Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-231/2025 20.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və X2 ibarət tərkibdə, X15 qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-83/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(105)-629 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(027)- 156/2024 saylı icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Sultanməcid oğluna məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497 saylı icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30 manat olmaqla, 60 manat sabit pul məbləğində aliment pulunu Tələbkar verməlidir. Sonradan aliment pulunun miqdarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı qətnaməsinə əsasən dəyişdirilmiş, Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlanaraq hər uşağa 130 manat olmaqla, iki uşağa görə 260 manat sabit məbləğdə müəyyən edilmişdir. Bundan sonra alimentin miqdarı yenidən artırılaraq Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)- 156/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədləri müvafiq tarixlərdə Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən tələb tam olaraq təmin olunmamış və onun hazırda aliment üzrə 20555.05 manat borcu mövcuddur. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu ********** qeydiyyat nömrəli, **********08-05101-093005 reyestr çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 14 hissəsi mülkiyyətindədir. Yaranmış zərurətlə əlaqədar müvafiq sorğular verilmiş, həmin sorğu cavablarında Borclu faktiki olaraq qeyd olunan ünvanda yaşamadığı məlum olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
3. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-83/2025 nömrəli qərardadına əsasən Quba rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-629 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(027)-156/2024 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilin X6 aid 1/2 hissəsinə həbs qoyulmuşdur.
4. X10 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-83/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatla bağlı məhkəmə icraatı həyata keçirilərkən onun məhkəmə prosesində iştirakı təmin edilməyib və prosesdə iştirakla bağlı iş materiallarında bildiriş və bildirişin zamanında çatdırılmasına dair təsdiqedici məlumat yoxdur. Bununla da məhkəmə çıxarılan qərardadın ləğv edilməsinə əsas verən prosessual qanun pozuntusunu - çəkişmə prinsipini kobud şəkildə pozmuşdur. İş icraatda olarkən o, Quba Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 1(027)-30/2024 saylı hökmü ilə bir il azadlıqdan məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 həbsdə saxlanmışdır. Məhkəmə bu halı müəyyən edərək məlumatlı olduğu halda onun iştirakını təmin etmək və ya icraatı dayandırmaq barədə üzərinə düşən prosessual hərəkətləri yerinə yetirməmişdir. Onun həbsdə olması və həbsdən xx.xx.2025ci il tarıxdə cəza müddətinin bitməsi ilə əlaqədar X9 B, seriya AZ-2 228 nömrəli arayışı ilə azad edilməyini təsdiq edən sənəd (arayışı) iş materiallarına əlavə etmişdir. Beləliklə, qeyd edilən ünvanda pay sahibi olduğu daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimata məhkəmə qaydasında baxılarkən azadlığı əlindən alındığı üçün məhkəmə prosesində iştirakı mümkünsüz olub. Məkəmə isə onun prosesdə iştirakının təmin edilməsi ilə əlaqədar penitensiar müəssisəyə qanunvericiliyə uyğun formada təqdimat vermək əvəzinə üzərinə düşən prosessual hərəkəti icra etməmişdir. Qərardadda qeyd edilir ki, icra məmuru onun müəyyən məbləğdə aliment borcunun olduğunu bildirir, lakin iş materiallarında borcun həqiqətən də olduğu və necə hesablandığına dair təsdiqedici sənəd yoxdur. İcra məmuru borca dair yalnız mükahizələr irəli sürüb, borcun hesablanma qaydasını isə təqdim etməyib. Həmçinin icra məmuru məhkəmədə verdiyi ifadə zamanı guya öhdəliyi icra etmədiyini bildirməsinə baxmayaraq, onun müntəzəm ödənişlər etdiyini təsdiq edən ödəniş qəbzləri vardır. Lakin məhkəmə onun iştirakını qərəzli olaraq təmin etmədiyi üçün həmin sübutları təqdim edə bilməmişdir. Onun adına olan yeganə mülkiyyət hazırda mübahisə predmeti təşkil edən ünvan 2 ünvanında yerləşən 1/2 hissəsəyə pay sahibi olduğu mənzildir. Qeyd edilən ünvanda yaşamaq üçün, cəhd etsə də digər hissəyə pay sahibi olan Tələbkar və onun qohumları tərəfindən təhqir və hədə-qorxuya məruz qalmışdır. Bu səbəbdən maneənin aradan qaldırılmasına dair məhkəməyə ərizə ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024 tarixli e-2(027)-319/2024 saylı qətnaməsilə (hakim Vüqar Seyidov) iddia təmin edilib və icra sənədi icra edilmək üçün hazırkı işə təqdimat verən və ona qarşı qərəzli olan icra məmuru Nurəddin Əmrullayevin icraatına verilmişdir. Həmin icra sənədi icra məmuru N.Əmrullayev tərəfindən qərəzli olaraq icra edilmədiyi üçün payın yerində (naturada) ayrılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir, lakin həbs edildiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2025 tarixli e- 2(027)-97/2025 saylı Qərardadı ilə (hakim Vüqar Seyidov) məhkəmə icraatı baxılmamış saxlanılmışdır. (qərardad işə əlavə edilmişdir). Belə ki, yaxın günlərdə iş yenidən icraata alınacaqdır. O, həbsdən çıxandan sonra yaşamaq üçün ünvanı yoxdur və heç yerə qeydiyyata düşə bilmir. Bu səbəbdən yeganə pay mülkiyyəti olan mənzilə həbs qoyulması onu yaşayış yerindən məhrum edir və konstitusiya ilə qorunan mənzil və mülkiyyət hüququndan məhrum edir. Mənzil və mülkiyyət hüququnun məhkəmə tərəfindən pozulması və əlindən qanunsuz olaraq saxta borc ittihamı ilə alınması onu yaxınlarının evində qısa müddətlik fərqli ünvanlarda yaşamağa vadar edir. Bir tərəfdən işsizlik, digər tərəfdən evsizlik onsuz da ağır olan həyat şəraitini daha da dözülməz edir və eyni zamanda öhdəliyini yerinə yetirməyə imkan vermir. Odur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-83/2025 saylı qərardadın ləğv edilməsini xahiş edir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
8. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
9. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək (...)
12. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
13. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı: Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); (....)
Şikayətin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, təqdimat təmin edilməməlidir.
17. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.
18. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (İcra haqqında Qanunun 45.1. maddəsi).
19. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri).
20. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.
21. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə Borclu adına, ½ hissədə Tələbkar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
22. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən Borclu məxsus başqa daşınmaz əmlakın olması görünmür. O cümlədən, “Elektron məhkəmə informasiya” sistemində şəxsin əmlak məlumatları üzrə sorğulanmış məlumatlarda da borclunun adına hər hansı digər daşınmaz əmlakın olması müəyyən olunmur.
23. Borclu ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsinin onun yeganə mülkiyyəti və yaşayış yeri olduğunu göstərir.
24. İşdə olan Quba Rayon Məhkəməsinin xx.xx.2024 tarixli e-2(027)-319/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Borclu ünvan 1 ünvanında yerləşən ½ hissəsinə olan mənzil payından istifadə üçün cavabdeh Tələbkar tərəfindən yaradılmış maneənin aradan qaldırılması qət olunmuşdur.
25. Kollegiya hesab edir ki, iş materiallarına əsasən adı çəkilən mənzilin Borclu yeganə yaşayış sahəsi olmasının əksi müəyyən olmadığından, kollegiya, mənzilin həmin hissəsinin üzərinə həbsin qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
26. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti tələbin yönəldilməsinə yol verilmir.)
27. Göründüyü kimi ½ hissədə üzərinə həbs qoyulması tələb edilən mənzil mövcud vəziyyətdə borclunun yeganə yaşayış sahəsi hesab edildiyindən, kollegiya hesab edir ki, hazırda həmin əmlak icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak hesab olunur.
28. Digər tərəfdən, işdən həmçinin müəyyən olunur ki, üzərinə həbs qoyulması tələb edilən yuxarıda adı çəkilən mənzildə borclunun ½ hissə payı ayrılmamışdır.
29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 8(027)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və icra məmurunun təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-83/2025 nömrəli qərardadı ləğv edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilin Borclu aid 1/2 hissəsinə həbs qoyulmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nürəddin Əmrullayev tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.