Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-256/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və X7 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (tələbkar) X3 icra sənədinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)- 591/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi (tələbkar) X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1137/2016 saylı icra sənədinə əsasən Borclu 35155 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq X4 verilməsi qərara alınmışdır. X1 ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1137/2016 saylı icra vərəqəsi üzrə Borclu tərəfindən ona ödənilməli olan 35155 manat məbləğində pul və 30 manat dövlət rüsumunun məbləğinin indeksasiya edilərək Borclu onun xeyrinə əlavə olaraq 10000 manat məbləğində pulun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Habil Əhmədov) icra sənədinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə X6 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. X1 Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək qərardadın ləğv edilməsi, pul məbləğinin indeksasiyası barədə ərizənin təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1137/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas, 35155 manat məbləğin indeksləşdirilərək 2016-cı ilin mart ayından 2025-ci ilin sentyabr ayınadək 177,3 faiz artımının (35155 AZN x 177,3% = 62329,815) nəzərə alaraq, cəmi 97484,815 manat məbləğində indeksləşdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Elman Məmmədov) Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət forma və məzmuna riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. X1 xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından yenidən şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə qərardaddan verilmiş şikayətə baxılması üçün iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş və işə yazılı icraat qaydasında baxılması Sumqayıt Apellyasiya Məhkəməsinin binasına xx.xx.2026-cı il tarixinə təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətə baxılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 8(012)- 591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış, bundan sonra ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən həmin qərardaddan şikayət verilmiş, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti baxılması üçün apellaysiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir Qanunvericilik normasından da göründüyü kimi məhkəmə qərardadından verilmiş şikayətə qərardadı qəbul etmiş məhkəmə tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə yenidən verilmiş şikayətə baxmadan, şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)- 591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılaraq münasibət bildirilməli olduğundan iş apellaysiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-591/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verilmiş şikayətə Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-256/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-256/2025
13.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver