Məhkəmə qərarları › İş №8(105)-28/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-28/2024

11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-28/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, tələbkarın nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,7 kv.metr olan 34 saylı mənzilin açıq hərracda satılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" MMCyə göndərdiyi 17/75 № 650-2V saylı sifarişin qanunsuz hesab olunması barədə icra sənədi üzrə X3 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X3 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ilə Abşeron rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 8(012)-1/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 nömrəli icra vərəqəsinə əsasən, Maraqlı şəxs tərəfindən verilmiş 17/75 №650-2V saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə X3na məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 53.7 kv.m ümumi, 34,0 kv.m əsas, 19,7 kv.m yardımçı sahədən ibarət olan 34 saylı mənzilin açıq hərracda satılması qeyd olunmaqla, açıq hərracın keçirilməsi 11 avqust 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş və “X4”nın nəzdində yaradılmış "xxxx" MMC-də keçiriləcəyi bildirilmişdir. Borclu X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən ümumi sahəsi 53,7 kv.m olan 34 saylı mənzilin açıq hərracda satılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə göndərdiyi 17/75 №650-2V saylı sifarişin, qərar və bildirişin qanunsuz hesab olunması barədə tərəfindən verilmiş şikayət ərizəsi məhkəmənin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 nömrəli icra vərəqəsinə əsasən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 53.7 kv.m ümumi, 34,0 kv.m əsas, 19,7 kv.m yardımçı sahədən ibarət olan 34 saylı mənzil onun xəbəri olmadan Maraqlı şəxs tərəfindən verilmiş 17/75 № 650-2V saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu ilə hərraca çıxarılmış və hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Ona bu barədə heç bir bildiriş göndərilməmiş, məhkəmə qərarı əsasında icra vərəqəsinin icaraya yönəldilməsi barədə onun məlumatı olmamışdır. Hərracın keçirilməsi ilə bağlı qərar və bildiriş ona göndərilərkən, onun bu barədə məlumatı olmuşdur. Hesab edir ki, xüsusi mülkiyyətində olan mənzilin hərraca çıxarılması barədə Maraqlı şəxs "xxxx" MMCyə göndərdiyi xx.xx.2023-cü il tarixli 17/75 №650-2V saylı sifariş məktubu, qərar və bildirişin etibarsız hesab olunması barədə qərar qəbul olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu X2 Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Çünki məhkəmədə ilk öncə qərəzli olaraq çəkişmə prinsiplərinə riayət olunmadan məhkəmə prosesi keçirilmişdir. Ondan əlavə icra qurumu tərəfindən ona tələbin könüllü icra edilməsinə dair rəsmi qərar bildiriş təqdim edilməyib və hər hansı telefonuna SMS bildiriş daxil olmamışdır. Qərardadda qeyd olunmuşdur ki, guya bildirişi əmisi Dilqəm Əmiraslanov imzalayıb. Belə ki, D.Əmiraslanov Tovuz rayonunda yaşayır və ona hərracın yekun nəticələri barədə hərrac tərəfindən məktub göndərilmişdir. Qeyd etmək istəyir ki, onun ünvanı ünvan 2cra məmuru tələbin könüllü icra edilməsinə dair qərar bildirişi onun ünvanına rəsmi qaydada qəsdən bilərəkdən göndərməmişdir. Bu da onu bir daha sübut edir ki, icra sənədi üzrə tələbin könüllü icra edilməsinə dair qərar bildirişi borcluya təqdim etmədən hərraca sifariş məktubu göndərməsi qanunsuz hərəkətdir. Göründüyü kimi məhkəmə sadaladığı halları obyektiv araşdırmamış və qərəzli olaraq qanunsuz qərardad qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən X3 şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən tələbkarın nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli və 13 fevral 2024-cü il tarixli qərardadları ləğv edilməli, şikayətə məhkəmə qaydasında baxılmamalı olması əsası ilə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayət ərizəsinin təmin edilməməsini icra sənədinin icra edilməsini təmin edən məcburi icra tədbirləri icra məmuru tərəfindən yerinə yetirilməsi, tələb vaxtında yerinə yetirilmədiyindən ipoteka predmeti hərraca çıxarılması, bu zaman heç bir qanun pozuntusuna yol verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası X1 Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə göndərdiyi 17/75 № 650-2V saylı sifarişin qanunsuz hesab olunması barədə şikayət ərizəsinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, borclu Elnarə Mikayılovanın mübahisələndirdiyi məsələ sifariş barədə məktubun məlumat üçün borcluya göndərilməməsi ilə bağlıdır. İpoteka haqqında Qanunun 41.1. maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3. maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur. Göründüyü kimi qanunvericilik burada icra sənədi üzrə icraatın tərəfi olan (tələbkar və borclu) şəxslərin qarşılıqlı razılığı əsasında daimi fəaliyyət göstərən ixtisaslaşmış hərrac təşkilatına hərracın keçirilməsi barədə sifarişin verilməsini nəzərdə tutmuşdur. Həmin sifariş məktubunun borcluya göndərilməsi zəruri şərt kimi qeyd edilməmişdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, hər bir fiziki və ya hüquqi şəxsin digər şəxslər tərəfindən hüquqları pozulduğu hallarda və ya bu hüquqların gələcəkdə pozulmasına təhlükə yarandığı və pozulmuş hüququn könüllü olaraq bərpa olunmasından imtina edildiyi hallarda vəzifəli tərəfə qarşı müəyyən müdafiə tədbirlərinin tətbiqi zərurəti yaranır. “Hüququn müdafiə formaları” prosessual xarakterli kateqoriya olmaqla özündə hüquqların müdafiəsi üzrə səlahiyyətli orqanların qanunla müəyyən edilmiş fəaliyyətini ifadə edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hər bir şəxs məhkəməyə onun fikrincə istənilən sənədin, məktubun, aktin, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələr yaradan bu cür hüquqi faktlarla bağlı iddia qaldırdıqda həmin iddia mümkün hesab edilməklə məhkəmədə baxıla bilər. Lakin mövcud tələb iş üzrə borclunun iddia etdiyi sifariş məktubu hüquqi nəticə yaratmadığından, yalnız hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini özündə əks etdirən sənəd olaraq çıxış etdiyindən, məhkəmə tərəfindən “hərrac protokolunun etibarsızlığına” dair tələbə baxılarkən sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmalı olduğundan, həmin sənədin müstəqil şəkildə ayrıca mülki məhkəmə icraat qaydasında baxılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli və onunla bağlı 13 fevral 2024cü il tarixli qərardadları ləğv edilməli, icra məmurunun sifarişin qanunsuz hesab edilməsi barədə şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli və 13 fevral 2024-cü il tarixli qərardadları ləğv edilsin və icra məmurunun sifarişinin qanunsuz hesab edilməsi barədə şikayət üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar