Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-29/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli “hərracın keçirilməsi haqqında” sifarişinin qanunsuz hesab edilməsi barədə iş üzrə (Açar sözlər: məhkəmə qaydasında baxılmalı olmayan tələb) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə X1 Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli “hərracın keçirilməsi haqqında” sifarişinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-615/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadından Maraqlı şəxs1 və tələbkar Maraqlı şəxs2 QSC tərəfindən verilmiş şikayətlərə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X4 Maraqlı şəxs1 və "xxxx" MMC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli “hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətini qanunsuz hesab edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin cavabdeh bankla məhkəmə mübahisələrində Bankın əsasız hesablamalar apardığı məhkəmə aktları ilə təsdiqini tapmışdır. Bank tərəfindən kassasiya şikayəti verildiyindən şikayət təmin edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-2905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi verilmiş və həmin icra sənədi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsindən aidiyyəti qaydada Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru onun mülkiyyətində olmuş və ilkin satış qiyməti 148000 manat qiymətləndirilən Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 43A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı "xxxx" MMC-yə hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, 17/75 164934 4N nörməli Sifariş vermişdir.
3. "xxxx" MMC 30 yanvar 2023-cü il tarixli Açıq hərracın keçirilməsinə dair bildiriş tərtib edərək hərracın 24 fevral 2023-cü il tarixində baş tutacağını, əmlakın ilkin satış qiymətini isə 148000 manat müəyyənləşdirmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokolla xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracda iştirak barədə müraciətin daxil olmaması səbəbindən baş tutmadığını qeyd etmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixli Təkrar hərracın keçirilməsinə dair bildiriş tərtib edərək hərracın 14 mart 2023-cü il tarixə təyin edildiyini və satış qiymətinin isə 125800 manat olduğunu qeyd etmişdir. İcra işindən görünür ki, eyni iş üzrə xx.xx.2023-cü il tarixli sifariş məktubundakı məzmunla yenidən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli Hərracın keçirilməsi haqqında Sifariş vermişdir. Bununla yanaşı işin hallarından o da məlum olur ki, "xxxx" MMC 15 fevral 2023-cü il tarixli Açıq hərracın keçirilməsinə dair bildiriş tərtib edərək ilkin hərracın 10 mart 2023-cü il tarixinə təyin edildiyini və əmlakın ilkin satış qiymətinin 148000 manat olduğunu qeyd etmiş və 07 mart 2023-cü il tarixli icraya göndərdiyi məktubla xx.xx.2023-cü il tarixli bildirişdə hərracın təyin edildiyi 10 mart 2023-cü il tarixinin texniki yanlışlıq olduğunu bildirmişdir. "xxxx" MMC Maraqlı şəxs2 QSC-yə ipoteka predmetinin əldə edilməsi barədə 16 mart 2023-cü il tarixli Təkliflə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli ilkin hərrac və xx.xx.2023- cü il tarixli təkrar hərrac baş tutmamış və bu səbəbdən də əmlakı 30 təqvim günü ərzində 94.350 manata əldə edə bilər. Bundan sonra Maraqlı şəxs2 QSC xx.xx.2023-cü il tarixli ərizə ilə icraya müraciət edərək bildirmişdir ki, əmlakın dəyəri Ali Məhkəmənin qərarında 148000 manat yox 145000 manat qət edildiyini nəzərə alaraq hərrac sifarişin dayandırılması xahiş edilmişdir. Maraqlı şəxs1 də xx.xx.2023-cü il tarixli məktubla "xxxx" MMC-yə müraciət edərək xx.xx.2023-cü il tarixli sifariş məktubunu icra etmədən geri qaytarılmasını xahiş etmişdir. "xxxx" MMC də öz növbəsində icraya göndəriyi xx.xx.2023-cü il tarixli məktubu ilə açıq hərracın keçirilməsinin dayandırıldığını bildirmişdir. Onun, bu gedən proseslərdən, yazışmalardan heç bir xəbəri olmamışdır.
4. xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac barədə bildiriş verilsə də, həmin tarixdə hərrac keçirilən yerə yaxınlaşdıqda texniki səhv olduğu qeyd edilmişdir. 14 mart 2023-cü il tarixinə təyin edilmiş hərracı müşahidə edən zaman da bildirilmişdir ki, eyni ilə alıcı olmadığından bu hərrac da baş tutmamışdır. Növbəti prosedurun isə əmlakın tələbkara təklif edilməsi olacağı bildirildiyindən onun haqlı narazılığına səbəb olmuşdur. Belə ki, təşkilatçı nümayəndəsindən hərracın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitəsində yerləşdirilən elanların göstərilməsini tələb etdikdə heç bir mötəbər cavab verilməmiş, hətta Allahverdi adlı əməkdaş onların tələbi əsasında sayta baxış keçirsə də elanları tapa bilmədiyindən adekvat olmayan sözlərlə bir növ yola verməyə çalışmış, israr etdiyini gördükdə isə demişdir ki, “rəsmi müraciət edin bütün sənədlər sizə veriləcək.” Görünən odur ki, ona üç ayrı vaxtlara dair bildiriş göndərilsə də bu barədə rəsmi kütləvi informasiya ehtiyatında elan yüklənməmiş, təşkil edilmiş hərraclar, rəsmiləşdirmələr qanunvericiliyin tələblərinin pozulması ilə baş tutmuşdur. Qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğu halda ona üç fərqli bildirişin göndərilməsi artıq bankın xeyrinə hər hansı əməliyyatların getdiyini göstərir. O, özü də bildirişdə adları əks edilmiş saytlarda elanlara, məlumatlara baxsa da ona məxsus əmlaka dair qeyd edilən tarixlərdə hər hansı elanın yerləşdirilməsinə rast gəlməmişdir. Qeyd edilən tarixlərdə elanların yerləşdirilməməsinə dair əlində kifayət qədər sübutlar var. Əgər bildirişdə qeyd edilən formada rəsmi qaydada KİV-də məlumat, elan yerləşdirilsəydi o zaman əlbəttə ki, heç olmasa o evlə maraqlanan olardı. Bütün bunlar sübut edir ki, təşkil edildiyi bildirilən hərrac qanunvericiliyə uyğun şəkildə həyata keçirilməmişdir. Bu isə qanunvericiliyin, onun mülkiyyət hüquqlarını pozduğundan keçirilmiş hərracların etibarsız hesab edilərək yenidən qanuni çərçivədə təşkil edilməsi zəruridir. Qeyd edilənlərə, qanunvericiliyin tələblərinə əsasən onu qəbul edərək müraciətini iştirakı ilə araşdırılmasını və eləcə də təşkilatçısı olduqları hərracla əlaqədar protokollardan rəsmi çıxarışların, eləcə də KİV-də elanların yerləşdirildiyi linklərin verilməsinin təmin edilməsini xahiş etmişdir. Əks halda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barədə “Pretenziya” məktubu ilə müraciət etdi. Lakin onun müraciətinə rəsmi qaydada heç bir cavab verilməmiş, sadəcə olaraq israrlarında əlaqədar MMC-nin öz əməkdaşları sistemlərinə baxaraq həqiqətən də bildirişdə qeyd edildiyi formada nə hərracla bağlı məlumatları, nə də ki, baş tutmama ilə bağlı məlumatları KİVdə, elektron sistemdə yerləşdirmədiklərini qəbul etmişlər. Bundan sonra o, pretenziyası üzrə sənədləri tələb etdikdə ona həmçinin bildirdilər ki, əmlak banka təklif edilmiş lakin qəbul etmədiyindən iş üzrə icraata xitam verilmişdir. Bank keçən hərrac proseslərində əmlakın 148000 manat olduğunu gördüyü, bildiyi halda nədənsə həmin vaxtlar yox, məhz əmlak onlara təklif edilən zaman əmlakın qiymətinin səhv qoyulduğunu bəhanə etmiş və icra da öz icraatındakı işə tamamilə laqeyd, səhlənkar yanaşaraq işə aidiyyəti olmayan məhkəmə icra vərəqəsini əsas tutmuş, bununla yanaşı Əmlak Hərrac Mərkəzinə iki dəfə fərqli tarixlə eyni məzmunlu sifariş vermiş və hər birində də qiyməti 148000 manat qeyd etmişdir. İcra sənədindən o da bəlli olur ki, Maraqlı şəxs2 QSC 10 may 2023-cü il tarixli ərizə ilə icraya müraciət edərək bildirmişdir ki, “xx.xx.2023- cü ildə hərracın keçirilməsi ilə bağlı sifariş verilmişdir. İcra da bankın xahişi xüsusilə nəzərə alıb dərhal xx.xx.2023-cü il tarixdə Hərracın keçirilməsi haqqında "xxxx" MMC-yə Sifariş göndərib və surət hissəsində də onun da adını yazıb. Lakin sifarişə baxıldıqda onun ünvanının qeyd edilmədiyi görünür. Hərrac Mərkəzinin seçilməsi ilə bağlı təklifi yalnız hər iki tərəf qarşılıqlı razılıq əsasında müəyyən edə və icra da bu halda həmin mərkəzə sifariş göndərə bilər. Lakin göründüyü kimi icra məmurunun ümumiyyətlə ona bank tərəfindən dayandırma barədə əzirəsinin, özünün mərkəzə dayandırma, işi geri istəmə barədə müraciətinin olmasını, işin məhz həmin detallarla icraya qayıtmasını deməməsi, iki aydan sonra ondan xəbərsiz bankın istəyi üzrə başqa bir hərrac mərkəzinə sifarişin verilməsi qanuni deyil. Belə ki, xx.xx.2023cü il və 10 fevral 2023-cü il tarixli sifariş məktublarında məhz icra məmurunun özü əmlakın qiymətini 148000 manat qeyd edib ki, əgər bu yanlışdırsa belə bu səhvə icra məmuru yol vermişdir. Bu halda bankın yeni hərracın keçirilməsi barədə Əmlak Hərrac Mərkəzində yox məhz Bakı Hərrac Mərkəzində olmasının təkidi təəccüb doğurur. Bankın istəyi ilə seçilmiş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli hərrac bildirişi tərtib edilmiş və 145000 manat ilkin satış qiyməti ilə hərracın 14 iyun 2023-cü il tarixinə təyin edildiyi qeyd edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli hərrac bildirişi tərtib edilmiş və 123250 manat təkrar satış qiyməti ilə hərracın 04 iyul 2023-cü il tarixinə təyin edildiyi qeyd edilmişdir. Maraqlı şəxs1 xx/xx-164934-4N saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ona məxsus Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43 A nömrəli fərdi yaşayış evinin 14 iyun 2023-cü il tarixində və 04 iyul 2023-cü il tarixində açıq hərraca çıxarılması barədə ona xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Hərrac bildirişi göndərilmişdir. Sözügedən bilridişlərdə hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də müvafiq elanların dərc edildiyi qeyd edilsə də, o bildirişdə əks edilmiş saytlarda elanlara, məlumatlara baxsa da ona məxsus əmlaka dair qeyd edilən tarixlərdə hər hansı elanın, hərracın nəticəsinə dair məlumatın yerləşdirilməsinə rast gəlməmişdir. Bankın istəyi ilə təyin edilmiş hərrac mərkəzi onun qanuni pretenziyasına cavab verməyərək 14 iyul 2023- cü il tarixli, 131/23 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib etmiş, yəni əmlak satılmadığı səbəbi, bəhanəsi ilə 92437,50 manata tələbkar bank Maraqlı şəxs2 QSC tərəfindən qəbul edilmiş və bank da dərhal əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarış almışdır. İcra işindən görünür ki, "xxxx" MMC tərəfindən ilkin hərracın baş tutmamasına dair protokol işə əlavə edilməmiş, həmçinin ona də göndərilməmiş, bununla yanaşı hərracların baş tutmaması səbəbindən əmlakın tələbkara təklif edilməsinə dair təklif də iş materialında yoxdur, bu da belə bir təklifin olubolmamasını şübhə altına salır. Əmlak Hərrac Mərkəzi bu təklifi formal da olsa işə əlavə etmişdir, amma Bakı Hərrac Mərkəzi təklif ümumiyyətlə tərtib etməmişdir. Bütün bu detallar da göstərir ki, bank məhz məqsədli şəkildə həmin hərrac mərkəzini seçib və əmlakını dəyərindən də aşağı qiymətə əldə edərək onu əsassız olaraq borcda saxlamaq niyyətində olub və bu niyyətini də həyata keçirmişdir.
5. Abşeron Rayon Məhkəməsinin (hakim M.Mirhsənli) 8(012)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1 "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi qərara alınmışdır.
6. Məhkəmə mövqeyi bununla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərindən aydın olur ki, tələbin yönəldiyi ipoteka predmeti olan əmlak istisaslaşdırılmış müəssisələr tərəfindən açıq bazarda və ya hərracda icra məmuru tərəfindən verilmiş sifariş əsasında satılır. İcra məmuru hərracın keçirilməsi barədə sifarişi ilk növbədə ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş hərrac təşkilatçısına, belə razılıq 5 təqvim günü müddətində əldə olunmadıqda isə “İcra haqqında” Qanuna uyğun olaraq digər hərrac təşkilatçısına verə bilər. Baxılan işdən görünür ki, icra məmuru tərəfindən hərrac təşkilatçısının müəyyən edilməsi ilə bağlı prosedur qaydalarına əməl edilməsi, yəni hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə məlumat verilməsi barədə sənəd (bildiriş, elan, xəbərdarlıq və s) icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə, xüsusilə də ipoteka qoyan borcluya icra məmuru tərəfindən məlumat verilməməsi ciddi qanun pozuntusu olmaqla, hərracın nəticələrinə dair protokolun təsdiq edilməsinədək hələ də ipoteka predmeti əmlakın mülkiyyətçisi sayılan borclunun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Hərrac təşkilatçısının ilk növbədə ipoteka qoyan və ipoteka saxlayanın qarşılıqlı razılığı ilə müəyyən edilməsi formal prosedur kimi qəbul edilməməlidir. Bu həm hərracın keçirilməsində şəffaflığın təmin edilməsi, hərracın etibarlılığı ilə bağlı yarana biləcək şübhələrin və gələcəkdə irəli sürülə biləcək tələblərin qarşısının alınması, həm də hərraca çıxarılan əmlakın mülkiyyətçisinin hüquqlarının qorunması baxımından həyata keçirilməsi zəruri olan tənzimləmə kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə yuxarıdakı nəticəyə gəlmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası İHQ-n 45.1, 53.2,, 61.1 və 61.2-ci maddələrinə, İpoteka Haqqında AR Qanunun 41.1, 41.2, və 41.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
8. Qərardaddan Maraqlı şəxs1 rəisi və tələbkar Maraqlı şəxs2 QSC ayrı-ayrılıqda şikayət vermişlər.
9. Maraqlı şəxs1 şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qənaətə gəlməsinə əsas kimi tərəflərə hərrac təşkilatçısının seçilməsinə dair razılığın əldə olunması barədə məlumatın verilməməsi göstərilmişdir. Lakin bu barədə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, icra işindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2905/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Cəbrayıl rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, sonradan əmlakın yerləşdiyi yer üzrə Maraqlı şəxs1nə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu şəxs icra şöbəsinə dəvət olunmuş (telefon vasitəsilə), həmçinin istifadəsində olan nömrələrə çağırış və hərrac mərkəzinə sifariş veriləcəyi barədə “SMS bildiriş” göndərilmişdir. Bu da öz təsdiqini “Elektron icra” informasiya sistemində olan elektron sms bildirişlərdə tapır. (SMS bildirişlərdən çıxarışlar şikayətə əlavə olunmuşdur.) Bundan sonra borclu və vəkili icra şöbəsinə gəlmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2905/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından verilmiş xx.xx.2022-ci il tarixli əlavə kassasiya şikayətini icra məmuruna təqdim etmişdir. “İcra haqqında” AR Qanunun 17-ci maddəsində göstərilən hallar (əlavə kassasiya şikayəti üzrə icraatın dayandırılması nəzərdə tutulmamışdır) olmadığından icra sənədinin icrası ilə bağlı icra tədbirləri davam etdirilmişdir. "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş”lə bağlı qeyd olunur ki,- Abşeron rayonu, Masazır kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 43A nömrəli evin satılması ilə bağlı hərracın keçirilməsi üçün "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müvafiq sifariş məktubu (elektron şəkildə) göndərilmişdir. Həmin hərrac təşkilatı tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə hərrac təyin edilmiş və bu barədə hərrac bildirişləri şöbəyə daxil olmuşdur. Yekunda 131/23 saylı xx.xx.2023-cü il tarixli protokola əsasən əmlak ipoteka saxlayan Maraqlı şəxs2 ASC-nin adına rəsmiləşdirilmiş və ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən həmin əmlak üzərində Bankın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-615/2023 saylı qərardadında (4-cü vərəqədə) qeyd olunur ki, “borclu ərizəsində göstərir ki....... torpaq sahəsinin və evin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində açıq hərraca çıxarılması barədə ona xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hərrac bildirişləri göndərilmişdir.” Başqa sözlə, borclu şəxs özü etiraf edir ki, "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli sifariş məktubu və hərracın keçirilməsi barədə məlumatlıdır. Həmçinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında keçirilmiş hərrac barədə elanlar "xxxx" MMC-nin rəsmi internet səhifəsində(e-lot.az) “Elan” bölümündə yerləşdirilmişdir (elektron çıxarışlar əlavə olunur). “İpoteka haqqında” AR Qanunun 41.2.-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göründüyü kimi, qeyd olunan normada hərrac təşkilatına sifariş verilərkən mütləq şəkildə tərəflərin razılığının əldə olunması ilə bağlı hər-hansı öhdəlik və ya vəzifə icra məmurunun üzərinə qoyulmamışdır. İcraat zamanı isə nə ipoteka saxlayan (tələbkar) nə də ki, ipoteka qoyan (borclu) tərəfindən özlərinin seçdiyi hərrac təşkilatına sifarişin göndərilməsilə bağlı qarşılıqlı razılığa gəlmələri barədə məlumat icra məmuruna verilməmişdir. İşə baxan məhkəmə bu halları nəzərə almamış nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir.
10. Məhkəmənin bu iş üzrə 17 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Tələbkar Maraqlı şəxs2 QSC-nin şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəlmiş olduğu nəticə qanunsuzdur. Belə ki, hazırkı iş üzrə tərəflər arasında hərrac təşkilatının seçilməsi ilə bağlı hər hansı razılıq olmayıb, borclu tələbkara hansı hərrac təşkilatına müraciət edilməsi ilə bağlı heç bir müraciət etməyib, ona görə də icra məmuru düzgün olaraq hərracın keçirilməsi üçün özünün müəyyən etdiyi hərrac təşkilatına sifariş verib. Tərəflər arasında razılıq 5 təqvim günü müddətində ipoteka saxlayanla və ipotekaqoyan arasında razılıq əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Burada razılıq əldə edilməsi İcra məmurunun və ya İpoteka saxlayanın üzərinə imperativ formada qoyulmamışdır. Həmçinin hər hansı bir təklif ipotekaqoyan tərəfindən nə icra şöbəsinə nə də ki, ipoteka saxlayana verilməmişdir. Amma borclu olması, ipoteka ilə yüklü edilmiş əmlakının borc qarşılığında realizəsi borclu və ipotekqayana tam məlumdur. Bundan başqa hərrac protokolunun tarixinə və DƏDRX-dən əldə edilmiş çıxarışa baxdıqda bir neçə ay borclu ilə bank arasında danışıqlara cəhd edilməsi aşkar bilinir və mümkün olmadıqda çıxarış üçün DƏDRX-ə müraciət edilmişdir. İpotekaqoyan və borclu dəfələrlə banka gəlmiş, onlara güzəştlər təklif edilmiş, hətta real alıcı tapıb hərracda iştirak etdirməklə əmlakının satılmasına və öz iştirakı ilə borcunun bağlanması belə təklif edilsədə borclu tərəfindən dəyərləndirilməmişdir. Hazırda borclu qanunvericiliyin verdiyi hüquqlardan sui istifadə etməklə məhkəmə aktının icrasının yubadılmasına çalışır. Hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara vaxtında və lazımi qaydada müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində, həmçinin www.birjanews.az internet saytında elanlar verilmişdir. İpoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunda tələbkar Maraqlı şəxs2 QSC-yə təklif olunmuş, tələbkar isə qanunla müəyyən edilmiş müddətdə həmin təklifi qəbul etməsi barədə hərrac mərkəzinə rəsmi cavab məktubu təqdim etmişdir. İpoteka ilə yüklü edilmiş əmlak “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələrinin,“İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414 və 415-ci maddələrinin tələblərinə uyğun olaraq bankın mülkiyyətinə götürülmüşdür. Borclunun ərizəsində qeyd edilmiş formal əsaslara görə hərracın keçirilməsi barədə sifariş qanunsuz hesab edilə bilməz. Bundan başqa ədalətlilik prinsipi baxımından da hesab edilməlidir ki, borclunun belə bir iddia irəli sürərək bank qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsindən yayınmaq üçün icra məmurunun hərəkətlərini mübahisələndirməsi icra sənədi üzrə məsuliyyətdən yayınmaq üçün atılmış addımdır. Borclunun məqsədi əsassız məhkəmə mübahisələrinin uzun müddət ərzində davam etdirilməsidir. Bundan başqa qeyd edilməlidir ki, tələbkar bank məhkəmə iclası barədə məlumatlandırılmamış, elektron kabinetə əlavə edilməmişdir. Keçirilmiş məhkəmə iclasları və borclu tərəfindən təqdim edilmiş sübutlar barəsində qərardad qəbul edildikdən sonra məlumatlı olmuşlar. Qeyd olunanlar ona dəlalət edir ki, məhkəmə iş üzrə tam və əsaslı araşdırma aparmamış, nəticədə qanunsuz qərardad qəbul etmişdir.
12. 12 fevral 2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
b) Şikayəti qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).
18. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür . 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
19. Hər iki şikayətin dəlili əsasən analoji məzmun daşımaqla, sonda şikayətlər qərardadın ləğv olunmasına yönəlmişdir. Ona görə də kollegiya hər iki şikayətin dəlillərini birgə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası verilmiş şikayətləri iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayətlər təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, MPM-in 13.4-cü maddəsi tətbiq edilməklə, ərizəyə məhkəmə qaydasında baxılmaması səbəbi ilə iş üzrə icraata xitam verilməlidir.
21. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
22. Belə ki, araşdırılan işin faktiki halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2905/2022 nömrəli icra vərəqəsi icra olunması üçün Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, daha sonra Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi aidiyyatı üzrə Maraqlı şəxs1nə göndərilmişdir.
23. Bundan sonra yuxarıda qeyd olunan ardıcıllqla icra prosedurları həyata keçirilmiş, hərrac təşkil edilmiş, son nəticədə ipoteka predmeti olan əmlak tələbkarın mülkiyyətinə keçmişdir.
24. İş üzrə borclu hazırkı ərizəsində Maraqlı şəxs1 "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanuniliyini mübahisələndirmiş, işə baxan məhkəmə ərizəni təmin etmiş, narazı qalan tələbkar və Maraqlı şəxs1 qərardaddan şikayət vermişdir.
25. Ərizənin məzmunu daha çox hərracın etibarsızlığına yönəldilmişdir.
26. Araşdırılan işdən həmçinin müəyyən olunur ki, icra məmuru tərəfindən hərrac təşkilatçısının müəyyən edilməsi ilə bağlı prosedur qaydalarına əməl edilməsi, yəni hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair məlumat verilməsi barədə sənəd (bildiriş, elan, xəbərdarlıq və s) icra məmuru tərəfindən tərəflərə göndərilmişdir.
27. Lakin, icra məmuru tərəfindən bununla bağlı müvafiq icra işindən sənədlər çıxarış edilərək şikayət ərizəsinə əlavə edilməsinə baxmayaraq, birinci instaniya məhkəməsi iki ayrı-ayrı qərardad qəbul etməklə (17 yanvar 2024-cü il və 12 fevral 2024-cü il tarixli) öz qərardadını dəyişdirilmədən saxlamış və sonda baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.
28. Şikayətin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə, xüsusilə də ipoteka qoyan borcluya icra məmuru tərəfindən məlumat verilməsinə dair sənəd (məktub), həmçinin cağırış və hərracın keçirilməsi barədə “SMS” bildirişlərin göndərilməsi barədə çıxarışların göndərilməsi iş materialları ilə öz təsdiqini tapır.
29. Öyrənilən iş materiallarından müəyyən edilir ki, borcluya sifariş məktubunun göndərilməsi ilə yanaşı, həm də hərracın keçirilməsinin yeri və vaxtı barədə də məlumat verilmiş, sonuncu hərrac proseslərindən məlumatlı olmuşdur.
30. Araşdırılan işdən həmçinin görünür ki, icra sənədi üzrə borclu Vüqar Xəlilov cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(004)-5804/2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüşdür.
31. Borclu tərəfindən hazırki ərizə isə Abşeron Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə, yəni iddia əriəsindən sonra verilmişdir.
32. Kollegiya ilk növbədə qeyd edir ki, əvvəla İcra Haqqında AR Qanununun 8.2-ci tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
33. İkincisi, həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu həmin Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində şikayət verilir.
34. İşdən görünür ki, borclu müvafiq icra hərəktlərindən məlumatsız olduğunu, bu məlumatları sonralar hərracdan sonra əldə etdiyi bildirsə də buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarında olan sənədlər, o cümlədən ərizədə qeyd olunanlar bunu təkzib etmişdir.
35. Göründüyü kimi borclu qanunvericiliklə müəyyən olunmuş 10 günlük şikayət vermə müddətini də ötürmüşdür.
36. MPM-in 13.4-cü maddəsinin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
37. Nəzərə alınmalıdır ki, MPM-in tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1).
38. Qanunvericiliyin tələbindən göründüyü kimi ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
39. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1)
40. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, məktubun aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
41. Baxılan iş üzrə borclunun mübahisələndirdiyi sifariş məktubu müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla, onun etibarsızlığı tələbini irəli sürdüyü hərrac protokolu (və ya müqavilələr, çıxarışlar) üzrə etibarlı hüquq münasibətlərinin yaranıbyaranmadığını təsdiq edən sübutlar qismində çıxış edir.
42. Şübhəsiz ki, mübahisələndirilən sənədlər (icra məmurunun bildirişi, sifariş məktubu və s.) özündə müəyyən iradə bəyanlarını və məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, məktubun, bildirişin, aktın, iradə ifadəsinin etibarsızlığı barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir.
43. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (hərracın nəticələrini, ondan sonrakı sənədləşmələri və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün könüllü icra üçün bildirişin, sifariş məktubunun və s.) müvafiq tərəfin həqiqi iradəsini əks etdirmədiyini, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir.
44. Yuxarıda göstərildiyi kimi, iddiaçı Vüqar Xəlilov cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələblə artıq məhkəməyə müraciət etmiş və qeyd edilən tələb Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5804/2023-cü il tarixli qərardadı ilə icraata götürülmüşdür.
45. Kollegiyanın qənaətinə görə mübahisələndirilən məktub mahiyyət etibarı ilə sübutların etibarsızlığı ilə bağlı olduğundan bu məsələ mübahisəli əmlakla bağlı “hərrac protokolunun etibarsızlığına” dair tələbə baxılarkən müzakirə oluna bilər.
46. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi hazırki halda “sifariş məktubunun” qanunsuz hesab edilməsinə dair ərizəyə ayrıca icraat çərçivəsində mahiyyəti üzrə baxmaqla, mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinin tələblərini pozmuşdur
47. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəinki nəzərə almamış, hətta Ali Məhkəmənin icra sənədinin artıq icra olunduğu məlum olsa da, ərizənin təmin olunması üzrə düzgün hüquqi nəticəyə gəlməyərək nəticə etibarı ilə "xxxx" QSC-nin əmlak üzərində mülkiyyət hüququnun qeyri-qanuni yolla əldə olunmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə zidd əsassız mübahisə yaratmışdır.
48. Yəni birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi adlanan MPM-nin 88-ci maddəsinin tələblərini kobud surətdə pozmaqla gəlmiş olduğu nəticəni düzgün əsaslandırmamışdır. Həmin maddəyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Beləliklə, birinci instansiya məhkəməsi “hərracın keçirilməsi haqqında sifariş məktubunu” qanunsuz hesab etməklə, faktiki olaraq iddia icraatında baxılmalı olan “hərracın nəticələrinin etibarsızlığına” dair mübahisəyə əvvəlcədən və birbaşa təsir göstərən hüquqi dəyərləndirmə aparmışdır.
50. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, yuxarıda qeyd olunan hallar həm də kredit verənin mənafeyinə zərər vurmaqla, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilən hallardandır.
51. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər .
52. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Maraqlı şəxs1 və tələbkar Maraqlı şəxs2 QSC tərəfindən verilmiş şikayətlər təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.