Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-267/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 8(012)- 713/2021 saylı qərardadından verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadından borclunun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasına baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) Borclu Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 8(012)- 713/2012 saylı qərardadından vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)-1040/2020 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 11000 ABŞ dolları manat ekvivalenti ilə 18689 manat və 4300 manat manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutulması qət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)-1040/2020 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ərizəçi-Borclu Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)- 1040/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Tələbkar verilməsi qət edilmiş 23019 manat pulun onun tərəfindən ayda 500 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 8(012)-713/2021 saylı qərardadı ilə ərizəçi-Borclu Abşeron Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)- 1040/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi-Borclu həmin qərardaddan 01.11.2021-ci il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Borclu nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, qərardad mülki işin faktiki hallarına görə əsassızdır. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi, qətnamənin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə şikayəti, mülki iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 8(012)-713/2021 saylı qərardadı Borclu iştirakı ilə həmin tarixdə keçirilmiş məhkəmə iclasında rəsmi şəkildə elan edilmişdir. Bu səbəbdən də həmin qərardaddan verilən şikayət müddətinin axımı da məhz həmin andan başlayaraq 10 gün müddətində verilməli olduğu halda, borclu qərardaddan şikayəti 01.11.2021-ci il tarixdə elektron qaydada məhkəməyə ünvanlamış, bununla da şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmçinin, məhkəmə bildirir ki, şikayətin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə qərardaddan şikayət ilə müraciət edilə bilər. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəkəməsi üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Borclu nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Borclu nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 02 noyabr 2021-ci il tarixli, 8(012)- 713/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-267/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-267/2021
27.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver