Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-27/2024 27.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən), X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-614/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Borclu1 MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X3 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər Borclu1 MMC-nin, Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) Nümayəndə3, Borclu1 MMC-nin iştirakçısı Nümayəndə4 və Borclu1 MMC-nin iştirakçısı Nümayəndə5 üzərinə qoyulması qət edilmişdir. X1 vəkili və nümayəndəsi Əzimov X4 rayon İcra şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Maraqlı şəxs rəisi Nümayəndə2 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Maraqlı şəxs rəisi Nümayəndə2 Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətə xx.xx.2024-cü il tarixdə yazılı icraatda baxılması mümkün hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından borclu Nümayəndə3 tərəfindən verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı həm Maraqlı şəxs, həm də borclu Nümayəndə3 tərəfindən mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-614/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından icra sənədinə əsasən Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) Nümayəndə3 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-614/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından borclu Nümayəndə3 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş məhkəmə baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-27/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-27/2024
27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver