Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-29/2023 03.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və X8 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 icra məmuru X5 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin geri qaytarılması barədə Cavabdeh1 xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair X1nun şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 icra məmuru Gündüz Aslanov tərəfindən tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Cavabdeh1 icra məmuru Gündüz Aslanov tərəfindən xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin geri qaytarılması barədə Cavabdeh1 xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Cavabdeh1 icra məmuru Gündüz Aslanov qeyd edilən qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X6 54500 (əlli dörd min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq X1nun xeyrinə ödənilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən 42700 manat məbləğində pul vəsaitinin tələbkarın xeyrinə ödənilməsi təmin edilmiş, qalan vəsait isə ödənilməmişdir. Həmçinin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə qərarını tamlıqla qərəzli şəkildə təmin etmədiyindən borclunun cinayət məsuliyyətinə cəlb edilməsinə dair icra məmurunun təqdimatı əsasında Ə.Əliyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2302/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə borclunun əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati icraata xitam verilmişdir. Sonrakı dövrdə “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Beləliklə, tələbin icrası ilə bağlı görülmüş bütün tədbirlər müsbət nəticə verməmişdir. CM-nin 8.2-ci maddəsinə (Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz) əsasən borclu Əfsanə Əliyevanın təkrar cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmamışdır. Bundan sonra tərəfindən “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması haqqında qərar qəbul olunmuşdur. İcra haqqında Qanunun 23.1.3-cü maddəsində borclu ilə bağlı və onun əmlakının axtarışı ilə bağlı tədbirlər nəricə vermədikdə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılır. Lakin nəzərdə tutulmuş icra sənədi üzrə 54500 ABŞ dolları məbləğində borcdan 42700 manatı məcburi icra tədbirləri nəticəsində ödətdirilmiş və borclu X12 barəsində mövcud bütün məcburi icra tədbirləri həyata keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 icra məmuru X9 şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, 06.01. 2023-cü il tarixli qərardadının ləğv edilməsi, tərəfindən qəbul olunmuş qərarın qüvvədə saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə müəyyən etmişdir ki icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki, borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Cavabdeh1 X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi “İcra haqqında” Qanunun 23.1-ci və 23.1.3-cü maddələrinə əsasən məhkəməyə geri qaytarılmışdır. Cavabdeh1 icra məmuru Gündüz Aslanovun xx.xx.2022ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)8677/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədi «İcra Haqqında» Azərbayçan Respublikasının Qanununun 23.1-ci və 23.1.3-cü maddələrinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərardan görünür ki, icra sənədi X10 məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlak olmadığından mümkünsüz hesab edilmişdir. «İcra Haqqında» Azərbayçan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Bununla da müəyyən edilir ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə gəlsə də, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki, borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərilən dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-29/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-29/2023
03.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver