Məhkəmə qərarları › İş №8(105)-252/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-252/2025

08.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-252/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (borclu) X4 Maraqlı şəxsnə qarşı iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Ərizəçi (borclu) X6 iştirakı ilə, Ərizəçi (borclu) X4 Maraqlı şəxs icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən, ərizəçinin sahibliyində və istifadəsində olan daşla hasarlanmış sahəsi 0.2263 sot torpaq sahəsi ilə bağlı hissədən Sumqayıt Apellyasiya Mahkəməsinin Maraqlı şəxs icra məmuru Kənan Abdullayev Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)- 1691/2015, xx.xx.2015-ci il tarixli qətnaməsini icra edən icra məmuru Kənan Abdullayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə ərizəçinin borclu siyahısından çıxarılmağı barədə icra məmurunun üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Mahkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Abşeron rayonu, Masazır Bələdiyyəsinə cavabdehlər X3 və X7 qarşı Azərbaycan Respublikasi DT və XK-nin Abşeron Rayon Şöbəsinin tərtib etdiyi DT və XK-nin Abşeron Rayon Şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş “Yerquruluşu planından çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron Rayon Şöbəsinin həvalə olunması habelə F.Həsənova verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-ın Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamə F.K.Həsənovun Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinə bitişik 0.2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması, F.Həsənovun ailə üzvləri ilə birlikdə 0.2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə Bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır Bələdiyyəsinin iddiasının bu hissədə təmin olunmaması, mübahisəli torpaq sahəsinə bitişik, özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28.55 metr olan torpaq sahəsinin Masazır bələdiyyəsinə qaytarılması qət edilmişdir. Sumqayıt Apelliyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş kassaya şikayəti AR Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə təmin edilməmiş və bu məhkəmə aktı dəyişdirilmədən 2015-ci il tarixdən qüvvəsində saxlanılmışdır. Sumqayıt Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsinin Dövlət Reyster Xidmətinin 04 saylı Ərazi İdarəsi tərəfindən, həmçinin Maraqlı şəxs tərəfindən izahat verilməsi barədə ərizəsinə cavabda bildirir ki, sözügedən qətnamə aydındır və əlavə şərh edilməyə zərurət qalmır. Son nəticədə Sumqayıt Apelliyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə mümkünsüz hesab edilmişdir. Sonsuz, mümkünsüz qərarı çıxarılmış olduğu zamana qədər Maraqlı şəxs 2015-ci ildən bu günə kimi 3 dəfə də mümükünsüz qərar qəbul edilmişdir. Maraqlı şəxsnə ünvanlaşmış ərizəsində mülki işin mübahisəsiz halı olaraq, Sumqayıt Apelliyasiya Məhkəməsinin qanuni qüvvəsini minmiş qətnaməsi ilə sahibliyində saxlanılmış maliyyə xərcləri ilə hasara alınmış və ev tikilmiş, hazırda istifadəçisi olduğu 0.2263 sot ölçüdə olan həyətyanı təyinatlı torpaq sahəsinə aid hər hansı bir sahiblikdən geri alınma ölçülərinin dəyişdirilməsi və ya məcburi alınmasının əksi olaraq məlum məhkəmə aktında həmin sahənin ərizəçinin sahibliyində saxlanılması barədə məcburi göstərişlər vardır. Belə ki, 1993-cü ildən hələ Bələdiyyə yaranmamışa qədər həmin mübahisələndirilmiş 0.2263 sot ölçüdə olan həyətyani təyinatlı torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olaraq üzərində borc öhdəliyi yoxdur. Həmin torpaq sahəsinin ərizəçinin mülkiyyətində olması ilə bağlı 2010-cu ildə Ali Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi də vardır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən, hazırda ərizəçinin sahibliyində və istifadəsində olan 0.2263 sot ölçüdə olan həyətyanı təyinatlı torpaq sahəsinə münasibətdə sahiblik və istifadə hüququ məhkəmə qaydasında tanındığı üçün həmin hissədə icra başa çatmış hesab edilməlidir, iddia hüququ olmayan, subyektiv hüquqa malik olmayan işdə tərəf olmuş ilkin iddiaçı fıziki şəxsin verdiyi ərizəsi əsasında 2011-ci ildən qanuni sahibliyində olah torpağı üzərinə qoyulmuş həbs və qadağalar götürülməli və iddianın həmin təmini tədbirləri qüvvədən düşmüş hesab edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin həmin torpaq sahəsinin qanuni istifadə və sahiblik hüququn tanındığı üçün torpaq sahəsi üzərində həbsin götürülməsi ilə bağlı tam hüquqi əsaslar vardır, istinad edilən torpaq sahəsinə münasibətdə hər hansı borc öhdəlikləri olmadığı üçün həmin hissədə qətnamənin icrasına xitam verilməlidir. AR İPM-nın 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıyəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr baxır. AR İPM-nın 33.1-ci maddəsində yazılır ki, iddiaçı məcburetmə haqqında iddia vasitəsi ilə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu barədə məhkəməyə iddia verə bilər. Belə ki, Maraqlı şəxsnə yuxarıda qeyd edilən ərizəçinin qanuni sahibliyində olan ümumi sahəsi 0.2263 sot olan həyət sahəsinə münasibətdə icra işinə xitam verilməsini və üzrərindən həbsin götürülməsi barədə qərar verilməsinə aid yazılı müraciətini cavabsız qoymuşdur. Odur ki, şikayətin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Şuşa Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər X3 və X7 qarşı Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş “yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə olunması, habelə F.Həsənova verilmiş MH seriyalı, ******* saylı, reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-nin Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin F.K.Həsənovun Masazır kəndi, ünvan 1 ünvanda yerləşən, 0.10 ha torpaq sahəsinə bitişik 0.2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması, F.Həsənovun ailə üzvləri ilə birlikdə 0.2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, evinin 28.55 metr olan torpaq sahəsinin Masazır bələdiyyəsinə qaytarılması, cavabdeh X4 apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir.

4. Həmçinin sözügedən icra vərəqəsi üzrə tələbkar qismində Abşeron rayon Masazır Bələdiyyəsi, borclular qismində X11 və X5 qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) ərizəçi (borclu) X4 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.

6. xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) X1 Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(012)-644/2025 saylı qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilərək ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, ərizəçi (borclu) X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-644/2025 saylı qərardadından verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 yanvar 2026-cı il tarixli, 8(105)-252/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadından ərizəçi (borclu) X11 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

9. Ərizəçi (tələbkar) X11 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci tarixli şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürən 3-cü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər X3 və X16 Maraqlı şəxs icra məmuru oğluna qarşı AR DT və XK-nin Abşeron Rayon Şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş yerqurluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT XK-nın Abşeron Rayon Şöbəsinə həvalə edilməsi, habelə F.Həsənova verilmiş MH seriyalı ******* saylı reyestrdən çıxarışa düzəliş edilməsi DƏDRX-nin Abşeron Ərazi İBdarəsinə həvalə olunması barədə iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, F.K,Həsənovun Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinə bitişik 0.2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, F.Həsənovun ailə üzvləri ilə birlikdə 0.2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır Bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28.55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsinin Dövlət Reyestr Xidmətinin 04 saylı Ərazi İdarəsi tərəfindən, həmçinin Maraqlı şəxs tərəfindən izahat verilməsi barədə ərizəsinə cavabda bildirir ki, sözügedən qətnamə aydındır və əlavə şərh edilməyə zərurət qalmır. Son nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə mümkünsüz hesab edilmişdir. Sonsuz, mümkünsüz qərarı çıxarılmış olduğu zamana qədər Maraqlı şəxs 2015-ci ildən bu günə kimi 3 dəfə də mümükünsüz qərar qəbul edilmişdir. Maraqlı şəxsnə ünvanladığı ərizəsində mülki işin mübahisəsiz halı olaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini minmiş qətnaməsi ilə sahibliyində saxlanılmış maliyyə xərcləri ilə hasara alınmış və ev tikilmiş, hazırda istifadəçisi olduğu 0.2263 sot ölçüdə olan həyətyanı təyinatlı torpaq sahəsinə aid hər hansı bir sahiblikdən geri alınma ölçülərinin dəyişdirilməsi və ya məcburi alınmasının əksi olaraq məlum məhkəmə aktında həmin sahənin onun sahibliyində saxlanılması barədə məcburi göstərişlər vardır. Belə ki, 1993-cü ildən hələ Bələdiyyə yaranmamışa qədər həmin mübahisələndirilmiş 0.2263 sot ölçüdə olan həyətyanı təyinatlı torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olaraq üzərində borc öhdəliyi yoxdur. Həmin torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı 2010-cu ildə Ali Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi də vardır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən, hazırda iddiaçının sahibliyində və istifadəsində olan 0.2263 sot ölçüdə olan həyətyanı təyinatlı torpaq sahəsinə münasibətdə sahiblik və istifadə hüququ məhkəmə qaydasında tanındığı üçün həmin hissədə icra başa çatmış hesab edilməlidir, iddia hüququ olmayan, subyektiv hüquqa malik olmayan işdə tərəf olmuş ilkin iddiaçı fiziki şəxsin verdiyi ərizəsi əsasında 2011-ci ildən qanuni sahibliyində olah torpağı üzərinə qoyulmuş həbs və qadağalar götürülməli və iddianın həmin təmini tədbirləri qüvvədən düşmüş hesab edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin həmin torpaq sahəsinin qanuni istifadə və sahiblik hüququn tanındığı üçün torpaq sahəsi üzərində həbsin götürülməsi ilə bağlı tam hüquqi əsaslar vardır, istinad edilən torpaq sahəsinə münasibətdə hər hansı borc öhdəlikləri olmadığı üçün həmin hissədə qətnamənin icrasına xitam verilməlidir. AR İPM-nın 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr baxır. AR İPM-nın 33.1-ci maddəsində yazılır ki, iddiaçı məcburetmə haqqında iddia vasitəsi ilə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu barədə məhkəməyə iddia verə bilər. Belə ki, Maraqlı şəxsnə yuxarıda qeyd edilən onun qanuni sahibliyində olan ümumi sahəsi 0.2263 sot olan həyət sahəsinə münasibətdə icra işinə xitam verilməsini və üzərindən həbsin götürülməsi barədə qərar verilməsinə aid yazılı müraciətini cavabsız qoymuşdur. Məhkəmədən şikayətinin təmin olunması barədə qərardad qəbul etməsini xahiş etmiş, lakin 1-ci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi bu fikrimə münasibət bildirməmiş, çıxarmış olduğu qərardadda heç bir hüquq normalarına söykənmədən yalnız icra məmurunun qanunla necə hərəkət etməsini və ona aid qanunları sadalamaqdan başqa bir səbəb göstərməmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Ərizəçi (borclu) X10 şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

12. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmə qərarları və onların icrası I.Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

15. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə borclu qismində göstərilmişdir. Ərizəçi isə mübahisəli torpaq sahəsinin Ali Məhkəmənin 2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun mülkiyyətində olmasını və torpağa dair borc öhdəliyinin olmamasını irəli sürərək icra sənədi üzrə ərizəçinin borclu siyahısından çıxarılmağı barədə icra məmurunun üzərinə öhdəlik qoyulması və icra məmuru Kənan Abdullayevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizəçi (borclu) X4 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.

20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən müəyyən olunduğu kimi, icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi, icra məmurunun qanunda nəzərdə tutulmuş vəzifələrinin dairəsinə daxildir. Hazırki şalda ərizəçinin verdiyi şikayət mahiyyət etibarilə onun borclu qismindən azad edilməsi (çıxarılması) tələbidir ki, həmin tələb icra məmurunun səlahiyyətləri dairəsinə aid deyildir və qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmiş icra vərəqində borclu kimi müəyyən edilmişdir. Burada icra məmurunun hərəkət və hərəkətsizliyi barədə hər hansı hallar aşkar edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Abşeron Rayonu İcra və probasiya şöbəsinin icra məmuru Abdullayev Kənan Vladimir oğlunun icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət əsassız hesab edilərək təmin edilməməlidir.

21. Məhkəmə qərardadı ilə razılaşmayan ərizəçi (tələbkar) X11 şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

22. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi (tələbkar) X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 8(012)-644/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar