Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-249/2025 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Məmməd oğlunun, "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil, icra məmuru Nümayəndə2 və tələbkar Maraqlı şəxs iştirakı ilə, "xxxx" ASC-nin Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı borcun əsassız hesab edilməsi barədə şikayətinə dair Şabran Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 8(031)-1/2025 nömrəli qərardadından tələbkar Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" ASC xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsinin əsassız hesab olunara, Cavabdeh tərəfindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs işdən azad olunması barədə "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 02 saylı əmrinin ləğv edilməsi, iddiaçı Maraqlı şəxs "xxxx" ASCyə baş iqtisadçı işinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması ilə bağlı ilk növbədə bildirirlər ki, məhkəmənin qətnaməsində hansı illər üçün məcburi iş buraxmaya görə əmək haqqına görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, icra məmurunun götürdüyü xx.xx.2015-xx.xx.2018ci illər üçün Maraqlı şəxs orta aylıq əmək haqqını 350 manatdan hesablasalar, həmin 41 ay işləmədiyi aylara görə əmək haqqı cəmi 14350 manat təşkil edir. 41 x 350 =14350. Həmin vəsaitin 14 %-i vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 14350 manatın 14 %-i 2009 manat, həmçinin 14350 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi (14350 manatın 3 %-i 430.50 manat). Deməli Maraqlı şəxs məcburi iş buraxma dövrü üçün hesablanmış 14350 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsalar (2009 manat+430.50 manat=2439.50 manat) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 11910.50 manat pul ödənilməli idi. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması ilə bağlı ilk növbədə bildirirlər ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icraçının götürdüyü xx.xx.2015-xx.xx.2018-ci illər üçün 41 ay müddəti üçün hesablasalar belə bir nəticə alınır. Maraqlı şəxs xx.xx.2015-xx.xx.2018-ci illər üçün aylıq əmək haqqısını 350 manatdan hesablasalar belə bir nəticəyə gəlirlər ki, əmək haqqı 350 manat, əmsal- 30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər xx.xx.2015-xx.xx.2018-ci illər 41 ay. 41 ayda 123 gün məzuniyyət hüququ yaranır. 350/30.4=11.51 (bir günlük əmək haqqının məbləği) 11.51 manat x 123 manat (məzuniyyət günlərinin sayı) = 1415.73 manat. Həmin vəsaitin 14%-i vergi olaraq əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulmalı idi. 1415.73 manatın 14 %-i 198.20 manat. Həmçinin 1415.73 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1415.73 manatın 3%-i 42.47 manat. Deməli Maraqlı şəxs əmək məzuniyyətlərinə görə hesablanmış 1415.73 manat kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını hesablasalar (198.20+42.47=240.67) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1175.06 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Maraqlı şəxs məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 11910.50 +1175.06 =13085.56 manat pul ödənilməli idi. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(031)-7/2019 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 9350 manat dəyərində 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan tokor dəzgahı, 1 ədəd rus istehsalı olan hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası, 2 otaqdan ibarət yardımçı bina Maraqlı şəxs təhvil verilmişdir. Beləliklə həmin qətnamə üzrə ASC-rıin borcu 3735.56 manat təşkil etməli idi (130xx.xx-9350=3735.56 manat). Lakin, Cavabdehnə müraciət etdikdə ASC-nin Maraqlı şəxs həmin qətnamə üzrə 12101.60 manat borcunun olduğu qeyd olunur. Bildirirlər ki, həmin borcun 8366.04 manat hissəsi əsassızdır (121xx.xx-3735.56=8366.04 manat). Belə ki, Cavabdeh icra sənədi əsasında apardığı hesablatlar zamanı səhvlərə yol vermişdir. Cavabdeh icra sənədi üzrə məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən 14% vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da Maraqlı şəxs ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. Maraqlı şəxs görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Cavabdeh icra sənədi üzrə Maraqlı şəxs verilmiş əmlakların dəyərini 9350 manat deyil, 6821 manat olaraq nəzərə alır. Hansı ki, bu barədə qiymətləndirmə rəyi vardır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli QR2250 nömrəli rəyində qeyd olunur ki, dreldeşici dəzgahın bazar dəyəri 400 manat, tokar dəzgahının bazar dəyəri 700 manat, hava kompressorunun bazar dəyəri 250 manat, 2 otaqlı gözətçi binasının bazar dəyəri 3000 manat, 2 otaqlı yardımçı binanın bazar dəyəri 5000 manat olmaqla adı çəkilən əmlakların cəmi bazar dəyəri 9350 manat təşkil edir. Həmçinin qətnamələrdə Maraqlı şəxs ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğlərin hesablanması barədə inzibati akt yoxdur. Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin borc məbləğinin silinməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdehnə şirkət tərəfindən müraciət edilmişdir. Lakin, Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda borcun silinməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi Cavabdeh hərəkətsizlik etməkdədir. Məhkəmə prosesində "xxxx" ASC şikayətini dəqiqləşdirərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 9192.81 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC dəqiqləşdirilmiş şikayətini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə həmçinin inkasso sərəncamı ilə 826,77 manat pul da tutularaq, tələbkara verilmişdir. Şabran Rayon Məhkəməsinin 8(031)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ayaz Məmmədov) şikayət təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 9192.81 manat hissəsinin əsassız hesab olunaraq, Cavabdeh tərəfindən silinməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/141 saylı rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 9192.81 manat hissəsi əsassız olduğundan həmin əsassız borc məbləği Cavabdeh tərəfindən silinməlidir. Tələbkar Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 8(031)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəmsinin 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 sayli qərardaına əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" ASCdən X1 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış 18922.73 manat məbləğində borc ona ödənilməlidir. Bundan başqa o, 10 may 1987-ci ilin tarixindən 2013-cü ilin 07 yanvar tarixinə kimi "xxxx" ASC-də iqtisadçi vəzifəsində iİəmişdir. Cəmiyyətdə əmlak payı var. Bu illər ərzində o, 10 il əmək məzuniyyətindən istifadə etməmişdir ki, bu da rəhbərliyin təqsirindən olmuşdur. xx.xx.2013-cü ildə onu qanunsuz olaraq işdən azad etmişlər. 2015-ci ilin 3 fevral tarixində işinə bərpa olunmuşdur. İşdən çıxıb işə bərpa olunan əmək məzuniyyətiərinin sayı 4 ildir. 2015-ci İİ daxil olmaqla 14 il əmək məzuniyyətindən istifadə etməmişdir. 2018ci ilin 02 iyul tarixindən 06 may 2019-cu ii tarixinə kimi "xxxx" ASC-nin sədri olmuşdur. Aylıq əmək haqqısı 878 manat olmuş, 10 ay ərzində 8780 manat əmək haqqı almışdır. Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinə əsasən ona 30 gün əmək məzuniyyəti düşür. Həmin Məcəllənin 116-ci maddəsinə əsasən 15 ildən artıq əmək stajı olduğuna görə 6 gündə əlavə olunur. Onun üçün 36 günə görə hər il çıxmadığı əmək məzuniyyəti üçün pul hesablanmalıdır. Əmək məzuniyyətinə görə kompensasiya onun hansı illər üçün verilməsindən asılı olmayaraq, kompensasiyanin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Bundan başqa məzuniyyət pulu hesablanarkən hesablanan puldan minumum əmək haqqı 200 manat çıxıldıqdan sonra vergi və s. tutulmalar tutulur, yerdə qalan puldan onun əmək məzuniyyəti pulları 8780 manata görə hesablanmalıdır. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-1/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Maraqlı şəxs şikayətində gösətirlənlərə uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil izahat verib bildirmişdir ki, digər icra sənədi üzrə Maraqlı şəxs "xxxx" ASC-yə 4900 manat məbləğində borcu var. Hazırki iş üzrə borc məbləğinin hesablanması ilə bağlı hər hansı inzibati akt olmamış, məbləğ icra məmuru tərəfindən hesablanmışdır. İş üzrə Əmək Müfəttişliyinin də hər hansı rəsmi sənədi yoxdur. Ona görə hazırki iş üzrə ekspert rəyinə əsaslanaraq məbləğ müəyyənləşdirilmişdir. Hazırda mübahisə pulun hesablanma qaydası ilə bağlıdır. Ödənişlərlə bağlı mübahisə yoxdur. Hazırkı ekspert rəyi üzrə nəticələr də digər icra sənədi üzrə verilmiş ekspert rəyindəki metodla aparılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Məmməd oğlu şikayətin əsassız olduğunu bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən icra məmuru Nümayəndə2 izahat verib bildirmişdir ki, icra işi hazırda onun icraatındadır. Əvvəlki icra məmuru Natiq Məstanov tərəfindn Əmək Müfəttişliyinin hesablama metodu əsasında icra sənədi üzrə 18922 manat borc hesablamışdır. Daha sonra şikayət əsasında ekspert rəyi ilə məbləğ aşağı salınmışdır. Həmçinin, tələbkara təxminən 9000 manatlıq əmlak verilmiş və təxminən 700 manat pul ödənilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 8(031)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(031)-1/2024 nömrəli qərardadı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh icraatında tələbkar Maraqlı şəxs borclu "xxxx" ASC-yə qarşı iki icra işi mövcud olmaqla, onlardan birincisi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsi üzrə, ikincisi isə Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmişdir. Hər iki icra sənədi üzrə Maraqlı şəxs məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi barədə olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra olunmaqla yanaşı, həmin icra sənədi üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-957/2024 nömrəli qətnaməsinə əsasən artıq ödənilmiş 4997,32 manat borc məbləğinin əsassız varlanma qaydalarına uyğun olaraq, Maraqlı şəxs tutularaq, borclu "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı mübahisə isə icra şöbəsinin icraatında olan digər, yəni Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə hesablanmış borc məbləğinə dair tələbkarın şikayəti üzrə olmuşdur. Cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X1 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış əmək haqqının hesablanmasına dair məlumatlardan görünür ki, icra sənədi üzrə tələbkara 41 aylıq müddət üzrə 14350 manat əmək haqqı hesablanmaqla, 3 faiz sosial sığorta haqqı çıxıldıqdan sonra tələbkara ödənilməli olan məbləğ 13919,50 manat, əmək məzuniyyətinə görə hesablanmalı olan kompensasiya məbləği vergilər və sosial sığorta haqqı hesablanmaqla 1175,06 manat, həmçinin borlcu işəgötürən tətəfindən sosial sığorta haqqı üzrə müvafiq dövlət orqanına ödənilməli olan məbləğ 3629,97 manat və əmək məzuniyyətinə görə verilən kompensasiya üzrə hesablanmalı olan vergi 198,2 manat olmaqla, ümumilikdə icra sənədi üzrə 18922,73 manat borc məbləği hesablanmışdır. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 18922,73 manat borc məbləği müəyyən edilmiş, məcburi icra tədbirləri nəticəsində inkasso sərəncamı və əmlaklar hesabına tələbkar X2 6821 manat ödənilmiş, hazırda qeyd olunan icra sənədi üzrə 12101,6 manat borc qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/141 saylı rəyi əldə edilmişdir ki, həmin rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan mövcud sənədlərə əsasən Maraqlı şəxs orta aylıq əmək haqqı 350 manat olmaqla 41 ay işləmədiyi aylara görə hesablanmalı əmək haqqısı 14350 manat (350 x 41), vergilər (14%) və DSMF (3%) ödənişləri çıxıldıqdan sonra ələ çatası məbləğ 11.910,5 manat məbləğində müəyyən edilir. Bundan başqa iş materiallarında olan mövcud sənədlərə əsasən əmək məzuniyyətinə görə hesablanmalı olan kompensasiya məbləği 1175,06 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işdən azad olunması barədə 03 fevral 2015-ci il tarixli əmrinin ləğv edilərək, X1 baş iqtisadçı vəzifəsinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir ki, icra sənədi üzrə vergi məbləğinin, sosial sığorta haqqının və digər məcburi tutulmaların hesablanmaqla icra sənədi üzrə borc məbləği kimi müəyyən edilməsi əsaslı olmamışdır. Belə ki, icra sənədində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq tələbkara verilməsi qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə əsasən əmək haqqından məcburi tutulmaların (vergi, sığorta haqları və s.) ödəmələr verən şəxs tərəfindən, yəni işəgötürən tərəfindən həyata keçirilməsi onun vəzifəsi hesab olunur. Həmçinin, nəzərə alınmaldır ki, qeyd edilən ödənişlərə dair nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Qeyd olunan mövqe sosial sığorta haqlarına da aid olmaqla, qanunvericilikdə təsbit olunmuşdur. Həmin məbləğin hesablanaraq tələbkara verilməsi əsassız varlanma ilə nəticələnə bilər ki, bu da yolverilməz hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, icra şöbəsi tərəfindən icra sənədi üzrə vergi məbləğinin və sosial sığorta haqqının hesablanmaqla icra sənədi üzrə borc məbləği kimi müəyyən edilməsi əsaslı olmamışdır. Məhkəmə kollegiyası tələbkarın şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəmsinin 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 sayli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borcun 18922.73 manat məbləğində olması müəyyən edilməmişdir. Həmin qərardaddan görünür ki, həmin iş üzrə mübahisə icra sənədinin icrası ilə bağlı borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlaklarının üzərinə həbs qoyulması ilə əlaqədar olmuş, sadəcə olaraq icra məmuru təqdimatında icra sənədi üzrə hesabladığı borc məbləğinə istinad etmişdir. Yəni, həmin icraatın predmeti icra sənədi üzrə hesablanmış borc məbləği olmamışdır. Bundan başqa məhkəmə kollegiyası tələbkarın 02 iyul 2018-ci il tarixdən 06 may 2019-cu ii tarixinə kimi "xxxx" ASC-nin sədri olması, həmin vaxt əmək haqqısının 878 manat olması və buna müvafiq olaraq da kompensasiya məbləğinin hesablanmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab edərək qeyd edir ki, tələbkar Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 02 iyul 2018-ci il tarixdə işə bərpa olunmuşdur ki, bu halda Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən konpensasiya məbləği əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Tələbkarın isə əvvəlki aylıq əmək haqqısı isə 350 manat təşkil etmişdir. İcra sənədi üzrə isə məcburi iş buraxma dövrünə görə istifadə edilməmiş məzuniyyyətlərə görə kompensasiyanın verilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, ən əsası isə məhkəmə kollegiyası nəzərə almışdır ki, əmək məzuniyyətə görə kompensasiya məbləğinin hesablanması ilə bağlı icra məmurunun və ekspertin hesablaması eynilik təşkil etməklə, borclu da bununla razılaşmış və həmin hissə ilə bağlı icra məmurunun hərəkətindən tələbkarın şikayəti mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası tələbkarın qeyd olunan şikayət dəlillərini əsassız hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası şikayətin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, ekspert tələbkara ödənilməli olan əmək haqqının ümumi məbləğinə 14 faizlik gəlir vergisi hesablasa da vergi qanunvericiliyinə əsasən fiziki şəxslərin gəlir vergisindən azad olan gəlirlərini nəzərə almamışdır. Qeyd edilən hal isə tələbkarın mənafeyinə zidd olmaqla, məcburi iş buraxmaya görə hesablanmalı və tələlbkara ödənilməli olan olan əmək haqqının düzgün olmaması anlamına gəlmişdir. Belə ki, Azərbaycan Respbulikası Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. İddiaçının isə aylıq əmək haqqısının 350 manat olması nəzərə alındıqda, həmin məbləğin 200 manat hissəsi gəlir vergisinin tutulmasından azad olmaqla, gəlir vergisinin tutulması əmək haqqının 150 manatlıq hissəsinə aid olmuşdur. Belə olduğu təqdirdə isə icra sənədi üzrə tələbkara ödənilməli olan məbləğ ekspert rəyində qeyd olunduğu kimi 11910,5 manat deyil, 13058,5 manat təşkil edir (350-200=150 x 14% =21 manat x 41 ay = 861manat, 350 x 3%=10,5 manat x 41=430,05 manat, 861+430,05=1291,5 manat, 350-31,5=318,5 x 41=13058,5 manat). Həmçinin, əmək məzuniyyətinə görə hesablanmalı olan kompensasiya məbləği 1175,06 manat məbləğində müəyyən edilmişdir ki, belə olduğu təqdirdə tələbkara ödənilməli olan məbləğin 14233,56 manat olması (13058,5+1175,06=14233,56) müəyyən edilir. İşin mübahisəsiz halı kimi isə 9350 manat dəyərində əmlak və 826,77 manat pulun icra sənədinin icrası ilə əlaqədar olaraq tələbkara verilmişdir. Belə olduğu təqdirdə icra məmuru tərəfindən hesablanaraq borcludan tələb olunan 12101.60 manat borcun 8044,81 manatı əsassız hesab olunur (14233,56-9350-826,77=4056,79 manat, 12101,6- 4056,79=8044,81 manat). Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 8(031)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(031)-1/2024 nömrəli qərardadı dəyişdirilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı icra sənədi üzrə Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8044,81 manatı əsassız hesab edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraatda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 8(031)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(031)-1/2024 nömrəli qərardadı dəyişdirilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-906/2017 saylı icra sənədi üzrə Cavabdeh tərəfindən hesablanmış 12101.60 manat (on iki min yüz bir manat, 60 qəpik) borcun 8044,81 manatı (səkkiz min qırx dörd manat, 81 qəpik) əsassız hesab edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-249/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-249/2025
27.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver