Məhkəmə qərarları › İş №8(105)-250/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-250/2021

06.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-250/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı icra sənədi üzrə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 (icra sənədinin məhkəməyə qaytarılması barədə) qərarından dair Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi üzrə tələbkar X1 rayon İcra Şöbəsinin icra məmuru X3 18.11.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə qaytarılması barədə 27 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət ətizəsi təmin edilmiş, Quba Rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Quba Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi üzrə 27 sentyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır (hakim İlqar Məmmədov). Qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2021-ci il tarixli, 8(105)-250/2021 saylı qərardadı ilə qərardaddan verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 05 noyabr 2021-ci il tarixli məktubu ilə iş materialları Borclu tərəfindən verilmiş şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən AR Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün mülki iş Quba rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normasının tələblərinə əməl etməyərək, şikayətə özü baxmamış, Mülki Prosessual Məcəllənin 269-cu maddəsi əsasında şikayətə qiymət vermədən baxılması üçün birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Borclu Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətə birinci instansiya məhkəməsi baxmadığından, borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2021-ci il tarixli, 8(105)-250/2021 saylı qərardadı ləğv edilməli və iş həmin qərardaddan verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 366.2, 366.4, 402-406-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 19.11.2021-ci il tarixli, 8(105)-250/2021 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə uyğun olaraq baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar