Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-239/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X19 Tağızadənin sədrliyi və məruzəsi, X11 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Ərizəçinin nümayəndəsi: X8 iştirakı ilə, İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarından B.C.Daşdəmirov tərəfindən verilmiş şikayət ərizəsi üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.A.Səmədzadə) X5 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: X2 Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixdə 2(067)-4435/2017 saylı 17 oktyabr 2017-ci il tarixli icra vərəqəsinin icra olunmasını, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini və icra vərəqəsini icra olunması üçün İcra və Probasiya şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra va Probasiya Şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə qaytarılması barədə qarar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır və qanunsuzdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixdə 2(067)- 4435/2017-ci il saylı 17 oktyabr 2017-ci il tarixli icra vərəqəsi icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin vaxtdan bir il sonra yəni yüzlərlə şikayətindən sonra 25 avqust 2020-ci il tarixdə icra məmuru tərəfindən yerində torpaq sahəsi ölçülüb ona təhvil verilmiş və bundan sonra 12 oktyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Kadastr va Yerquruluşu Layihə va X17 Layihə və Təhqiqat İdarəsi tərəfindən X7 məxsus olan 0,57 ha torpaq sahəsinin koordinatları barədə sxem tərtib edilərək ona verilmişdir. Həmin vaxtdan torpaq sahəsi ona təhvil verilməsinə baxmayaraq, borclu şəxs daim ona maneələr yaratmiş və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair çıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır və hər dəfədə onu hədələyərək “mənim pulum var nə istəsəm edə bilərəm deyir”. Onun özbaşınalığı davam edir. Halbuki bütün məhkəmə instansiyalarında bu mübahisələrə 5 ildir ki baxılmış, lakin bu şəxs dövlətimizi saymayaraq qərarı icra etmir. İcra məmuru məhkəməyə icra vərəqəsinə dair qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmənin 18.08.2020-ci il tarixli qərarı ilə torpağın şimal tərəfindən ölçülüb verilməsinə tələbkarın razı olduğu üçün izah verilməsindən imtina edilmişdir. Yəni borclu şəxs əlində olan həyat yoldaşına məxsus 0.57 ha torpaq sahəsinə olan cıxarışla 2.87 ha torpaq sahəsini zəbt edib və məhkəmə qərarını icra etmir, sonda da icra məmuru icra sənədin geri qaytarır. Dəfələrlə o, icra şöbəsinə getsə də icraçı Vidadi müxtəlif bəhanələrlə icra sənədini icra etməmişdir. Nəticədə o, oğlunun ona vəsiyyət etdiyi torpaqdan istifadə edə bilmir. Yuxarı İcra Orqanına və məhkəməyə şikayət etdikdən sonra 28 avqust 2020-ci ildə torpaq ona akta əsasən təhvil verilmiş, lakin icra olunmamışdır. Bundan sonra Xaçmaz rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarına əsasən borclu şəxs məhkəmə qərarının icra etmədiyi üçün 700 manat cərimə olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir, həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-nin 228- 232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia keçməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyala keçirilir. Qərardan verdiyi şikayət Xaçmaz Rayon Məhkəməsinə aid oldııqundan həmin qərarın ləğv edilməsi və icra edilməsi üçün geri qaylarilması zəruridir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi B.C.Daşdəmirov şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsini xahiş etmişdir, lakin məhkəmə bunu etməmişdir. Məhkəmə iş materiallarını araşdırmadan, iki dəfə ziddiyyətli məktublar vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MM-nin Xaçmaz Layihə və Tədqiqat İdarəsini işə cəlb etmədən, ədalətli araşdırma aparmadan belə bir qərar qəbul etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 8(067)-160/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi B.C.Daşdəmirovun nümayəndəsi S.B.Hacıyeva şikayətin dəlillərini müdafiə etdi və təmin olunması barədə yeni qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə borclu və İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin ******* nömrəli çıxarışına əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0,57 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********68) S.M.Bahadırovanın xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, elektron məhkəmə sistemindən əldə olunmuş məlumatlardan görünür ki, X4 İmran Soltanmahmud oğlunun həyat yoldaşıdır. Birinci instansiya məhkəməsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərardadından şikayətə baxmasına baxmayaraq, qeyd olunan qərardad işə əlavə edilməmişdir. Bundan əlavə olaraq birinci instansiya məhkəməsi iş üzrə icra işini nəzərdən keçirməmiş və bu barədə məhkəmə iclas protokolunda qeydlər aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə B.C.Daşdəmirov tərəfindən verilmiş şikayət ərizəsi təmin olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 27 sentyabr 2021-ci il tarixli 8(067)- 160/2021 saylı qərardadı ləğv edilsin. İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarından B.C.Daşdəmirov tərəfindən verilmiş şikayət ərizəsi yenidən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-239/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-239/2021
15.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver