Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-25/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdeh X7 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-138/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X10 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-138/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X5 əmlaka dəyən zərərin əvəzi olaraq 9505,00 (doqquz min beş yüz beş) manat pul alınaraq iddiaçı Tələbkar verilməlidir. X3 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-138/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hər ay hissə-hissə olmaqla 200 manat ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X6 Mərkəzi publik hüquqi şəxsin Stomatologiya bölməsində həkim stomatoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 432 manatdır. Aylıq əmək haqqından əlavə onun başqa gəlir mənbəyi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, dayandırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Göründüyü kimi qətnamənin hissə-hissə icra edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin X3 qətnamənin hissə-hissə icra edilməsi məsələsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3., 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ X2 ərizəsi rədd edilsin və ərizəçinin bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüquq istisna deyil. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-25/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-25/2023
01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver