Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-254/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 8(060)-1160/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2275/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2019- cu il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə indeksasiya edilərək müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir.Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2275/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2073/2022 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1096/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Borclu vəkilə ödənilmiş xidmət haqqı 300 (üç yüz) manat alınaraq iddiaçı Tələbkar verilməsi, cavabdeh Borclu apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.Bildirmək istəyir ki, hazırda övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, uşağın böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün uşağa 200 manat aliment kifayət etmir. Borclu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, 25 avqust 2023-cü il tarixdən hal-hazıra kimi fərdi sahibkar X4 məxsus Abşeron Gənclər Şəhərciyində yerləşən "Şans Market"-də satıcı işləyir. Aylıq vəzifə maaşı cəmi 400 (dörd yüz) manat təşkil edir. Digər bir yerdən qazancı yoxdur. Birinci nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsindədir. Tələbkarla ailə münasibətləri pozulduqdan sonra yenidən qeyri-rəsmi nikaha girmişdir. Həmin qeyri-rəsmi nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Uşağının azyaşlı olması səbəbindən həyat yoldaşı işləyə bilmir. Bir daha bildirir ki, onun aylıq əmək haqqısı cəmi 400 (dörd yüz) manat təşkil edir və maddi durumunda heç bir dəyişiklik olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır (hakim Aynur Behbudova). Borclu xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadından eyniməzmunlu şikayətlər və buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü Eyvazov Murad yanət oğlunun saxlanılması üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bildirir ki, bu iş üzrə qəbul olunmuş qərardadı elektron məhkəmədən 22 noyabr 2025-ci ildə əldə etmişdir. Bu səbəbdən də qərardaddan şikayət ərizəsi vermək qanunda nəzərdə tutulan 10 gün müddəti üzürlü səbəbdən buraxmışdır. Şikayətin əsaslarına görə Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. O, bu iş üzrə qəbul olunmuş qərardadddan narazıdır. Qərardad MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 14.1,386.1, 389.1, 390.1 və 399.1-ci maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bildirir ki, o, 25 avqust 2023-cü il tarixdən hal-hazıra kimi fərdi sahibkar X4 məxsus Abşeron Gənclər Şəhərciyində yerləşən “Şans Market”-də satıcı işləyir. Aylıq vəzifə maaşı cəmi 400 (dörd yüz) manat təşkil edir. Digər bir yerdən qazancı yoxdur. Birinci nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsindədir. Tələbkarla ailə münasibətləri pozulduqdan sonra yenidən qeyri-rəsmi nikaha girmişdir. Həmin qeyri-rəsmi nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Uşağının azyaşlı olması səbəbindən həyat yoldaşı işləyə bilmir. Bir daha bildirir ki, onun aylıq əmək haqqı cəmi 400 (dörd yüz) manat təşkil edir və maddi durumunda heç bir dəyişiklik olmamışdır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 8(060)-1160/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadında yol verilmiş yanlışlığın aradan qaldırılması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadının “qərara aldı” hissəsinin ikinci bəndinin aşağıdakı kimi oxunması “xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun” qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 8(060)-1160/2025 nömrəli qərardadı ilə Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 1160/2025 saylı qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsinə dair xx.xx.2025-ci il tarixli ərizəsinin təmin edilməməsi, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1160/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2025-ci il tarixli, 8(105)-254/2025 nömrəli qərardadı ilə şikayətin apellyasiya qaydasında yazılı icraatda baxılmasının mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2275/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2073/2022 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. xx.xx.2024-cü il tarixdə, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixdə Azərbaycan Respublikasında “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Prezidentin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 200 manat (qətnamə tutulan alimentin məbləği (1 uşaq üçün)) : 345 manat (2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,58. Göründüyü kimi, 200 manat 345 manatın 0,58 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,58 misli həddində indeksasiya edilməlidir. 14. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır.
15. İş materiallarından görünür ki, tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. 16. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Kollegiya həmçinin izah edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 8(060)-1160/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.