Məhkəmə qərarları › İş №8(105)-25/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-25/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-25/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Quba Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayəti üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-362/2024 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədinin geri qaytarılması barədə 24 oktyabr 2024-cü il tarixdə qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən borcludan BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 130 (bir yüz otuz) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Quba rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, ondan sonra icra məmuru Rauf Quliyev tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədini 24 oktyabr 2024-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədini 24 oktyabr 2024-cü il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Quba rayon İcra və probasiya Şöbəsinin 8İ-450 saylı, 12.01,2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsinin xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-362/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır (hakim Aydın Babayev). Həmin qərardaddan narazı qalan tələbkar BOKT "xxxx" MMC şikayət verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(027)-362/2024 nömrəli qərardadının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Hətta icra məmuru qəbul etmiş qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin qaytarılması haqqında qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. İkincisi, borcludan tutulmalı olan məbləğin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, 10 ay müddətində icra məmuru tərəfindən həmin məbləğin (orta hesabla ayda 13 manat) heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Borclunun hansı üzrlü səbəbdən icra tələbini təmin etməməsi müəyyən edilməmişdir. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Göründüyü kimi müvafiq qərarıqəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Beləliklə,Quba Rayon Məhkəməsinin 8(027)-362/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməsi, icra işi üzrə icra hərəkətlərini davam etdirilməsi xahiş olunmuşdur Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-362/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarında olan Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra qeydinə əsasən, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X3 "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X5 Məsuliyyətli Cəmiyyəti/VÖEN.********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu müddət üçun vaxtında ödənilməmiş 57,50 (əlli yeddi manat əlli qəpik) manat tutulmalı, Borclu 47,50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu, (haqq) olmaqla, cəmi 130 (yüz otuz) manat pul tutulması qeyd edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədinə əsasən Borclu cəmi 130 manat məbləğində borc alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. İcra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra işi açılmışdır. Eyni zamanda borclulara “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bununla bağlı borcluların və onların birgə mülkiyyətdə olan tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərini müəyyən etmək uçun müvafiq orqanlara sorğular verilmiş, o cümlədən əmlakına baxış keçirilmişdir. Lakın görülmüş tədbirlər nəticə verməmişdir. İcra sənədinin icrası istiqamətində, müxtəlif icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-362/2024 nömrəli qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Belə ki, icra sənədinə əsasən cəmi 130 manat məbləğində pul vəsaiti borcludan alınaraq tələbkara ödənilməldiir. İcra sənədinin qaytarılması barədə qərarda qeyd edilmişdir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra işi açılmış və tələbin könüllü icrası barədə borcluya məlumat verilmiş, eyni zamanda borclunun əmlak və gəlirlərini müəyyən emtək üçün müvafiq orqanlara sorğular verilmiş, o cümlədən əmlaklarına baxışlar keçirilmişdir, lakin görülmüş tədbirlər nəticə verməmişdir. Sözügedən qərardan görünür ki, icra məmuru icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarmışdır. Həmin maddənin məzmununa görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, göründüyü kimi icra sənədi tam icra olunmamışdır, həm də tələb olunan məbləğ icrası mümkün, icra tədbirlərinin davam etdirilməsi zərurəti yaradan məbləğdir. Belə ki, icra sənədindən aydın olur ki, borcludan 130 manat məbləğində pul vəsaiti tutularaq tələbkara ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-362/2024 nömrəli qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-362/2024 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-23531 saylı icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar