Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-24/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X15 və X12 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2012-ci il tarixli qərardan Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən verilmiş şikayət üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 nömrəli qərardadından Daştəmirov Yaşar Balasoltan oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Daştəmirov Balasoltan Camaəllədin oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli 2(067)-266 saylı mülki iş üzrə icra vərəqəsi üzrə Xaçmaz rayon İcra Şöbəsinin 12 oktyabr 2012-ci il tarixli qərarının ləğv edilməsini və icra vərəqəsini icra olunması üçün İcra və Probasiya Şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Daştəmirov Balasoltan Camaəllədin oğlu şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra Şöbəsi 12 oktyabr 2012-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-266 saylı 13 mart 2012-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Həmin qərardan məlumatı olmamışdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin qərarı icra olunmamış, bu müddət ərzində dəfələrlə şikayətlər etsə də baxılmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Xaçmaz rayon İcra Şöbəsinin (İcra və Probasiya) 12 oktyabr 2012-ci il tarixli qərarının ləğv edilməsi, 13 mart 2012-ci il tarixli, 2 (067)-266/2012 saylı icra vərəqəsinin icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması qərara alınmışdır (hakim Vüsalə Qasımova). Qərardaddan Borclu şikayət verərək, xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadın rədd edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 8(067)-197/2022 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, bu barədə ona məhkəmədə iştirak etmək üçün bildiriş göndərilsə də, həmin bildiriş ona məhkəmə baxışından 3 gün sonra çatmış (“Azərpoçt MMC-nin filialı X18 filialının xx.xx.2022-ci il tarixli, 20 saylı arayışı), yəni, onun iştirakı olmadan işə baxılaraq qərardad qəbul edilmişdir. Həmin iş barədə onun kifayət qədər sübutları olsa da məhkəmə baxışında iştirak edib həmin sübutlarını təqdim edə bilməmişdir. Məhkmənin 13 mart 2012-ci il tarixli, 2(067)-266 saylı mülki iş üzrə qəbul edilmiş qətnaməsi üzrə icra vərəqəsinin icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən 09 iyul 2012-ci il tarixdə, 06 avqust 2012-ci il tarixdə və 21 sentyabr 2012-ci il tarixdə cəhdlər edilsə də, cavabdeh tərəfindən buna maneçilik törədilmişdir. Nəhayət 26 sentyabr 2012-ci il tarixdə icra vərəqəsi Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmuş və bu barədə həmin tarixdə 9 nəfər şəxsin imzası ilə akt tərtib olunmuşdur. Digər tərəfdən bu işi qanunsuz və əsassız olaraq qaldırıb məhkəmələrdə süründürməçilik işi ilə məşğul olan Nümayəndə iddiaçı X2 adından Borclu və qeyrilərinə qarşı evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, işə Xaçmaz Rayon Məhkəməsində həmin məhkəmənin hakimi X1 ilə baxılaraq xx.xx.2021-c il tarixli qərardadla vəsatət təmin olunmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli, 2(067)-266/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün X5 tərəfindən buraxılmış prossesual müddət bərpa edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan X5 məhkəmənin həmin qərardadından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq, Xaçmaz Rayon Məhkəməsinin 12 noyab 2021-ci il tarixli, 2(067)-266/2012 saylı qərardadından iddiaçı X2 şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir. Elə buna görə də, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadını əsassız hesab edir. Hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(067)-197/2022 saylı qərardadı qanuna ziddir, ləğv edilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadı ləğv edilməli, Xaçmaz rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2012-ci il tarixli qərardan Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən verilmiş şikayət yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun 23, 26-cı maddəsinə istinad edərək şikayətin təmin edilməsi nəticəsinə gəlmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara)qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz. səlahiyyətləri daxilində həyata keçirilir.Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə ilk növbədə tərəflərin iştirakını təmin etməmiş, icra işini tələb edərək işin hallarını tam araşdırmadan yalnız şikayətçi tərəfin iştirakı ilə qərar qəbul etmiş, gəldiyi nəticəni əsaslandırmamış, qanunvericilik normalarını qeyd etməklə şikayətin təmin edilməsi nəticəsinə gəlmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2012-ci il tarixli qərardan görünür ki, icra sənədinin icrası xx.xx.2012-ci il tarixinə təyin edlmiş, X8 X4 məxsus Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 27 nömrəli xx.xx.1989-cu il tarixli reyestrdə qeydə alınmış fərdi yaşayış evindən çıxarılması, Borclu azyaşlı uşaqları X9 və X11 X4 məxsus Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 27 nömrəli xx.xx.1989-cu il tarixli reyestrdə qeydə alınmış fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması təmin olunmuş və barədə müvafiq akt tərtib edilmişdur. Lakin tələbkar Balasoltan Daşdəmirov iş üzrə borclu Daşdəmirova (Hacıbəyova) Aybəniz Almas qızının ona məxsus evə qayıdacağını bildirərək akta imza etməkdin imtina etmiş və öz hərəkətləri ilə icra sənədini icrasına mane olmuşdur. Qərardadn göründüyu kimi icra sənədinin icrası təmin edilmiş və akt tərtib edildiyi qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, tələbkar şikayətində Borclu və arvadı Daşdəmirova Aybvənizin ona məxsus olan mülkiyyətində özbaşınalıqlarını davam etdirməsini bildirmişdir. “İcra haqqında” Qanunun 72.7-ci maddəsinə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.5-cü maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansıya məhkəməsi iş üzrə icra işini tələb edərək icra sənədinin icrası zamanı aktın tərtib edilib-edilməməsini araşdırmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi şikayətində qeyd edilən şəxslərlə eyni fərdi yaşayış evində yaşamasını bildirir ki, bununla da icra sənədinin icrasının gedişatı barədə 2012-ci ildən hazırki günədək tələbkarın məlumatlı olmaması barədə dəlili ağlabatan hesab edilə bilməz. Eyni zamanda məhkəmə keçən 10 il müddət ərzində tərəflərin qətnamənin icra olunub-olunmamasına dair müraciətlərinin olmasını araşdırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən icra işini tələb edilməli, icra sənədinin icrası zamanı icra sənədinin icra edilməsinə dair aktın tərtib edilibedilməməsini müəyyən etməli, həmçinin tərəflərin iştirakı təmin edilməklə şikayətə yenidən qiymət verilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 nömrəli qərardadı ləğv edilməli, Xaçmaz rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2012-ci il tarixli qərarından Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən verilmiş şikayət yenidən müzakirə edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 nömrəli qərardadı ləğv edilsin. Xaçmaz rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2012-ci il tarixli qərarından Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən verilmiş şikayət yenidən müzakirə edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-24/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-24/2023
14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver