Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-23/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar2 MMC-nin nümayəndəsi və vəkili Vəkil, təqdimatı vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, qərardad ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin borclu “xxxx” MMC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatı barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-347/2020 saylı qərardadından “Maraqlı şəxs“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-422/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə sasən “xxxx”MMC-dən Tələbkar1n xeyrinə 218489,02 manat borc və 30 manat dövlət rüsumu tutulması qət edilmiş və 2(119)-81 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən “xxxx”MMC-dən Tələbkar2MMC-nin xeyrinə cəmi 115555,87 manat pul tutulması qət olunmuşdur. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə icra sənədinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin tələbin borclunun mülkiyyətində olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 22(085)-422/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə sasən “xxxx”MMC-dən Tələbkar1n xeyrinə 218489,02 manat borc və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir və 2(119)-81 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən “xxxx” MMC-dən Tələbkar2 MMC-nin xeyrinə cəmi 115555,87 manat pul tutulması qət olunmuşdur. Belə ki, göstərilən iş üzrə borclu “xxxx” MMCnin hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğindən iş üzrə tələbkara ödəniş etməmişdir. Tərəflərindən borclunun yerləşdiyi Abşeron rayonu, Məmmədli kənd, Yanardağ ərazisi ünvanına xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış keçirilən zaman 40 ədəd palet, 10 ədəd big beg kisədə soda, 38 ədəd big beg kisədə qum, 3 ədəd kompressor, 1 ədəd qablaşdırılmaya aid baraban, 1 ədəd maşın idarə etmə bloku, 2 ədəd yüksək təzyiqli ventilyator, 1 ədəd torna dəzgahı, 1 ədəd frenləmə dəzgahı siyahıya alınaraq akt tərtib edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsin əsaslanaraq, həmin tələbi təmin etmək məqsədilə borclu “xxxx” MMCyə məxsus qeyd edilən əmlakların üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-347/2020 saylı qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatının təmin edilməsi, Abşeron rayonu, Məmmədli kənd, Yanardağ ərazisi ünvanında yerləşən “xxxx”MMC-yə məxsus 40 ədəd palet, 10 ədəd big beg kisədə soda, 38 ədəd big beg kisədə qum, 3 ədəd kompressor, 1 ədəd qablaşdırılmaya aid baraban, 1 ədəd maşın idarə etmə bloku, 2 ədəd yüksək təzyiqli ventilyatoru, 1 ədəd torna dəzgahı, 1 ədəd frenləmə dəzgahının üzərinə həbs qoyulması qərara alınmışdır (hakim Habil Əhmədov) Qərardaddan maraqlı şəxs “Maraqlı şəxs“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-347/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında qərardad ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi X12 şikayəti müdafiə edərək göstərdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-81/2020 saylı qətnaməsi ilə iddiaçı “X18 Compony” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası qismən təmin edilərək, 109548,87(yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat əsas borc, 5477 manat cərimə, hüquqi xidmətlərə görə ödənilmiş xərcin əvəzi kimi 500 manat və 30 manat dövlət rüsumu tutulmaqla, cəmi 115555,87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyirinə tutulmuşdur. Qətnamənin icra edilməsi məqsədi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-347/2020 saylı qərardad qəbul edilmişdir. Maraqlı şəxs isə qərardad barədə Abşeron İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq icra tədbirləri görülərkən məlumat əldə etmişdir. Hesab edir ki, qeyd edilən qərardad qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qərardad Maraqlı şəxs MMC-nin maraqlarına toxunur: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar Bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ “xxxx” QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” x xxxxxx 2017ci il tarixli, 1704 saylı fərmanına əsasən, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X13 Təşkilatının “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “xxxx” ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Əmlakları “xxxx” ASC-nin mülkiyyətinə veriləcək hüquqi şəxslərdən biri də “xxxx” ASC olmuşdur. Qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi üzrə cavabdeh olan “xxxx” MMC-nin təsis paylarının çox hissəsi “xxxx” ASC-yə məxsus olduğundan qeyd edilən Fərmanın icra olunması məqsədilə, cavabdehin borc müqabilində əmlakları səhmləri yüz faiz dövlətə məxsus olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfndən qəbul edilmiş və onun törəmə müəssisəsi olan Maraqlı şəxs MMC-yə təhvil verilmişdir. Əmlakları “xxxx” dən təhvil-təslim komissiyasının iştirakı ilə təhvil almışlar. “xxxx” Şüşənin əsas binası Salyan şossesi, Qarasahil qəsəbəsində yerləşir. Lakin əsas sahədən başqa əlavə sahələr də var. Üzərinə həbs qoyulan əmlaklar Yanardağ sahəsində yerləşir. Təhvil-təslim aktında da əmlakların hansı ünvanda yerləşdiyi göstərilib. Ünvan “xxxx”la eynidir. O əmlaklar artıq təmsil etdiyi təşkilatındır. Borlcunun ofisi həmin ərazidə qalıb. “xxxx” hüquqi şəxs kimi bu gün də fəaliyyətini davam etdirir. Maraqlı şəxs MMC “xxxx”-ın hüquqi varisi deyil. Əmlakları fərmana əsasən qəbul etmişlər. Bu mülkiyyətlər Beynəlxalq Bankın problemli kreditlərinə aid olan əmlaklardır. Onlar hamısı vaxtilə “xxxx”ə verilib. Bu gün də müəyyən hissəsi “xxxx” də qalır. Prezidentin fərmanı ilə sağlamlaşdırma gedəndə əmlakın müəyyən hissəsi təmsil etdiyi təşkilata keçib.Yuxarıda göstərilənləri və qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-347/2020 saylı qərardadının ləğv olunması, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməməsi və sözügedən əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqdimatı vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, məhkəmə qərarının icrası ilə bağlı icra tədbirləri davam etdirilərkən borclu təşkilatın rəhbərinin göstərdiyi əmlaklar siyahıya alınmış və üzərinə həbs qoyulması üçün tərəfindən təqdimat verilmişdir. Borclunun ilk növbədə bank hesablarına həbs qoyulub. Lakin hesablar boş idi və nəticədə məhkəmə qərarı icrasız qalırdı. Üzərinə həbs qoyulan əmlakların borcluya aid olmasını təsdiq edən hər hansı bir sənəd ona təqdim edilməyib. Borclu sənədi vermir, qapını açmırlar. Direktorun özü axtarışa verilib. Həbs borclu təşkilatın rəhbərinin əmlakların onlara aid olduğunu bildirməsi nəticəsində qoyulub. Hesab edir ki, şikayət əsassızdır. Bu səbəbdən onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-347/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Tələbkar2 MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, Maraqlı şəxs MMC bu yaxınlarda Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin alınması ilə bağlı məhkəməyə müraciət edib. Lakin məhkəmə qətnaməni ona iş üzrə tərəf olmadığı üçün verməyib. Ondan apelyasiya şikayəti veriblər. Apelyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. Bu onu göstərir ki, nə “xxxx” MMC, nə Maraqlı şəxs MMC nə də “xxxx” ASC “xxxx”la bağlı tərəf deyildir. Hazırki icra məsələsində də əmlaklar “xxxx” ın özünün yerləşdiyi ünvanda yerləşir. “xxxx” hal-hazırda hüquqi şəxs kimi fəaliyyət göstərir. Onun fəaliyyəti dayandırılmayıb və ləğv olunmayıb. Əmlakları da yerindədir. Əgər əmlaklar Maraqlı şəxs MMC-yə məxsusdursa bununla bağl sənəd olmalıdır ki, həqiqətən əmlaklar Maraqlı şəxs MMC-yə məxsusdur və bununla bağlı dövlət qeydiyyatı mövcuddur. Göründüyü kimi üzərinə həbs qoyulan əmlaklar daşınar əmlaklardır. İcraçı icra mərhələsində hüquqi şəxsin ünvanına gedir. Orada nə görürsə onu siyahıya alır və üzərinə həbs qoyulması ilə bağlı təqdimat verir. İcraçı da həmin prosedura uyğun hərəkət edib. Ərazi “xxxx”a aid olub. Əmlakları da “xxxx” ın rəhbəri təqdim edib. İcraçının hərəkətləri və məhkəmə qərardadı tamamilə qanunidir. Prezidentin fərmanı ola bilər, amma fərmanda göstərilməyib ki, oradakı əşyalar hansısa təhvil-təslim aktı əsasında başqa bir şirkətə verilsin. Əgər hər hansısa bir əmlak, avadanlıq, yaxud şirkətin aktivləri hansısa hüquqi şəxsə və ya şirkətə təhvil verilirsə, eyni zamanda o şirkətin borcları da ona keçir. Buradan belə çıxır ki, Maraqlı şəxs MMC əmlakı qəbul edir, amma borcu yox. Əgər belədirsə hüquqi varisliyi qəbul edib “xxxx” ın adından cavab verməlidirlər. Əmlakı qəbul edib öhdəlikləri qəbul etməmələri absurddur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-347/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada borclu “xxxx”MMC-yə məlumat verilməsinə baxmayaraq şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən borclunun iştirakı olmadna işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-347/2020 saylı qərardadı ləğv edilməli, borclu “xxxx” MMC-nin mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1- ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, təqdimatda üzərinə həbs qoyulması tələb olunan əmlakların borclu “xxxx” MMC-yə məxsus olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarında olan (i.v.9-11) xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “xxxx” MMC-nin yerləşdiyi ünvanda 40 ədəd palet, 10 ədəd big beg kisədə soda, 38 ədəd big beg kisədə qum, 3 ədəd kompressor, 1 ədəd qablaşdırılmaya aid baraban, 1 ədəd maşın idarə etmə bloku, 2 ədəd yüksək təzyiqli ventilyator, 1 ədəd torna dəzgahı, 1 ədəd frenləmə dəzgahı siyahıya alınaraq akt tərtib edilmişdir. Qeyd edilən akt yalnız Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X3, X8, X10, X2 və iki hal şahidi X9, X11 tərəfindən imzalanmış, borclu “xxxx” MMC-nin direktoru akta imza etməkdən imtina etmişdir. Göründüyü kimi, tərtib edilmiş akt yalnız Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və səlahiyyətləri məlum olmayan iki hal şahidi tərəfindən imzalanmış, borclunun direktoru tərəfindən imzalanmaqdan imtina edilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında təqdimatı vermiş icra məmuru Kənan Abdullayev izahatında üzərinə həbs qoyulmalı əmlakların borclunun direktorunun izahatına əsasən borcluya məxsus olmasını müəyyən etməsini və siyahıya alınmasını bildirmişdir. Göründüyü kimi, qeyd edilən əmlakların borcluya məxsus olması yalnız borclunun direktorunun ifadəsi ilə müəyyən edilmişdir. Lakin qeyd edilən əmlakların “xxxx” MMC-nə məxsus olmasına dair başqa sübut, yəni müəssisədə olan əmlakların siyahıya alınmasına dair invertar kitabı, eləcə də 3 ədəd kompressor, 1 ədəd qablaşdırılmaya aid baraban, 1 ədəd maşın idarə etmə bloku, 2 ədəd yüksək təzyiqli ventilyator, 1 ədəd torna dəzgahı, 1 ədəd frenləmə dəzgahına aid texniki pasport təqdim edilməmiş, yalnız borclunun direktorunun izahatına görə müəyyən edilmişdir. Bundan başqa əmlakların siyahıya alınmasına dair akt tərtib edilərkən borclunu direktorunun həmin aktı imzalamaqdan imtina etməsi, həmin əmlakların ona məxsus olmasına dair ifadəsini də şübhə altına alır. Bundan əlavə icra məmurunun yalnız borclunun direktorunun izahatına istinad edərək həmin əmlakların borcluya aid olması barədə gəldiyi nəticə qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda borclu təşkilat göstərdiyi əmlakların özünə məxsus olmasına dair sübut təqdim etməlidir. Lakin iş materiallarından belə bir sübutlar aşkar edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, şikayəti vermiş “xxxx-Şüşə” MMCnin nümayəndəsi Abşeron rayonu Məmmədli kəndi, Yanardağ ərazisində MMC-nin də istehsalat sahəsi olmasını, eyni zamanda “xxxx” MMC-nin əmlakının daha əvvəl “xxxx” ASC-nin, sonra isə xxxx-Şüşə” MMC-nin balansına keçirilməsini bildirmiş, bununla yanaşı borclu “xxxx” MMC-nin də həmin ərazidə fəaliyyət göstərməsini qeyd etməklə təqdimatda üzərinə həbs qoyulmuş əmlakların yerləşdiyi istehsalat sahəsində borclu “xxxx” MMC-dən başqa “xxxx-Şüşə” MMC-nin də fəaliyyət göstərməsi müəyyən edilir. Şikayətə əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017ci il tarixli, 1704 saylı Fərmanından görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X13 Təşkilatının (bundan sonra – “xxxx” QSC) “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətindən “xxxx” QSC-yə ötürülmüş X4 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “xxxx” ASC) mülkiyyətinə (balansına) verilir. Qeyd edilən Fərmana əlavədən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində 52 müxtəlif hüquqi şəxs üzərində mülkiyyət hüququ əldə edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1704 saylı Fərmanının 2-ci hissəsində nəzərdə tutulmuş dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə “xxxx” ASCnin və “xxxx” QSC-nin nümayəndələri ilə birgə yaradılmış Təhvil-Təslim Komissiyasının xx xxxxx 2018-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, gündəlikdə duran 3-cü məsələ “xxxx” MMC-nin əsas vəsaitlərinin “xxxx” ASC-nın mülkiyyətinə verilməsi müzakirə edilmiş və “xxxx” MMC-nin ******* manat dəyərində əsas vəsaitlərinin “xxxx” ASC-nın mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Təqdim edilmiş xx xxxx 2020-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSC tərəfindən 71 adda əmlak “xxxx” ASC tərəfindən təslim alınmışdır. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ******* manat dəyərində qiymətləndirilmiş Abşeron rayonu, Məhəmmədəli qəsəbəsi, Yanardağ ünvanında yerləşən 71 adda əmlak “xxxx” ASC-nin balansından çıxarılaraq Maraqlı şəxs MMC-nin balansına keçirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, “xxxx” QSC-nin balansına keçən “xxxx” MMC-nə məxsus ******* manat dəyərindəki əmlaklar Təhvil-Təslim Komissiyasının xx.xx.2018-ci il tarilxi, 08 saylı iclas protokoluna əsasən daha əvvəl “xxxx” ASC-nin balansına verilmiş, daha sonra isə Abşeron rayonu, Məhəmmədəli qəsəbəsi, Yanardağ ünvanında yerləşən 71 adda əmlak “xxxx” ASC-nin balansından çıxarılaraq Maraqlı şəxs MMC-nin balansına keçirilmişdir. Bununla da təsdiq edilir ki, “xxxx” MMC-nin ******* manat dəyərində əsas vəsaitləri “xxxx” ASC-nın balansına, daha sonra isə Maraqlı şəxs MMC-nin balansına keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun təqdimatında üzərinə həbs qoyulması tələb olunan Abşeron rayonu, Məhəmmədəli qəsəbəsi, Yanardağ ünvanında yerləşən əmlakların borclu “xxxx” MMC-nə məxsus olması sübuta yetirilmir. Eyni zamanda həmin əmlakların qeyd edilən ünvanda fəaliyyət göstərən və “xxxx” MMCnin əmlaklarını təhvil-təslim aktına əsasən təhvil alaraq balansına keçirən “xxxx-Şüşə” ASC-nin balansında olan əmlaklardan olması ehtimalı da yüksəkdir. Belə ki, “xxxx-Şüşə” ASC-nə təhvil verilmiş əmlaklar arasında 71 adda müxtəlif təyinatlı əmlak mövcuddur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-347/2020 saylı qərardadı ləğv edilməli, borclu “xxxx” MMC-nin mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qərardadla maraqlarına toxunulan “xxxx-Şüşə” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-347/2020 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin borclu “xxxx” MMC-nin mülkiyyətində əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər:Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-23/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-23/2021
16.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver