Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-237/2025 01.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Sumqayıt şəhəri üzrə İcra idarəsinin təqdimatının qismən təmin olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1169/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gülmalı Əzizov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 127, M6, m4 saylı mənzilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3358/2024-017 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən ilkin iddia ərizəsi üzrə cavabdeh Tələbkar 15550 (on beş min beş yüz) manatın tutularaq ilkin iddia iddiaçı Borclu verilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177.1 m2 olan mənzilə ilkin iddia üzrə iddiaçı Borclu 1/2 hissədə, ilkin iddia üzrə cavabdeh Tələbkar 1/2 hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 52.8 m2 olan mənzilə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 133.5 m2 olan mənzilə qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar hissədə, qarşılıqlı iddia üzrə cavabdeh Borclu 1/2 hissədə paylarının müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar tutularaq “SN LEGAL COMPANY" MMCnin hesabına ödənilməsi, “Aeroport” firması ilə F.Aİməmmədov arasında Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 12 ünvanında 0.04484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 479.6 kv.m. olan qeyri-yaşayış binasının 230 kv.m, sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-34 saylı alqı-satqı müqaviləsinə əsasən F.Aİməmmədova satılmasına dair müqaviləyə sonradan həmin tərəflər arasında bağlanmış və Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 3M-335 reyestr nömrəli sazişin etibarsız hesab edilməsi, Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-34 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 12 ünvanında yerləşən, Borclu mülkiyyətinə verilmiş qeyriyaşayış binasının 230 kv.m. sahəsinin 96.5 kv.m hissəsi satıcı “Aeroport” firmasından Borclu mülkiyyətinə geri qaytarılması, həmin sazişə əsasən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 12 ünvanında yerləşən qeyri-yaşayış binasının Borclu məxsus olan 230 kv.m. sahəsindən 96.5 kv.m. hissəsinin satıcı “Aeroport” fırmasına qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının və qeyri-yaşayış binasının 133.5 kv.m. sahəsinin Borclu adına Daşmmaz Əmlakm Dövlət Reyestrindən 88 nömrəli reyestr kitabının 8444 nömrəli vərəqində qeydiyyata alınmış və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 12 ünvanında 0.04484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 479.6 kv.m. olan qeyri-yaşayış binasının 230 kv.m hissəsinə Borclu mülkiyyət hüququ (qeyd) bərpa olunmaqla həmin əmlak üzərində tərəflər bərabər, yəni Tələbkar 1/2 hissədə, Borclu 1/2 hissədə paylarının müəyyən edilməsi, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 250.4 m2 olan qeyri-yaşayış binasının mülkiyyət üzrə “Aeroport firmasına məxsus hissəsindən X1 mülkiyyətinə satılmış “BB tikilisində olan 32 kv.m. 2 nömrəli sahənin alınması üçün ödənilmiş 130000 (yüz otuz min) manat məbləğində pul vəsaitinin 1/2 hissəsinə, yəni 65000 (altmtş beş min) manat hissədə cavabdeh Tələbkar payının müəyyən edilməsi və həmin məbləğin F.Aİməmmədovdan alınaraq Tələbkar verilməsi nəzərdə tutulmuşdur. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surati bildirişlə bərabər İcra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 127, M6, m4 saylı mənzili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1169/2025 nömrəli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 127, M6, m4 saylı mənzilin Borclu məxsus 1/2 hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1169/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatdan və qərardan da görünür ki, borclu və tələbkar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair məhkəmə mübahisəsi olmuş, məhkəmənin yekun aktı qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Həmin məhkəmə aktı və icra sənədindən də görünür ki, borclunun yalnız birgə nikah dövründə əldə edilmiş və payı müəyyən olunmuş başqa əmlakları da mövcuddur. Bundan başqa, icra məmuru istinad etdiyi “Elektron icra” informasiya sistemi vasitəsilə də müəyyən edə bilərdi ki (yəqin ki, müəyyən etmişdir ki), borclunun paylı mülkiyyətdə olmayan, tam mülkiyyət hüququ ilə özünə məxsus digər əmlakları da mövcuddur. Buna baxmayaraq, icra məmuru müəmmalı şəkildə yalnız sözügedən mənzillə bağlı təqdimatla məhkəməyə müraciət etmiş, borclu və tələbkarın paylı mülkiyyətində olan, tələbkarın tərəflərin övladları ilə birgə yaşadığı mənzilə tələbin yönəldilməsinə cəhd etməkdədir. Belə olan halda aydın olur ki, güdülən məqsəd tələbkarın övladları ilə yaşadığı mənzili hərraca çıxarmaq, mənzilin tələbkara təklif olunması, tələbkarın məcbur qalaraq mənzilin borcluya aid payını satın alması, son nəticədə borclunun tələbkara deyil, tələbkarın borcluya pul ödəməsini təşkil etmək olmuşdur. İcra məmuru bütün bu faktları məhkəmədən “gizlədərək” qeyd olunan məqsədə nail olmuş, bu xüsusatlar məhkəmə tərəfindən də yetərincə araşdırılmamışdır. O da qeyd olunmalıdır ki, məhkəmə iclası barədə bildiriş tələbkara poçt vasitəsi ilə məhkəmə iclasının təyin edildiyi gün çatdığından iclasda iştirakı da qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin mülkiyyət hüququna təminat verir. İcra haqqında Qanunun müvafiq maddələri borcluya məxsus əmlaka tələbin yönəldilməsinin ardıcıllığını və prosedurunu müəyyən edir. Sadalanan normaların əlaqəli təhlilindən belə qənaət hasil olur ki, borcluya məxsus əmlaka tələbin yönəldilməsi zamanı əsas prioritet borclunun realizəsi ən asan və səmərəli olan əmlaklarının müəyyən edilməsi və bu prosesin üçüncü şəxslərin hüquqlarını pozmamasıdır. Hazırki işdən görünür ki, borclunun tam mülkiyyət hüququ ilə özünə məxsus əmlaklarının mövcud olmasına baxmayaraq, paylı mülkiyyətdə olan əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, borclunun paylı mülkiyyətdə olan çoxsaylı əmlaklarından da məhz tələbkarın övladları ilə daimi yaşadığı mənzili barədə təqdimat verilmiş və təmin olunmuşdur. Bu hal icra haqqında qanunvericiliyin güddüyü məqsədlərə zidd olmaqla bərabər, tələbkarın konstitusion mülkiyyət hüququna da kobud, qanunsuz və qeyri-mütənasib müdaxiləni ehtiva etməkdədir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1169/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 1169/2025 nömrəli qərardadı mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, borclu birinci instansiya məhkəməsinin qərardadının ləğvini xahiş etsə də həmin qərardadla təqdimat qismən təmin edildiyindən qərardad təqdimatın təmin edilən hissəsində yoxlanılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu mülkiyyətində olan həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair nəticəsi düzgündür. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması icra sənədinin icrasına yönəlmiş addım olmaqla, məcburi icra tədbirlərindən biridir. Borclunun əmlakının üzərinə həbsin qoyulması üçün maddi hüquqi əsasların yoxlanılması zamanı ilk növbədə üzərinə həbs qoyulması xahiş edilən əmlakın borcluya məxsus olub-olmaması araşdırılmalıdır. İş üzrə təqdim edilmiş çıxarışdan müəyyən olunur ki, üzərinə həbs qoyulması xahiş olunan mənzil 1/2 hissədə Borclu paylı mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdimatın mahiyyəti icra sənədi üzrə tələbin ödənilməsinin təmin edilməsinə yönəlmiş, daha konkret formada icra məmurunun təqdimatında, habelə tələbkarın sözügedən qəradaddan verdiyi şikayətində tələb borcluya məxsus əmlakın üzərinə həbs qoyulmaqla, onu satmaq yolu ilə tələbin icra edilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, üzərinə həbs qoyulması tələb edilən mənzilin ½ hissəsi borclunun mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Tələbkar şikayətinin dəlillərində göstərmişdir ki, məqsəd tələbkarın övladları ilə yaşadığı mənzili hərraca çıxarmaq, mənzilin tələbkara təklif olunması, tələbkarın məcbur qalaraq mənzilin borcluya aid payını satın alması, son nəticədə borclunun tələbkara deyil, tələbkarın borcluya pul ödəməsini təşkil etmək olmuşdur. İcra məmuru bütün bu faktları məhkəmədən “gizlədərək” qeyd olunan məqsədə nail olmuş, bu xüsusatlar məhkəmə tərəfindən də yetərincə araşdırılmamışdır, borclunun tam mülkiyyət hüququ ilə özünə məxsus əmlaklarının mövcud olmasına baxmayaraq, paylı mülkiyyətdə olan əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, borclunun paylı mülkiyyətdə olan çoxsaylı əmlaklarından da məhz tələbkarın övladları ilə daimi yaşadığı mənzili barədə təqdimat verilmiş və təmin olunmuşdur. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq hesab edir ki, sözügedən mənzildə həm də borclunun mülkiyyət hüququnun olması hazırkı təqdimatın təmin olunmaması üçün əsas ola bilməz. Çünki üzərinə həbs qoyulması xahiş olunan mənzil 1/2 hissədə Borclu paylı mülkiyyətindədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu məxsus əmlaka həbsin qoyulmasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X5 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X5 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1169/2025 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-237/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-237/2025
01.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver