Məhkəmə qərarları › İş №8(105)-24/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-24/2021

04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-24/2021 04.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Tələbkar iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadından Tələbkar verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) Borclu ərizəsi təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinin nəticə hissəsinin ikinci cümləsinin “X2 və Borclu müştərək qaydada 40.900 (qırx min doqquz yüz) manat məbləğində pul alınaraq Tələbkar verilsin” kimi oxunması qərara alınmışdır. Tələbkar şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)- 180/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər X2 və Borclu qarşı pul tələbinə dair iddiası təmin edilib, cavabdehlərdən 40900 (qırx min doqquz yüz) manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Tələbkar verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X2 və Borclu 40900 (qırx min doqquz yüz) manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi barədə iddia ərizəsi təmin edilsə də, qətnamədə tutulmalı olan məbləğin cavabdehlərdən hansı qaydada onun xeyrinə tutulmalı olması göstərilməmişdir. Cavabdeh öhdəlik üzrə ona yalnız 1100 manat məbləğində pul ödəmiş və əlavə olaraq başqa pul ödənilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında ərizəçinin izahat hissəsində yazılmışdır ki, guya cavabdehlər tərəfindən ona 20.450 manat pul ödənilmişdir. Halbiki bu real deyildir, həmin məbləğ ona ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, qətnaməyə izah verilməsi barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Borclu və Xaçmaz rayonu üzrə İcra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Borclu və Xaçmaz rayonu üzrə İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Borclu ərizəsindən görünür ki, o, qanuni qüvvəsini almış Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. İş materialarından görünür ki, birinci instansiya məhkəməsi Borclu Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsinə hüquqi qiymət verdikdə «8» indeksi altında baxmışdır. Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılması qaydalarına dair Təlimatın 147-ci bəndinə əsasən qətnamələrin icra qaydasında icraatı «8» indeksi altında siyahıya alınaraq baxılır. Göründüyü kimi qətnaməyə izah verilməsi həmin mülki işin davamı olub, mövcud qətnamənin icra mərhələsində aparılan icraatla bağlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Tələbkar şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadı ləğv edilib, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar verdiyi şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 8(067)-180/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar