Məhkəmə qərarları › İş №8(105)-24/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-24/2024

20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-24/2024 20.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Borclu iştirakı ilə, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 nömrəli qərardadından Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Borclu cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı pul tələbinə dar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 saylı mülki iş həll edilənədək Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 saylı qərardadına əsasən Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə ərizəsi təmin edilməmişdir. Borclu vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(027)-512/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Borclu vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 saylı qərardadından verdiyi şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)- 512/2023 nömrəli qərardadından Vəkil tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.5-cü maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)- 512/2023 nömrəli qərardadından verilmiş şikayəti Borclu vəkili və nümayəndəsi kimi Vəkil imzalasa da, onun vəkil kimi səlahiyyətlərini təsdiq edən sənəd (order) təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş order (səh. 14) Azərbaycan Respublikası Ali Məhkəməsində tapşırıqların yerinə yetirilməsi üçün verilmişdir. MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi isə qeyd olunan normalara riayət etməmiş, şikayəti qaytarmamış, şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət işdə iştirak etməyən və onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 nömrəli qərardadından Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş şikayətin qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar