Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-241/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 8(027)-353/2021 saylı qərardadından Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru R.A.Quliyev tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 8(027)-353/2021 saylı qərardadı ilə (hakim V.M.Seyidov) tələbkar X6 şikayəti təmin edilib, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 Quba Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(027)-1439/2020 saylı icra sənədi üzrə 09 iyul 2021-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ləğv edilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru R.A.Quliyev şikayət verib, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 8(027)-353/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 8(027)-353/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Quba Rayon Məhkəməsinin 2(027)-1439/2020 saylı icra sənədi üzrə tələbkar X4 rayon İcra Şöbəsinin məmurunun 09.07.2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(027)-1439/2020 saylı qətnaməsi ilə iddiaçı-özü X6 cavabdeh X2 qarşı 3000 manat iddia tələbim təmin edilərək icra ediiməsi üçün Quba rayon icra və probasiya şöbəsinə göndərilmişdir.Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin 09.07.2021-ci il tarixli qərarı ilə razılaşmır və hesab edir ki, icra məmuru öz işini rəsmi hissəsinin, yəni sorğular verməklə işini bitmiş hesab etmiş, başqa heç bir hərəkət etmədən icra işini yarımçıq qoyaraq qətnaməni icra etməkdən vəzifəli şəxs kimi boyun qaçırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru R.A.Quliyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 16 sentyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin 30 oktyabr 2020ci il tarixli, 2(027)-1439/2020 saylı icra sənədinə əsasən X1 3000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X7 verilməlidir. Qeyd olunan icra sənədi 23 fevral 2021-ci il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, qanunla müəyyən edilmiş müddət ərzində borclu tələbin icrasını təmin etməmiş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Eyni zamanda borclu Ş.Əzməmmədovun yaşadığı evdə əmlak vəziyyətinə baxış keçirilmişdir. Borclu Ş.Əzməmmədovun əmlakları və gəlir yerlərinin müəyyən edilməsi ilə bağlı həyata keçirilmiş axtarış tədbirləri nəticə verməmiş, onda tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Ş.Əzməmmədovun icra sənədinə qarşı heç bir qərəzli mövqeyinin olmaması onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı tərəfindən tərtib edilmiş protokolun Quba Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 3(027)-512 saylı inzibati qərarı ilə təmin olunmamaqla sübut olunmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, tələbkar X6 şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tələbkar X6 Quba rayon İcra və probasiya şöbəsinin 09 iyul 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının ləğv edilməsi nəticəsinin əsası kimi göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(027)-1439/2020 saylı qətnaməsi icra olunmadığından verilmiş şikayət əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunın təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru R.A.Quliyev qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə ödənilməsi tələb olunan pul məbləğinin yönəldilə biləcəyi əmlakları və gəlir yerlərinin müəyyən edilməsi ilə bağlı həyata keçirilmiş axtarış tədbirləri nəticə vermədiyi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbkar X6 şikayətini təmin edilib, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 Quba Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(027)-1439/2020 saylı icra sənədi üzrə 09 iyul 2021-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ləğv etməklə düzgün nticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru R.A.Quliyev tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 8(027)-353/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-241/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-241/2021
17.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver