. Azərbaycan Respublikasında iş tapa bilmir. Hal-hazırda şəxsi mənzili olmadığı üçün kirayədə yaşayır. Hər ay ödənişlər edir. Türkiyə Respublikasında aldığı əmək haqqı hesabına borcu ödəyir. Türkiyə Respublikasına gedib orada işləməyəcəyi təqdirdə borcu ödəyə bilməyəcək. Həmçinin qeyd edir ki, "xxxx" KB ASC-yə kredit ödəyir. Bu səbəbdən də hesab edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərarı ləğv olunmalıdır. Məhkəmə heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə borcun ödənilməsi təmin edilməməsi, icra məmuru tərəfindən borcun ödənilməsinə yönəldilməli olan borcluya məxsus əmlakların, gəlirlərin aşkar edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra tədbirləri həyata keçirildiyindən, borcun üzrlü səbəbdən icra edilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsas şərti kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli və onunla bağlı 16 oktyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu2 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli və onunla bağlı 16 oktyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar