Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-251/2025 22.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Tələbkar iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi rayon icra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-184/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. Qətnamə əsasında 05 noyabr 2025-ci il tarixli icra vərəqəsi verilmiş və icra sənədi icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsi xx.xx.2025-ci il tarixli təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar izahatında bildirdi ki, icra sənədi üzrə borc məbləği tam olaraq ona ödənilməmişdir. İcra məmuru tərəfindən ona borclunun borcunu hissə-hissə ödəməyə imkanı çatdığı bildirilmiş, o, isə bununla razılaşmamışdır. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə hazırkı təqdimatın təmin edilməsi məsələsini isə məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, iş üzrə Borclu və təqdimatı verən orqan Nəsimi rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş təqdimatı iş materialları ilə birlikdə təhlil edərək belə qənaətə gəlir ki, hazırkı təqdimat geri qaytarılmalı və təqdimat verən orqana eyni məzmunlu təqdimatla müvafiq birinci instansiya məhkəməsinə müraciət hüququ izah edilməlidir. Məhkəmə kollegiyası mövqeyini aşağıdakı şəkildə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumataxtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra – icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. İstinad olunan maddi və prosessual hüquq normalarından, habelə Plenumun qeyd edilmiş mövqeyindən aydın olur ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimata birinci instansiya məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı qərardaddan kassasiya şikayəti hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Göründüyü kimi icra məmurunun borclunun ölkədən getmək hüququun məhdudlaşdırılması haqqında təqdimata apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən baxılır. Lakin icra qurumu hazırkı təqdimatla birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi rayon icra şöbəsinin təqdimatı geri qaytarılsın. Təqdimat verən orqana eyni məzmunlu təqdimatla aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-251/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-251/2025
22.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver