Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-26/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Ərizəçi-borclu X10 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin bərabər hissələrə bölünməklə hissəhissə icra edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-609/2023 nömrəli qərardadından X12 James tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi üzrə verilən həmin tarixli və nömrəli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə Aulova Sabina X1rşı müqvilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, X8 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 (altmış altı min beş yüz) ABŞ dolları əsas məbləğ, 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun tutularaq X9 verilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi və qarşılıqlı iddia tələbinə aid hissələrdə ləğv edilmiş, ilkin iddiaçı X5 ilkin iddia üzrə cavabdeh X7rşı gecikdirilməyə görə faizin ödənilməsi hissəsində ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddiaçı X4rşılıqlı iddia üzrə cavabdeh X3rşı xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi bardə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən, cavabdeh X10 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında olan mübahisələr üzrə yekun məhkəmə aktı 25 oktyabr 2022-ci il tarixdə qüvvəyə minmiş, 09 dekabr 2022-ci il tarixdə Məhkəmə Kollegiyası tərəfindən icra vərəqəsi verilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarına uyğun olaraq, ona, yəni X11 10 gün müddətində könüllü olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli qətnaməsində qət olunan məbləğlərin X9 ödənilməsini təmin etməsi təklif olunmuşdur. Ərizəçi-X12 James ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin bərabər hissələrə bölünməklə hissə-hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Kanada Respublikasının vətəndaşı olmaqla, əsas qeydiyyatda olduğu, daimi yaşayış və daimi iş yeri Böyük Britaniya və X6 Krallığının London şəhəridir. Neftin çıxarılması və emalı sahəsində xüsusi biliyə malik olan mütəxəssis kimi əvvəlcədən tərtib olunan və razılaşdırılan qaydalara və qrafıklərə uyğun olaraq Azərbaycanda və digər ölkələrdə neft emalı sahəsi ilə məşğul olan şəxslərə işçilərə xüsusi təlimlər və praktik məşğələlər keçir. Tələbkar X9 ilə aralarında ailə münasibətləri olması və ailə münasibətlərinə xitam verilməsi faktdır. Digər ölkələrə olan ezamiyyətlərini London şəhərində yerləşən əsas iş yeri ilə razılaşdırılmaqla, əvvəlcədən tənzimləməklə müvəqqəti olaraq Azərbaycanda yaşamaq qərarına gəlmiş və hazırda da Azərbaycanda yaşayır, amma məlum məhdudlaşdırma səbəblərinə görə Azərbaycanı tərk edə və işini davam etdirə bilmir. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)-144/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli icra vərəqəsinə əsasən icra sənədi tərəfindən icra olunmadığı üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudulaşdırılmışdır. Həmin qərardaddan şikayət vermişdir. Məhdudlaşdırma ilə bağlı əsas iş yeri olan Böyük Britaniya və X6 Krallığının London şəhərində əmək fəaliyyətini davam etdirə bilmədiyindən, məhz bu səbəbdən məhkəmə qərarı ilə qət olunan məbləği bir dəfəyə tam məbləğdə ödəyə bilmir. Qüvvədə olan qətnamənin, icra vərəqəsinin və icraata başlamaq haqqında qərarın tələbinə uyğun olaraq icranı təmin etməklə bağlı yaxın tanıdığı insanların köməkliyi ilə ABŞ dollarının manatla məzənnəsinə uyğun olaraq (məzənnə 1 ABŞ dolları-1,70 manat) 11 oktyabr 2023-cü il tarixdə 5000 (beş min) ABŞ dolları- 8485 (səkkiz min dörd yüz səksən beş) manat, 01 noyabr 2023-cü il tarixdə 2500 (iki min beş yüz) ABŞ dolları- 4250 (dörd min iki yüz əlli) manat və 07 noyabr 2023-cü il tarixdə 8815 (səkkiz min səkkiz yüz on beş) ABŞ dolları- 14960 (on dörd min doqquz yüz altmış) manat məbləğlərində ödəniş edilmişdir. 20 manat dövlət rüsumunu da ödəmişdir. Ümumilikdə, 16315 (on altı min üç yüz on beş) ABŞ dolları məbləğində pul tərəfindən tələbkara ödənilmişdir. İmkan olduqca ödənişləri mütamadi qaydada daha tez müddətdə icra edəcəkdir. O, iddiaçı-tələbkar X9 daha 50185 (əlli min bir yüz səksən beş) ABŞ dolları məbləğində pul ödəməlidir, bu ödəniş məbləğini qəbul edir, həmin məbləği 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə hissə-hissə hər ay 50185 (əlli min yüz səksən beş) ABŞ dolları, 12 (on iki) ay = 4183 (dörd min yüz səksən üç) ABŞ dolları 4183 (dörd min bir yüz səksən üç) ABŞ dolları məbləğində pulun ödənilməsini təmin edəcəyinə, bununla o, bir borclu kimi tələbkar və məhkəmə qarşısında öhdəlik götürür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-609/2023 nömrəli qərardadı ilə borclu X10 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin bərabər hissələrə bölünməklə hissəhissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. X12 James Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-609/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və ərizəsinin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə onun ərizəsini rədd edərkən maddi və prosessual normaların tələblərini pozmuş və qanunsuz nəticəyə gəlmişdir. İşin faktiki halları və qanunvericilik normaları onun ərizəsinin təmin edilməsi üçün kifayət etsə də, məhkəmə əsassız olaraq onun ərizəsini təmin etməmişdir. Buna görə də qərardad ləğv olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-609/2023 nömrəli qərardadı ilə ərizəçi-borclu X10 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin bərabər hissələrə bölünməklə hissə-hissə icra edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-609/2023 nömrəli qərardadından X12 James tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmiş və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına əngəl törədən və X12 James üçün əlverişsiz olan hallar öz təsdiqini tapmamış və məhkəmə borclunun ərizəsində istinad etdiyi halları qətnamənin hissə-hissə icrası üçün müstəsna hal kimi qəbul etməməklə yanaşı, tələbkarın mənafeyini nəzərə alaraq ərizənin rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin, qeyd etmişdir ki, icra sənədinin hissə-hissə icra edilməsi barədə tələbkarın razılığının olmaması və icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın icra müddətini uzun müddət ərzində gözləyəcəyi ilə nəticələnəcəyindən ərizə əsassızdır. Borclunun şikayətində göstərdiyi dəlillər mahiyyətcə düzgün qərardadın ləğvi edilməsinə əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası ərizəyə və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X12 James tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-609/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-26/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-26/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver