Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-28/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X5 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 8(012)-691/2022 nömrəli qərardadından borclu Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılması qərara alınmışdır. Borclu Maraqlı şəxs2 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından borclu Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil2 verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X2 vəkilinümayəndəsi Vəkil1 həmin qərardan şikayət verərək, Bakı Şəhəri Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra vərəqəsi üzrə icraatının davam etdirilməsi haqqında məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 435/2021 saylı 25 may 2021-ci il tarixli icra vərəqəsi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Buna əsas kimi sözügedən qərarda "xxxx" MMC ilə "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) Maraqlı şəxs2 arasında bağlanılmış əmək müqaviləsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2278/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə xitam verilməsi göstərilmişdir. Həmin qərar aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maraqlı şəxs2 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olduğundan onunla əmək müqaviləsinin bağlanılması və ya xitam verilməsi MMC-nin iştirakçılarının (təsisçilərinin) ümumi yığıncağının qərarı əsasında mümkündür. Lakin "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) Maraqlı şəxs2 barəsində belə bir qərar mövcud deyildir. Bundan əlavə, Maraqlı şəxs2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə müvafiq bildiriş həmin elektron informasiya sistemində qeydiyyata alınmamış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməmişdir. Digər tərəfdən, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışda Maraqlı şəxs2 bu günədək "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olduğu təsdiq edilir. Göründüyü kimi, icra məmuru mübahisələndirdikləri qərarı qəbul edərkən yuxarıda qeyd etdikləri qanunvericliyin müvafiq normalarının tələblərini və işin faktiki hallarını nəzərə almamış, kobud pozuntularla qərar qəbul etmişdir. Odur ki, həmin qərarın ləğv edilməsi üçün kifayət qədər əsas mövcuddur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 8(012)- 572/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Qaradağ rayon İcra şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarından verdikləri şikayət təmin edilmiş, Qaradağ rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil2 yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)- 691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılması qərara alınmışdır. Məhkəmə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsinə əsas verən halları tam və hərtərəfli araşdırmamış, formal mülahizələrdən çıxış edərək onu ləğv edilməsi qərarına gəlmişdir. Məhkəmə öz qərarının əsaslandırma hissəsində ‘Maraqlı şəxs2 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olduğundan onunla əmək müqaviləsinin bağlanılması və va xitam verilməsi MMC-nin iştirakçılarının (təsisçilərinin) ümumi yığıncağının qərar əsasında mümkündür” ifadəsini qeyd etsə də, kifayət qədər səy göstərərək həmin mülahizənin nəyə əsaslandığını müəyyən etməyə və öz qərardadında göstərməyə çalışmamışdir. Halbuki, məhkəmə tələbkarın şikayətini qərardada köçürmək əvəzinə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmış olsa idi, yuxarıda qeyd edilən mülahizəsini əsaslandırmaq üçün heç olmasa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə istinad edərdi. Lakin, məhkəmə işə bilavasitə aidiyyəti olmayan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu və 83-cü maddələrini tətbiq etmişdir. Bununla da o, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, tətbiq edilməli olmayan normativ hüquqi aktı isə tətbiq etmişdir. Yuxarıdakıları qeyd etməklə, həmçinin məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş qərarı ilə əmək müqaviləsinə xitam verilmiş, işdən azad edilməsi barədə bildirişin sistemə daxil edilməsi və işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə təqdim edilməsi öhdəliyi "xxxx" MMC-nin təsisçilərinə, o cümlədən təsisçi olan X4 da həvalə edilmişdir (Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il Qərarının və icra vərəqəsinin surəti əlavə edilir).İcranın təmin edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən olan X6 tərəfindən digər təsisçilərə xx.xx.2022-ci il tarixdə bildiriş (bildirişin surəti əlavə edilir) göndərilərək xx.xx.2022-ci il tarixdə təsisçilərin növbədən kənar ümümi yığıncağı keçirilmişdir. "xxxx" MMC-nin təsisçilərinin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmışdır (həmin yığıncağın qərarını məhz hazırkı iş üzrə tələbkar X6 da imza etmişdir). Ümumi yığıncaqda eyni zamanda, həmin qərarın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlə baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi qərara alınmışdır. Əgər məhkəmə kifayət qədər səy göstərib Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixl qərarının qəbul edilməsinə əsas olan sənədlərlə tanış olsaydı, ümumiyyətlə işin hərtəfəli, tam və obyektiv araşdırılmasına istəyi olsaydı hesab edirik ki, məhkəmə çox asan şəkildə bu faktı müəyyən etmiş olardı və icra məmurunun qərarının ləğv edilməsi ilə bağlı düzgün olmayan qərardad qəbul edilməzdi. Göründüyü kimi, yuxarıda sadalanan hallar, istinad edilən sübutlar bir daha sübut edir ki, məhkəmə mübahisəli qərardadı qəbul edərkən icra məmurunun qərarından verilmiş şikayətin hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazım olan tədbirləri həyata keçirməmiş, buna səy göstərməmişdir. Məhkəmə işə bilavasitə aidiyyəti olmayan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu və 83-cü maddələrini tətbiq etmişdir. Bununla da o, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, tətbiq edilməli olmayan normativ hüquqi aktı isə tətbiq etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinir xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş qətnaməsi ilə əmək müqaviləmə xitam verilmiş, işdən azad edilməsi barədə bildirişin sistemə daxil edilməsi və işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlə qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyi "xxxx" MMC-nin təsisçilərinə, o cümlədən təsisçi olan X4 da həvalə edilmişdir. İcranın təmin edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən olan X6 tərəfindən digər təsisçilərə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək xx.xx.2022-ci il tarixdə Təsisçilərin növbədən kənar ümümi yığıncağı keçirilmişdir. "xxxx" MMC-nin təsisçilərinin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmışdır. Ümumi yığıncaqda eyni zamanda, həmin qərarın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlə baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş qətnaməsinin göndərilərək xx.xx.2022-ci il tarixdə təsisçilərin növbədən kənar ümumi yığıncağı keçirilmişdir. "xxxx" MMC-nin təsisçilərinin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmışdır (həmin yığıncağın qərarını məhz hazırkı iş üzrə tələbkar X6 da imza etmişdir). HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini "Magna Trans'' MMC-nin direktoru (qanuni təmsilçisi) Maraqlı şəxs2 barəsində MMC-nin iştirakçılarının (təsisçilərinin) ümumi yığıncağının qərarının mövcud olmasının məhkəmədə müəyyən edilməməsi, sübutların tədqiqatı zamanı Maraqlı şəxs2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə müvafiq bildirişin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsinin də müəyyən edilməməsi ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli və onunla bağlı 27 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməli, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Belə ki, "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X6 Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, qərarın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra vərəqəsi üzrə icraatının davam etdirilməsi haqqında məhkəmə qərardadının qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi şikayəti təmin edərək, icra məmurunun qərarını ləğv edərək icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 əmək müqaviləsinə xitam verilməsi, işdən azad edilməsi barədə bildirişin sistemə daxil edilməsi və işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə təqdim edilməsi öhdəliyi "xxxx" MMC-nin təsisçilərinə, o cümlədən təsisçi olan X4 da həvalə edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə aktının icrasının təmin edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilmiş və ümumi yığıncağın qərarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmış və həmin qərarı tələbkar X6 da imza etmişdir. Eyni zamanda, mövcud qərarın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi qərara alınmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməmiş, zərurət yarandığı halda icra işlərini tələb edib baxış keçirməmiş və tərəflərin bu məsələyə münasibətini ətraflı müzakirə etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi icra məmurunun qərarından verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli və onunla bağlı 27 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Maraqlı şəxs2 şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli və onunla bağlı 27 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilsin. Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarından "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X6 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-28/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-28/2023
22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver