Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-23/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 8(027)-504/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim V.Seyidov) təqdimatın təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərardadı ilə Tələbkar ASCnin şikayətin təmin edilməməsi, Tələbkar ASC-nin Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-504/2023 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba rayonu Zizik kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(027)-1053/2023 nömrəli icra sənədi üzrə Borclu cəmi 5046.00 manat məbləğində pul və 70,46 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmiş, bundan sonra edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və eyni zamanda bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Buna görə də borclunun icra sənədində göstərilən ünavnına gedilərək tərəflərindən akt tərtib edilmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun Quba Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədəmüvafiqdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Borclu məcburi gətirilməsi barədə Quba rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildirişdə Borclu icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunması göstərilmişdir. Ancaq işdə Borclu həmin bildirişi alması barədə hər hansı bir sənəd yoxdur. İş materialları ilə Borclu icra sənədinin icrası ilə bağlı bildirişi alması, onun icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınması sübut olunmur. Ona görə də təqdimat təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, borclunun faktiki olaraq məhkəmə qərarını icra etmək durumunda olduğu bir vəziyyətdə nə könüllü icra müddəti ərzində nə də bundan sonra məhkəmə qətnaməsinin icrası istiqamətində hər-hansı addım atmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli və onunla bağlı 18 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilməli, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsini Borclu icra sənədinin icrası ilə bağlı bildirişi alması, onun icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınmasının sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə tələbkar "xxxx" ASC tərəfindən mübahisələndirilmiş, Quba Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayətin əsassız olması səbəbi ilə təmin edilməmişdir. İş materiallarına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlamaq haqqında qərar qəbul edilmiş, Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bildiriş Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2. maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya qeyd edir ki, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icra edilməsindən ötrü aidiyyatı üzrə müvafiq icra qurumuna göndərilir. İcra qurumunun icra məmuru məhkəmə aktının icrasının təmin edilməsindən ötrü icra hərəkətləri aparılması üçün borclu şəxsin dəvət edilməsindən ötrü bildirişin göndərilməsi məhkəmə aktının icrasına yönəldilmiş hərəkətdir. Məhkəmə aktının icrası hər bir şəxs üçün məcburi olmaqla, məhkəmə müdafiəsi hüququnun tərkib hissəsini təşkil edir. Məhkəmə aktının icrasına maneə törədilməsindən ötrü icra məmurunun bildirişlərinə məhəl qoyulmayaraq, müvafiq icra qurumuna gedilməməsi və ya gedilməsindən yayınması, bir sıra mülki və cinayət məsuliyyətinin yaranmasını, o cümlədən borclu şəxsin məcburi gətirilməsini qaçılmaz edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, borclunun icra şöbəsinə getməməsi, eləcə də icraçının dəfələrlə xəbərdarlığı barədə sənədlər (sms bildiriş və s.) iş materiallarına əlavə edilməmiş, o cümlədən birinci instansiya məhkəməsi icra işini tələb edib baxış keçirərək borcluya gəlməsi barədə məlumat verilməsini yoxlamamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli və onunla bağlı 18 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilməli və təqdimata yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla icra işi tələb olunmaqla yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli və onunla bağlı 18 yanvar 2024-cü il tarixli qərardadları ləğv edilsin. İcra məmurunun təqdimatına yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-23/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-23/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver