Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-3/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İcra sənədi üzrə tələbkar Hüseynova Aynur Əhməd qızının Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1428/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim E.Kazımov) 2(012)-1227/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Aynur Əhməd qızının cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu adına 19.03.2014-cü il tarixdə **********70-10301 reyestr nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilin 93/100 hissəsinə Borclu, 7/100 hissəsinə Hüseynova Aynur Əhməd qızının payının müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının alınması üçün nisyə alqı-satqı müqaviləsi əsasında ödənilmiş 77000 manat məbləğində pulun birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunması, həmin qeyri-yaşayış binasının pay haqqının ödənmiş hissəsində 3/5 hissəsi üzərində Hüseynova Aynur Əhməd qızının, 2/5 hissəsi üzərində Borclu paylarının müəyyən edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaitinin 30 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Borclu cavabdeh Hüseynova Aynur Əhməd qızına qarşı əmlak bölgüsü tələbinə dair iddiasının qismən təmin edilməsi, Hüseynova Aynur Əhməd qızının mülkiyyətində olan “Changan” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Hüseynova Aynur Əhməd qızının payının 3/5 hissədə, Borclu payının 2/5 hissədə müəyyən edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat hissəsinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Hüseynova Aynur Əhməd qızı ondan apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1227/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, onun iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Borclu da qətnamədən apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1227/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin 95/100 hissəsinə onun, 5/100 hissəsinə Hüseynova Aynur Əhməd qızının payının müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pay haqqının ödənilmiş hissəsində 1/5 hissəsi üzərində Hüseynova Aynur Əhməd qızının, 4/5 hissəsi üzərində onun paylarının müəyyən edilməsi, Hüseynova Aynur Əhməd qızının mülkiyyətində olan “Changan” markalı, 99-NK453 dövlət qeydiyyat nişanlı avtomobildə onların paylarının bərabər hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(105)-1512/2020 nömrəli qətnaməsi ilə iddiaçı Hüseynova Aynur Əhməd qızı və cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1227/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Hüseynova Aynur Əhməd qızının cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzil üzərində ½ hissədə iddiaçı Hüseynova Aynur Əhməd qızının, ½ hissədə Borclu payları müəyyən edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pay haqqının ödənilmiş hissəsinin- 77000 manatın ½ hissəsi üzərində Hüseynova Aynur Əhməd qızının, ½ hissəsi üzərində Borclu payları müəyyən edilmiş, Borclu cavabdeh Hüseynova Aynur Əhməd qızına qarşı əmlak bölgüsünə dair tələbi təmin edilmiş, X1 mülkiyyətində olan “Changan” markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissədə iddiaçı Hüseynova Aynur Əhməd qızının, ½ hissədə Borclu payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh Borclu kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(102)-1052/2021 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(105)-1512/2020 saylı qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən evə dair payların müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş bu hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə yoxlanılan digər hissədə, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pay haqqının ödənilmiş hissəsinin-77.000 manatın ½ hissəsi üzərində Hüseynova Aynur Əhməd qızının, ½ hissəsi üzərində Borclu paylarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(105)-1428/2021 saylı qətnaməsilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin) 2(012)-1227/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ünvan 1-da payların müəyyən olunması hissəsində dəyişdirilmiş, 19.03.2014-cü il tarixdə **********70-10301 reyestr nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1-nın 47/50 hissəsinə Borclu, 3/50 hissəsinə Hüseynova Aynur Əhməd qızının payı müəyyən edilmiş, tərəflər arasında əmlak bölgüsü üzrə digər hissələrdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması nəzərə alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(105)-1428/2021 saylı qətnaməsi əsasında 16 sentyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsi, icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 07 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə iş üzrə icra tədbirlərinə başlanılmışdır. 20 dekabr 2021-ci il tarixdə icra sənədi üzrə tələbkar Hüseynova Aynur Əhməd qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1428/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib göstərmişdir ki, qeyd edilən qərar icra edilmir və sadəcə kağız üzərində qalmış olur, çünki qəbul edilmiş qətnamənin “ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pay haqqının ödənilmiş hissəsinin, yəni 77.000 manatın 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində Borclu paylarının müəyyən edilməsi” hissəsinin icra üsulu və qaydası məhkəmə tərəfindən müəyyən edilməmiş, qeyri-müəyyənlik səbəbindən icra məmuru icra hərəkətlərinin aparılmasını ləngitmişdir. Buna görə də o, 10.11.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisinə müraciət ünvanlamışdır. Lakin İcra və Probasiya Şöbəsinin rəisi 30.11.2021-ci il tarixli, 17/75236421/4 saylı cavab məktubuyla bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən izahla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası ərizəyə yazılı icraat qaydasında baxaraq məruzəçi-hakimin məruzəsini dinləyib və icra sənədinə izah verilməsi barədə ərizəni, habelə iş materiallarının nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasəni işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası hazırkı ərizə ilə əlaqədar aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, tələbkarın ərizəsində qətnaməyə izah verilməsi tələb edilsə də, işdən görünür ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktında aydın olmayan hər hansı müddəa mövcud deyildir. Ərizənin mahiyyətindən görünür ki, tələbkar mübahsəli əmlaka görə ödənilmiş 77000 manatın yarısını tələb edir, lakin mülki işdən görünür ki, iddianın predmetini həmin pul deyil, ödənilmiş vəsaitdəki payların müəyyən edilməsi təşkil edir. Bunlar isə fərqli məsələlərdir və qətnaməyə izah verilməsi barədə bu ərizə ilə həll oluna bilməz. Tələbkarın qətnamədə olmayan tələb üzrə icra sənədinə izah istəməsi məhkəmə kollegiyasının qənaətinə və qüvvədə olan qanunvericiliyə görə yolverilməzdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq məhkəmə qətnaməsi aydın, birmənalı çıxarılmışdır və qətnamənin nəticə hissəsində izaha ehtiyac olan hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət yoxdur. Şərh olunanlara əsasən və MPM-nin 230, 263-269, 365 və 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1428/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə icra sənədi üzrə tələbkar Hüseynova Aynur Əhməd qızının ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-3/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-3/2022
07.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver