Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-28/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, tələbkar X2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədi üzrə tələbkar X2 Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayətə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-379/2024 nömrəli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədi üzrə tələbkar X4 Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədinə əsasən borclu X3 5000 ABŞ dolları, torpaq sahəsinin hasara alınması üçün çəkilmiş xərc 2030 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınıb ona verilməlidir. Borclu xx.xx.2022-ci il tarixdə idarə etdiyi xarici markalı avtomobillə yaşadığı evə gələrək xarici ölkələrdən avtomobil hissələri gətirməklə dolandığını, hazırdə adına daxil olan avtomobil hissələrinin gəmi ilə Gürcüstan Respublikasının Poti şəhər limanında saxlanıldığını, lakin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəmə qərarının olduğunu bildirərək, Maraqlı şəxsndəki icra sənədinin qaytarılması barədə ərizə verməsini xahiş edərək, qalan borcun avtomobil hissələrinin Azərbaycan Respublikasına gətirdikdən dərhal sonra sataraq və əldə etdiyi vasaitin borcun bağlanılmasına yetərli olmadığı halda idarə etdiyi avtomobili də satıb borcunu bağlayacağına dair öhdəlik götürməsini, ən əsası isə borclunun torpaqlarımız uğrunda gedən döyüşlərdə həlak olan şəhid ailəsi olmasını nəzərə alaraq icra sənədinin məhkəməyə qaytarılması barədə ərizə yazmışdır. Ərizəsində hazırkı günə kimi 2900 (iki min doqquz yüz) manat məbləğində borcun İcra və Probasiya şöbəsi vasitəsi ilə qaytarılmasını və qalan pulun ödənilməsinə razılıq əldə etdiklərini qeyd etmişdir. Lakin borclu Maraqlı şəxs 25.11 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Qərarından sonra iki dəfəyə 400 (dörd yüz və 300 (üç yüz) cəmisi 700 (yeddi yüz) manat məbləğində borcunu nümayəndəsi vasitəsi ilə qaytarsa da qalan borcunu könüllü qaytarmır, aralarındakı razılığı pozub. Ona görə də Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş edir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-379/2024 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) şikayət ərizəsi təmin edilməmişdir. Qərardaddan tələbkar X4 tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin. xx.xx.2025-ci il tarixli, 8(027)-379/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası tələbkar tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar X4 izahatında bildirdi ki, məlumatı olmadığından şikayəti elektron kabinet vasitəsi ilə verməmişdir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.1- 361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər, həmçinin apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Bundan başqa, MPM-in 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsin əsasən isə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, qərardaddan verilmiş şikayət xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Quba Rayon Məhkəməsinə göndərilmiş, şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Birinci instansiya məhkəməsi isə şikayətin prosessual qanunvericiliyin tələbinin pozulması ilə verilməsinə əhəmiyyət vermədən şikayətə baxmış və şikayəti təmin etməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən şikayət qeyri-mümkün hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tələbkar X4 ərizəsində Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş etmiş, həmçinin ərizəyə buraxılmış müddətin bərpasına dair ərizə əlavə edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin qəbul etdiyi qərardaddan görünür ki, məhkəmə müddətin bərpasına dair ərizəni müzairə edərək təmin edilməməsi nəticəsinə gəlsə də, yekunda buna münasibət bildirməməklə yanaşı qərardan verilmiş şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Eyni zamanda iş materialarında olan Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərardan görünür ki, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etmiş, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini geri qaytarmışdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar ərizəsində Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etsə də, tələbkarın ərizəsinin mahiyyətindən görünür ki, onun hüquqi marağı yalnız icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə tələbkarın ərizəsinin mahiyyətinin icra sənədinin təkrarən icraya yönəldilməsi barədə olmasına əhəmiyyət verməmiş, Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən ona ərizənin dəqiqləşdirilməsinə köməklik göstərməmişdir. Hərçənd ki, icra sənədinin geri qaytarılması barədə qərarı ləğv edilmədən də tələbkarın hüquqi marağına müvafiq olaraq, ərizəyə mahiyyəti üzrə baxılması mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayəti MPM-nin 361-363-cü maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-379/2024 nömrəli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-28/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-28/2025
21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver