Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-262/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İcra sənədi üzrə icraatın dayandırılması barədə icra məmurunun təqdimatına dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 8(074)-109/2019 saylı qərardadından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli, 2(074)-760/2013 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 30 sentyabr 2013-cü il tarixdən başlayaraq 15 iyun 2009-cu il tarixdə doğulmuş X3, 10 oktybr 2010-cu il tarixdə doulmuş X1 və 02 fevral 2012-ci il tarixdə doğulmuş X2 adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləində aliment alınaraq iddiaçı Tələbkar verilməlidir. İş üzrə icra vərəqəsi verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 31 iyul 2019-cui il tarixli 8(074)-109/2019 saylı qərardadı ilə həmin məhkəmənin 30 oktyabr 2013-cü il tarixli, 2(074)-760/2013 saylı icra vərəqəsinin icrası dayandırılmışdır. Tələbkar tərəfindən verilmiş müddətin bərpasına dair ərizə və şikayət 05 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, Tələbkar itirilmiş müddətin bərpa olunmasını və şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 8(074)-109/2019 saylı qərardadı ilə iş üzrə Tələbkar tərəfindən Şamaxı Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 8(109)-2019 saylı qərardadından verilmiş şikayətin verilmə müddətinin bərpa edilməsi barədə ərizəsi təmin olunmamışdır. Tələbkar həmin qərardaddan şikayət vermiş, Şamaxı Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 8(074)-109/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və ona baxılması üçün iş materialları yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qərardaddan verilmiş şikayət hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yenə həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Tələbkar Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 8(074)-109/2019 saylı qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 8(074)-109/2019 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Tələbkar tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apelyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İcra sənədi üzrə icraatın dayandırılması barədə icra məmurunun təqdimatına dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 8(074)-109/2019 saylı qərardadından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-262/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-262/2021
29.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver