Məhkəmə qərarları › İş №8(105)-29/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-29/2021

08.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-29/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Tələbkar «xxxx» MMC-nin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi Y.V.Ağazadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) tələbkar “xxxx” LTD MMC-nin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından verdiyi şikayətin geri qaytarılması və tələbkar “xxxx” LTD MMC-yə göstərilən nöqsanı aradan qaldırmaqla aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1536/2018 saylı, xx xxxxx 2018-ci il tarixli icra sənədinə əsasən X1 cəmi 385 manat borc tutularaq tələbkar “xxxx” LTD MMC-yə ödənilməlidir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə “İcra Haqqında Qanun”un 85 və 23.1.3-cü maddələrinə əsasən icra sənədi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar “xxxx” LTD MMC tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 2(067)-1536/2018 saylı, xx xxxxx 2018-ci il tarixli icra sənədi üzrə mövcud olmayan xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından şikayət verilmişdir (şikayətin yuxarı hissəsində xx xxxxxxxx 2020-ci il tarixli qərardan şikayət verildiyi göstərilsə də nəticə hissəsində xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın ləğv edilməsi xahiş olunur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi Y.V.Ağazadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin qərardadına əsasən ərizəyə məhkəmə aidiyəti üzrə Xaçmaz Rayon Məhkəməsində deyil, Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Konstitusiya Məhkəməsi eyni məsələ barəsində müxtəlif vaxtlarda biri-birinə zidd qərarlar qəbul etmiş, sonuncu dəfə isə icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədi vermiş məhkəməyə şikayət verilməli olmasını bildirmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-215/2020 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu B.R.Məmmədov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təstiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1.-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xx xxxxxxxx 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən qətnaməsi qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İPM-nə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2017-ci il tarixli Qərarına əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi eyni məsələ barəsində müxtəlif vaxtlarda bir-birinə zidd qərarlar qəbul etmiş, sonuncu dəfə isə icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməli olmasını bildirmişdir. Göstərənlərə əsasən «İcra edilməmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında» icra məmurunun qərarından verilmiş şikayətə icra sənədini vermiş ümumi məhkəmədə baxmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X2 şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 8(067)-215/2020 saylı qərardadı ləğv edilsin. Tələbkar «xxxx» MMC-nin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə şikayətə mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar