Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-239/2025 01.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz Rayon İcra və probasiya şöbəsinin təqdimatının qismən təmin olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-359/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 12 fevral 2024-cü il tarixli, **********372900/2024 saylı icra sənədinə əsasən Borclu 21384.77 manat məbləğində maliyyə sanksiyası tutularaq dövlət nəfinə ödənilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrası məqsədi ilə Borclu məxsus olan «LADA VESTA» minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 12 fevral 2024-cü il tarixli **********372900/2024 saylı icra sənədinə əsasən Borclu 21384.77 manat məbləğində maliyyə sanksiyası tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «LADA VESTA» minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşın aşkar edilmişdir. İcra sənədinin icrası məqsədi ilə məcburi tədbirləri kimi borclunun qeyd olunan əmlakının üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-359/2025 nömrəli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 12 fevral 2024-cü il tarixli, **********372900/2024 saylı icra sənədinin icrası məqsədi ilə Borclu məxsus “LADA VESTA” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, təqdimatın qalan hissəsinin təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır (hakim Nərmin Abiyeva). Maraqlı şəxs tərəfindən Xaçmaz rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 8(067)-359/2025 saylı qərardadından şikayət verərək, Xaçmaz rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 8(067)-359/2025 saylı qərardadın ləğv edilməsini və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatının tam rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-359/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədilə Borclu məxsus “LADA VESTA” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. İlk növbədə onu qeyd ki, eyni məzmunlu məhkəmə qərardadı xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 8(067)-359/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədilə Borclu məxsus “LADA VES TA” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Əmlakın üzərinə həbs qoyulması barədə sms bildiriş aldıqdan sonra həmin qərardadın mövcudluğundan Xaçmaz rayon İcra və Probasiya şöbəsində xəbər tutmuş və həmin qərardadı rəsmi qaydada aldıqdan sonra xx.xx.2025-ci il tarixdə həmin qərardaddan maraqlı şəxs kimi şikayət vermişdir. Həmin şikayəti Xaçmaz rayon Məhkəməsinin 8(067)- 359/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş məhkəmənin 8(067)- 359/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmişdir. Onun xeyrinə çıxarılmış qərardad məhkəmə tərəfindən hansısa kənar təsirlər nəticəsində gizlədilmiş, ümumiyyətlə onun şikayətinin təmin edilməsi barədə məlumat ondan gizlədilməmiş, hər dəfə məhkəmə ilə əlaqə saxlayanda gözləməli olduğu bildirilmişdir. E-məhkəmə portalında isə şəxsi kabinetinə heç bir bildiriş qəsdən yerləşdirilməmiş, heç bir qəradad yerləşdirilməmişdir. xx.xx.2025-ci il tarixdə Məhkəmə Hüquq Şurasına etdiyi şikayət nəticəsində məlum olmuşdur ki, onun xeyrinə olan qərardad qəsdən ona verilməmiş, bu azmış kimi icra məmurunun avtomobilin üzərinə həbs qoyulması ilə bağlı yeni təqdimat olmuş, eyni hakim (Nərmin Abıyeva) tərəfindən avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə xx.xx.2025-ci il tarixli yeni qərardad qəbul edilmişdir. Həmin qərardad onun məhkəmə portalına aid şəxsi kabinetində xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən onun hüquqlarım pozulmuş, avtomobili öz adına sənədləşdirmək üçün 1 gün də ona kifayət olduğu halda xx.xx.2025ci il tarixli qərar qərardad ondan xx.xx.2025-ci il tarixə kimi gizlədilmiş, onun hüququnu və mənafeyini pozan eyni məzmunlu qərardad isə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa qeyd edir ki, xx.xx.2024-cü il tarixdə həmin avtomobili “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında almışdır. Həmin etibarnamə ilə ona nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Maddi imkanı olmadığı üçün avtomobilin alqı-satqı ilə bağlı sənədləri hazırlanmamışdır. Daha sonra anasının ağır xəstəliyi ilə əlaqədar nəqliyyat vasitəsinə yeni texniki pasport ala bilməmişdir. Həmin vaxtdan avtomobil onun faktiki sahibliyində və istifadəsindədir. Hal-hazırki qərardad nəqliyyat vasitəsinin vicdanlı alıcısı kimi onun hüquq mənafeyinə ziddir. Buna görə də həmin əmlakın üzrərinə həbsin qoyulması, özgəninkiləşdirilməsinin qadağan edilməsi əsaslı hesab edilə bilməz. Nəqliyyat vasitəsi faktiki olaraq etibarnamənin verildiyi xx.xx.2024-cü il tarixdən onun istifadə və sahibliyindədir. Məhkəmə qərardadında qeyd olunan nəqliyyat vasitəsi Borclu sahibliyindən xx.xx.2022-ci ildə çıxmışdır. Ondan əvvəl nəqliyyat vasitəsi etibarnamə əsasında ayrı-ayrı 2 nəfərin (X5 və Baxışzadə Şirməmməd Ə/dalət oğlu) sahibliyində olmuşdur. Nə icra məmurunun təqdimatında, nədə ki, məhkəmə qərardadında «LADA VESTA» minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üçüncü şəxs kimi onun sahibliyində olması faktı qeyd olunmamışdır. Halbuki icra məmurunun bu fakt barədə məlumatlı olmaq ehtimalı olmuşdur. Bu faktı DİN inteqrasıya edilmiş elektron sistemindən görmək mümkün idi. Məhkəmə nəqliyyat vasitəsinin hal-hazırda borclunun sahibliyində və istifadəsində olub-olmaması halını araşdırmamış, vicdanlı alıcı kimi onun mənafeyini gözləməyən qərardad qəbul etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-359/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 181/2025 nömrəli qərardadı iləşikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(105)-359/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə şikayət işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 359/2025 nömrəli qərardadı mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, borclu birinci instansiya məhkəməsinin qərardadının ləğvini xahiş etsə də həmin qərardadla təqdimat qismən təmin edildiyindən və tələbkar və ya icra məmuru tərəfindən şikayət verilmədiyindən sözügedən qərardad təqdimatın təmin edilən hissəsində yoxlanılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair nəticəsi düzgündür. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 04 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 12 fevral 2024-cü il tarixli, **********372900/2024 saylı icra sənədi 04 aprel 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 12 aprel 2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişindən müəyyən olunur ki, Borclu tələbin könüllü icra edilməsi təklif olunmuş, əks halda qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən və “Azemis” Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş sorğu məlumatından müəyyən olunur ki, «LADA VESTA» minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşın Borclu mülkiyyəti kimi qeydə aınmışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir . İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Məhkəmə araşdırmaları zamanı “Elektron icra” informasiya sistemindən və “Azemis” Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş sorğu məlumatı ilə müəyyən edilmişdir ki, «LADA VESTA» minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda Borclu mülkiyyətindədir. Belə olan halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 12 fevral 2024-cü il tarixli **********372900/2024 saylı icra sənədi Borclu tərəfindən icra edilmədiyindən onun mülkiyyətində olan qeyd edilən avtomobilin özgəninkiləşirilməsinin qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqdimatın mahiyyəti icra sənədi üzrə tələbin ödənilməsinin təmin edilməsinə yönəlmiş, daha konkret formada icra məmurunun təqdimatında, habelə tələbkarın sözügedən qəradaddan verdiyi şikayətində tələb borcluya məxsus əmlakın üzərinə həbs qoyulmaqla, onu satmaq yolu ilə tələbin icra edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Maraqlı şəxs şikayətinin dəlillərində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə həmin avtomobili “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında almışdır. Həmin etibarnamə ilə ona nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Maddi imkanı olmadığı üçün avtomobilin alqı-satqı ilə bağlı sənədləri hazırlanmamışdır. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq hesab edir ki, avtomobilin mülkiyyətçisi kimi borclu olduğundan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X7 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X7 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-359/2025 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-239/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-239/2025
01.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver